Fobiya: İçimizdəki şeytanlar

0


Fobiya (yunan dilində phobosqorxu) müəyyən hadisə zamanı idarə edilə bilinməyən qorxu simptomudur. Psixatriya fobiyanı qıcıqlandırıcıya həddən artıq reaksiya kimi diqqətə alır.  Psixoanalitiklər fobiyanın obsessiv nevroz oluğuna inanırlar – bu halda, bu simptom həyəcan isteriyası ilə oxşardır.

Fobiya hər hansı bir qorxudan pataloji xarakter ilə tamamilə fərqlənir və insan psixikasına olduqca neqativ təsir edir. Fobiya siyahısında onlarca adlandırma vardır, bu adlandırmalar fobiyanı nəyin yaratdığından asılıdır. Məsələn, klastrofobiyadan əziyyət çəkən pasient qapalı məkanlarda qala bilmir, ayxmofobiyada o özünü və ətrafındakıları iti bir alət ilə yaralamaqdan qorxur, akvafobiyada isə su ilə kontaktdan çəkinir.

Araşdırmalar göstərir ki, insanlarda ən çox görülən qorxular özü üçün qorxu, sevdiklərinin həyatı üçün qorxu, müharibədən, ağrıdan, çarəsi olmayan xəstəlikdən, işini itirməkdən, gələcəkdən qorxmaq və sairədir.

Həyəcan mənbəyi ilə qarşılaşdıqda orqanizmizdə  nə baş verir? Belə hesab edilir ki, qorxu və özünümüdafiə hissi beynin temporal lob hissəsində yerləşən amiqdalada yaranır. Bu hissə həm də qorxu yaddaşının  yaranması və möhkəmlənməsi ilə, qorxu hissinin mənbəyi və təhlükə hissinin yaranması ilə əlaqədardır. Qorxu mənbəyi ilə təkrar qarşılaşmada amiqdala bədənin hazır olması; döyüşməsi, qaçması və ya tam tərsi – gizlənməsi üçün hormon sekresiyası ifraz edir. Subyektiv olaraq bu halda narahatlıq yaranır, adrenalin partlayışı baş verir, ürək tez-tez döyünməyə başlayır, qan təzyiqi artır, bədəndən tər çıxır. Əslində isə panika halında orqanizm təhlükədə deyil.

Niyə bir insan kəpənəklərdən ölənə qədər qorxur, digərinin saqqızı görən gözü yoxdur? Qorxularımızı biz özümüz seçirikmi? Bunun haqqında dəqiq bir məlumat olmasa da, fobiyanın mənbəyi haqqında bir neçə hipofiz vardır.

İlk olaraq irrasional qorxuların səbəblərini Pavlov modeli ilə aydınlaşdırmaq olar: Neytral stimul neqativ stimul ilə birləşəndə insanda neytral stimul haqqında da inkaredici reaksiya möhkəmlənir. Buna ən yaxşı nümunə psixologiyada bihevioris istiqamətin əsasını qoyan John Watsonun eksperimentidir. Watson əsasən qorxu ilə formalaşan uşaq emosiyaları ilə maraqlanırdı. O, uşaqlarda indiyə qədər təhlükəsiz olduğunu hesab etdiyi obyektlərə qarşı qorxunun necə yarandığını bilmək istəyirdi.

Bunun üçün o,  ağ siçanlardan tamamilə qorxmayan  9 aylıq Albert  üzərində eksperiment apardı. Eksperiment vaxtı iki ay müddətində uşağa ağ rəngdə olan bir neçə əşya, ağ siçan, ağ dovşan, pambıq,  ağ saqqallı Santa-Claus maskası və s. göstərdilər. Sonra iki ay müddətində uşağı ağ siçan ilə oynamağa bir otağa qoydular, bu zaman  Watson uşaq hər dəfə siçana əl vurmaq istəyəndə dəmir lövhəyə çəkic ilə vururdu.  Bir az vaxt keçəndən sonra səsdən qorxan uşaq heyvan ilə kontaktdan qaçmağa başladı. Bir həftə sonra eksperimenti təkrarladılar, lakin bu dəfə siçanı uşağın yatağına qoyandan sonra dəmir lövhəyə yalnız 5 dəfə vurdular və bu zaman uşaq ağlamağa başladı. Beş gündən sonra məlum oldu ki, Albert nəinki ağ siçandan, həm də ağ dovşandan, pambıqdan və Santa-Claus maskasından da qorxur. Beləliklə, Watson belə bir nəticəyə gəldi; qorxu reaksiyası əsas səbəbdən onu müşaiyət edən stimula da keçə bilir. Həmin uşaqda ömrü boyu qəribə fobiya qaldı.

Bundan əlavə fobiya ətrafındakıları müşahidə etdiyin zaman da alına bilər. Məsələn, itlərdən qorxunu bir qohumunun gəzinti zamanı hərəkətlərindən “irsən almaq” olar. Yaxın qohumlarında fobiyaları olan insanlar belə qohumları olmayanlardan daha çox fobiyadan əziyyət çəkir, lakin narahatlığa ümumu yatqınlıqda genetik mənşə vardırsa, fobiyanın “seçilməsi” daha çox mühitdən asılıdır, nəinki irsiyyətdən. Bəzən isə sadəcə uşaq vaxtı eşidilən hekayələr belə bəs edir, ona görə uşaqlara təhlükəli bakteriyalardan, aqressiv heyvanlardan və ya qaranlıqdan çıxan bədheybətlərdən bəhs edən qorxulu hekayələr danışmaq lazım deyil. Fobiyalar çox  parlaq stress nəticəsində də yarana bilər, məsələn, qatar altına düşməkdən qurtulmuş insanda qatarlara qarşı fobiya yarana bilər.

Psixoanaliz nöqteyi-nəzərindən narahatlığın artması, fobik pozuntular  insanın qəbul etmək istəmədiyi və ya qəbul edə bilmədiyi  qadağan edilmiş arzuları ilə qarşılaşmasından yarandığı düşünülür. Arzular daxili yox, xarici təhlükələr kimi qəbul edilməyə başlayır, şəxsiyyət qorxunun mənbəyinin öz daxilində olduğunu qəbul etmək istəmədiyindən özünəməxsus psixoloji müdafiə yaradır. Maraqlıdır ki, psixoanalizin banisi Freudun da qəribə fobiyası var idi, o, ayıdöşəyi bitkisindən qorxurdu. Qorxunun mənbəyini professor heç vaxt tapmadı.

Fobiyaların sinifləndirilməsinin bir neçə yolu vardır. Çox vaxt fobiyanı fabula ilə, yəni, qorxunu yaradan səbəb ilə sinifləndirirlər.

Fobiya siniflərindən birı mühit ilə bağlı fobiyalardır, bura məşhur klaustrofobiya da daxildir. Mühit fobiyalarına təyyarə ilə uçmaq qorxusu, böyük yerlərdən qorxu, dərinlikdən qorxu, hündürlükdən qorxu aiddir.

Digər bir qrupa isə sosiofobiya, cəmiyyətin qınağından qorxu, cəmiyyət arasında özünü düzgün apara bilməmə qorxusu və s. aiddir. Bir çoxu kütlə qabağında çıxış etməkdən qorxur, onları tribunaya gətirdikdə söhbətcil biri olmağına baxmayaraq, iki sözü yan-yana qoya bilmir.

Bir digər fobiya qrupuna isə özü və yaxınlarının sağlamlığı və həyatı  ilə əlaqədar qorxular daxildir. Bura spidofobiya, sifilofobiya, kanserofobiya (xərçəng xəstəliyindən ölmək qorxusu), kardiofobiya (ürək xəstəliyindən ölmək qorxusu), ani ölüm ilə ölmək qorxusu və s. daxildir.

Fobiyaları sağaltmağın ən effektiv yollarından biri şüurlu-şüursuz inanclarla, nevroz, panik atak, həyəcan artması və digər pozuntularla  mübarizə aparan koqnitiv-davranış terapiyasıdır. Terapiya zamanı psixoterapevt nəinki irrasional qorxunun mənbəyini axtarır, həm də yeni yaranacaq digər pristuplarla da mübarizə etməyin sistematik yollarını qurur.

Bundan əlavə, psixoterapiya xüsusi dərmanların alınması ilə də müşaiyət olunur. Fobik pozğunluğu aradan qaldırmaq üçün əsasən üç qrup dərmanlardan istifadə olunur- beta-blokatorlar, benzodiazepinlər və antidepressantlar-serotinin geri alınması üçün selektiv inhibitorlar.

İrrasional qorxulardan qurtulmaq üçün həm də relaksasiya texnikalarını bilmək də məqsədəuyğundur. Bir çox hallarda fobiyanın aradan qaldırılmasında  qorxunun səbəbi ilə mütəmadi az-az kontakta əsaslanan “qorxu pilləkəni” metodu kömək edir. Məsələn, əgər siz itlərdən qorxursunuzsa, əvvəlcə onların şəkillərinə baxmaqla başlamalı, sonra onları uzaqdan müşahidə etməli, ondan sonra onlarla kontakta girməyə çalışmalısınız. Amma yenə də özünümüalicə məsləhət edilən üsul deyil.

Ən qəribə fobiyalara aid bir neçə nümunə:

triskaydekafobiya- 13 rəqəmindən qorxmaq;

ereytofobiya- qızarmaqdan qorxmaq;

fobofobiya – fobiyanın yaranmasından qorxmaq;

neofobiya- yeni şeylər qorxusu;

ripofobiya – natəmizlıkdən qorxmaq;

qlenofobiya- kukla baxışından qorxmaq;

xipenqiofobiya- məsuliyyət qorxusu.

 

Mənbə:

Фобия – это не болезнь, а синдром | Архив | Аргументы и Факты

Страх и ненависть: почему возникают фобии и как с ними справиться

 

Redaktə etdi: Şəfiqə Babayeva ( 23.11.2017)

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin