Gəncləşmək mümkündür!

0

Gənclik bulağından su içmək mümkündür!

 

Canlı heyvanlar üzərində ilk dəfə hüceyrənin yenidən proqramlaşdırılması tətbiq edilib və nəticədə yaşlanma əksinə çevrildi.

figure-muscle

 

Elm adamları siçanlar üzərində hüceyrənin yenidən proqramlaşdılmasını tətbiq edərək onların normal yaşlanan siçanlardan daha gənc qalmasını və daha çox yaşamasını təmin etdilər.

Proses , bəzi pluripotent kök hüceyrələrin (İPSC) vasitəsilə həyata keçirilir. Belə ki , kök hüceyrələrin embrional vəziyyətinə( 3 səfhə- endo , ekto , mezoderma)  bənzər bir vəziyyətə gətirərək yenidən hüceyrələrin yenidən proqramlanıb inkişaf etməsinə nail olunub. Bu bir növ tarixi geriyə çəkib canlını embrion halına qaytarıb , yenidən “doğulmasını” təmin etməkdir. Yəni tökülən dişlərinizi , kök hüceyrələr vasitəsilə yeni öz dişləriniz əvəz edə biləcəksiniz . Bu gəncləşmə deməkdir.

SALK Biologiya Tədqiqat İnstitutundan Pradeep Reddy belə deyir: “Alimlər , bizdən öncə hüceyrələrin tamamilə kök hüceyrələrinə çevrilməsi üçün proqramlamışlardı , ancaq biz ilk dəfə qısa müddət ərzində hüceyrənin  canlılığını qoruyaraq , yaş faktorlarını dəyişməyə çalışdıq və bunun mümkün olduğunu göstərdik.”

 

İPSC üsulu ilk dəfə 2006-cı ildə yapon alim Shinya Yamanaka tərəfindən inkişaf etdirilmişdir. O  Yamanaka faktorları olaraq bilinən 4 gen koduna təsir edərək adi hüceyrələrə embrional kök hüceyrələrin  funksiyalarının verilə biləcəyini kəşf etdi.
Ancaq bu zaman gəncləşdirmə ilə bərabər təhlükəli halların yaranması da müşahidə edilmişdir. Belə ki , The New York Times qəzetində dərc olunan bir araşdırmada İPSClərin hüceyrənin “kimliyini” dəyişdiyinə görə karsenogen böyümənin ola bilməsi və ya orqanın məhv olması ilə ölümcül hal yarada biləcəyi qeyd olunub. Cambrige Universitetindən epigenetik araşdırmaçı alim Wolf Reik The Guardiana məsələ ilə bağlı verdiyi müsahibədə belə deyir: Bu məsələdə çox bəlli olan  bir məntiq var. İPSC hüceyrələrinin yaşını sıfıra endirirsiniz . Sıfıra , embrional vəziyyətə geri dönmək alimin istəmədiyi bir şeydir , ona görə də ondan soruşursunuz :”hansı istiqamətdə böyümək istəyirsən?””

Figure thumbnail fx1

Bu cür düşüncə SALK araşdırmaçılarına yeni bir yol göstərdi. Yamanaka faktorlarına təsir edən kodları 3 həftə ərzində dəyişmək əvəzinə bu müddəti 2-4 gün müddətinə dəyişdilər. Bu isə hüceyrələrin identifikasiyasının ( kimliyinin) itməməsinə səbəb oldu , yəni bir dəri hüceyrəsi naməlum istiqamətdə böyüyən ebrional kök hüceyrə olmaq əvəzinə gənc dəri hüceyrəsi oldu. Bu hipotezlə alimlər bizi yaşlandıran epigenetik işarələrin ortadan qaldıracağına skeptik (şübhəli) yanaşırlar. Bu işarələr zamanla insan hüceyrələrinin faydalı işini azaldaraq onun yaşlanmasına səbəb olur. Alimlər bu prosesi çox dəyişdirilib , qara-qura olduğuna görə çətin oxunan əlyazmaya oxşadırlar. Araşdırmaçı komandadan Izpisua Belmonte The New York Times qəzetinə verdiyi müsahibədə belə deyir:” Yaşlandıqca hüceyrədə epigenetik işarələrin sayı artır və hüceyrənin onu oxuması çətinləşir”.

Nadir genetik pozuntu olan vaxtından əvvəl yaşlanma- Progeriyadan əziyyət çəkən siçanlara yenidən proqramlaşdırılma tətbiq edildi. Nəticə isə uğurlu sayıla bilərdi. Belə ki , progeriyalı siçanlar 18 hətə yaşadığı halda yenidən proqramlaşdırılmış siçanlar 42 həftə yaşadılar.

Araşdırmaçı komandadan  Paloma Martinez verdiyi müsahibədə  belə deyir: Canlıların konkret olaraq niyə daha uzun müddət yaşadığını demək olmaz , ancaq Yamanaka faktorlarının hüceyrənin epigenomundakı dəyişiklikləri idarə etdiyini bilirik və bu yolla hüceyrə və orqanizm səviyyəsində fayda əldə edə bilirik”

belmonte_img_6562e
Araşdırmaçı komanda. Soldan-sağa:Ergin Beyret, Mo Li, Aida Platero-Luengo, Pradeep Reddy, Paloma Martinez-Redondo, Eric Vazquez, Tomoaki Hishida, Toshikazu Araoka, Concepcion Rodriguez Esteban, Fumiyuki Hatanaka, Alejandro Ocampo, Juan Carlos Izpisua Belmonte

Yenidən proqramlaşdırmanın heyvanların daha uzun müddət yaşamasından əlavə ürək və qan-damar sisteminə müsbət təsir etdiyini də görə bilirik. Bu araşdırma yalnız siçanlar üzərində tətbiq edilib və insanlara tətbiq etmək üçün hələ çox inkişaf etməsi lazımdır , ancaq araşdırmaçılar alınan nəticələrə görə bunun insanlara da tətbiq edilə biləcəyinə ümid edirlər.

SALK-ın paylaşdığı bir məqalədə Belmote belə deyir:” Siçanlar insan deyil təbii ki , bir insanı gəncləşdirmənin daha qarışıq olduğunu bilirik. Lakin bu araşdırma bizə yaşlanma prosesinin dinamik və dəyişdirilə bilən bir proses olduğunu göstərdi. Buna görə də bundan sonra müayinə əməliyyatlarımız daha təsirli olacaq.

Araşdırmaçı komanda hal-hazırda Yamanaka faktorlarına bənzər molekulların inkişaf proseslərini öyrənir və müxtəlif toxumaların gəncləşdirilməsi üçün təcrübələr aparır. Araşdırmanın sürətli nəticə verəcəyi gözlənilmir , ancaq çox uzun müddət sonra olacağını da demək olmaz. Belmonte The Guardian qəzetinə verdiyi müsahibədə deyir:” Bu maddələr sümüklərin və dərinin gəncləşdirilməsi üçün krem kimi istifadə edilə və ya iynə kimi inyeksiya oluna bilər . Bütün bunların 10 il ərzində tətbiq ediləcəyinə inanırıq.”

Bütün bu nəticələr Celldə  açıqlandı.

Mənbələr:

1. SALK

2. The New York Times 

3. NCBI

4. Rezonans – Progeriya

5.CELL

6. Popsci

7.Science Alert

8. The Guardian

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin