“Göydən ulduz düşdü, arzu tut”- ifadəsinin gizli tərəfləri

0

Ulduz axması (sürüşməsi)  haqqında az eşitməmişik . Öz gözlərimizlə də dəfələrlə şahidi olmuşuq. Gecə vaxtı açıq havada göy üzünü seyr edərkən müxtəlif rəng və parlaqlıqdakı ulduzların meydana gətirdiyi o inanılmaz və möhtəşəm mənzərənin içindən bir ulduzun parlaq bir cizgi cızaraq sürüşüb getdiyini şübhəsiz ki, görmüşsünüz. Bəziləri ürəyində bir dilək tutar, guya ulduz sürüşəndə o ulduzun öləcəyi və ölmədən əvvəl dilək diləyənin arzusunun yerinə yetəcəyi inancı çoxumuza məlumdur. Soruşandaki bu nə olan şeydi , valideynlərimiz, nənə və babamız həmişə deyirdilər ki, hər insanın göy üzündə ulduzu var və hər ulduz axanda bir insan ölür. Bəs bu dedikləri doğrudurmu?

Bəzi gecələr göy üzünü seyr edərkən, çox qısa bir anlığa bir iz görərik. Bu, eynilə bir ulduzun sürüşməsi, axması kimi göründüyündən, dilimizdə ulduz axması (sürüşməsi) kimi yer alıb. Saniyələr içərisində reallaşan bu hadisə, ilin müəyyən dövrlərində daha çox olur. Xüsusilə də şəhər kənarında, yanlış şəhər işıqlandırılması səbəbilə aydınlanmış  işıqlanan səmadan uzaqlarda bir yerdə yaşayırsınızsa, ulduzlu səmanı rahatlıqla müşahidə edə bilirsinizsə, bu möhtəşəm göy hadisəsinə şahid ola bilərsiniz. Lakin, əslində gördüyümüz şeyin ulduzlarla heç bir əlaqəsi yoxdur.

Gecə səmada gördüyümüz ulduzların hamısı, bizim də içərisində olduğumuz Südyolu Qalaktikası içərisində yer alır. Bu ulduzların bəziləri çox yaxın, bəziləri isə çox uzaqda olduğundan, onların parlaqlıqları bir-birlərinə görə fərqli olur. Lakin hər nə qədər yaxınmış kimi görünsələr də, aralardakı məsafə təsəvvür belə etməyəcəyimiz qədər böyükdür və səmadakı mövqeləri illər içərisində belə fərq yaradacaq bir şəkildə dəyişməz, eynilə üfüqdə sürətlə irəliləyən bir gəminin o sürətli, dənizi yaran hərəkətinin fərqinə varmadığımız kimi. Ulduz axması olaraq gördüyümüz hadisə isə meteoritlərin atmosferə girərək yanmaları nəticəsində buraxdıqları izlərdir. Buna görə “ulduz axması” bir elmi ifadə deyil və təbii ki səhvdir. Müşahidə edilən hadisə, meteoritin atmosferə girərək yanmasıdır. Bu daşlar elə sürətlidir ki, çox qısa bir müddət içərisində atmosferdə çox uzun yol qət edə bilərlər. Atmosfer daxilində olan zaman yanmalarına görə diqqətə çarpan və parlaq bir işıq saçarlar. Bu sırada parçalandıqları üçün, arxalarında buraxdıqları quyruqları, qısa bir müddətə qala bilər. Üstəlik, tərkibində olan elementlərə görə, rəngləri belə dəyişə bilər.

Meteor  – (meteoridlər, meteorlar, meteoritlər) Yer kürəsinin atmosfer qatına daxil olarkən görünən iz buraxan xırda səma cisimləridir. Meteorid- Yer atmosferindən kənarda,meteor -Yerin atmosferində ( meteor- yunan sözü olub- havada  hadisə deməkdir), meteorit isə yerə düşən  səma cismidir. Adətən bu cisimlər atmosferə daxil olarkən sürtünərək yüksək temperaturadək qızır, parçalanır və  buxarlanaraq yox olurlar. Lakin müəyyən tərkibli və böyük həcmli meteorlar (bolidlər) atmosfer qatını keçərək, Yer səthinə düşür. Asteroidlərin toqquşması, kometlərin parçalanması zamanı yaranırlar. Asteroidlərin bir-biri ilə toqquşması, kometlərin Yerlə toqquşması, kometlərin dağılması və s. nəticəsində planetlər arası fəzada çoxlu miqdarda toz yığışır. Bu toz əsasən eklipti-ka müstəvisində sıxlaşır. Toz hissəcikləri Yer atmosferinə düşdükdə tormozlanır, sürtünmədən qızır, əriyir və qarşısına gə-lən molekul və atomları ionlaşdırır və atmosferdə qısa müddətli işıqlanma yaradır, buna “meteor” deyilir.

Meteorlar atmosferə daxil olan toz hissəcikləridir. Atmosferdən kənarda meteorid, atmosferə daxil olan zaman meteor, yer səthinə düşdükdə meteorit adlanır.

İlin müəyyən dövrlərində Yerin orbitinin  bir Quyruqlu ulduzun orbit ilə toqquşması nəticəsində Quyruqlu ulduzdan ayrılan meteorit qalıqları arasından keçərik. Bu qalıqların arasına düşən Yer, sıx bir meteorit bombardmanı altında qalar. İlin müəyyən dövrlərində reallaşan bu hadisəyə, meteorit yağışı deyirik. Bunlardan ən bilinəni, yaz aylarında baş verməsi səbəbiylə rahatlıqla müşahidə edilən, Perseid meteorit yağışıdır.

 

Mənbələr:

http://rasyonalist.org/yazi/yildiz-kaymasi-nedir/

http://www.jeffsullivanphotography.com/blog/2011/08/13/create-a-timelapse-video-of-a-meteor-shower/>
http://www.nasa.gov/topics/solarsystem/features/watchtheskies/perseid-meteor-shower-aug11-12.html

Müəllif: Şıxı Əyyubov

Redaktə: Aytac Şirinova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin