Fosil ananın bətnində körpə “dəniz nəhəngi”

0

 

 

Uzunboğazlı cütlük belə bir nadir dəlil irəli sürür ki, dinozavrların və quşların daxil olduğu qədim qrup canlı doğum qabiliyyətinə malik idi. Qədim dəniz heyvanının bətnində burulmuş şəkildə yerləşmiş bir canlını aşkar etmək ilk baxışdan təəccüblü olmamalı idi. Hər halda bu nəhəng fosil gülməli uzun boğazı və öz qənimətini bütöv udmaq bacarığı ilə su sürünənlərinə aid idi. Lakin paleontoloqlar yaxından nəzər saldıqda onun qarnındakı əlavə fosilin qida olmadığını aşkar etdiler: əksinə, nəhəng canlı ana idi. “Təbiət elaqələri” (Nature Communications) jurnalında dərc olunmuş yeni məqalədə beynəlxalq komanda 245 milyon il yaşı olan və bətnində döl qalıqlarının aşkarlandığı Dinocephalosaurus fossilni təsvir ediblər. (həmçinin bax: “Jurassic ‘Sea Monster’ Emerges From Scottish Loch.” “Yura dövrünün “Dəniz nəhəngi” Şotland gölündən ortaya çıxıb”).

 

 

Cənubi Çində fosil zonasında tapılan bu dəlilin bəzi hissələri kiçik olan heyvanın qida olmadığını aşkara çıxarıb. Öz qədim valideyni kimi, döl də aşkar şəkildə. Dinocephalosaurusun uzun boğaz quruluşuna malikdir ki, bu da onların eyni növə aid olduğunu göstərir. Bundan əlavə, döl önə baxan qaydada yerləşib. Bunun əksinə, ilk olaraq baş hissədən udulmaq Dinocephalosaurus-un qənimətinin taleyi idi və onun bu pozisiyası həzmolunma prosesi ərzində də qalırdı. Həmçinin, dölün görünüşü də fərqlidi. “Döl burulmuş vəziyyətdə idi”- Çinin Həfəi Texnologiya Universitetinin paleontoloqu, araşdırmanın müəlliflərindən biri Jun Lui belə deyib. “əgər bir heyvan başqası tərəfindən yəyilibsə, o, belə vəziyyət ala bilməz”.

 

ZAMANIN İŞARƏSİ?

Dinocephalosaurus dinozavrların, timsahların və quşların da daxil olduğu qədim sürünənlər qrupunun – archosauromorpha (arxozauromorfa) nın bir üzvüdür. Həmin qohumlarından fərqli olaraq, görünür ki, Dinocephalosaurus yumurta qoymaqla deyil, canlı doğumla bala dünyaya gətirirmiş. Liu və onun komandası qeyd edir ki,bu dəniz məxluqu archosauromorph- arxozauromorfların üzvlərindən ilk məlum nümunədir ki, balalarını canlı doğumla həyata gətirirdi

 

 

Mənbə; National Geographi

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin