Gözəllik təkcə istəkdən yaranan bir şey deyil: Kişilərin bəzi bədən tiplərini xüsusilə seçməsinin təkamül kökləri var!

0

Ostində yerləşən Texas Universitetində keçirilmiş psixoloji araşdırmalar göstərir ki, müasir kişilərin qıvrımlı ombaya sahib qadınlara yönəlmiş seçimlər etməsinin səbəbi tarix öncəsi faktorlarla əlaqədardır və bu, günümüzün gözəllik standartlarına yeni bir işıq tutur.

“Evolution of Human Behavior” jurnalında dərc edilən bir yazıda araşdırmaçılar kişilərin “bel qıvrımlarının nəzəri olaraq ən uyğun bucağına”, yəni qadın əcdadlarımızın bir çox hamiləliklə daha yaxşı başa çıxmasına kömək edən beldən ombaya doğru 45.5 dərəcəlik qıvrıma sahib qadınları seçmələrini araşdırdılar.

Araşdırmanın ortaq müәllifi və UT Ostində psixologiya professoru olan Devid Bas (David Buss) “bu araşdırmanı təsiredici edən şey insan morfologiyasının – bu araşdırmada bel qıvrımı – cinsiyyətə xas fərqləndirilməsi ilə cazibədarlığın təkamül etmiş bir standartı arasındakı yaxın əlaqə ilə əlaqədar bir başqa elmi nümunəni göstərməsidir” deyə araşdırmanı izah edir. “Beləliklə, bu tapıntı gözəlliyin əsas cərəyanı olan sosiologiyanın inandığının əksinə, “baxanın gözündən” və ya istəyindən asılı olmadığı, tutarlı və adaptiv bir məntiqə sahib olduğu yönündəki çoxalan sübutlara bir yenisini daha əlavə edir.”

UT Ostin məzunu və Bilkent Universitetinin professoru Devid Levis (David Lewis) tərəfindən yürüdülən bu araşdırma iki çalışmadan ibarətdir. Bu araşdırmalardan ilki qadınların belindəki mövcud qıvrıma təsir edə bilən və onurğanın əsas ünsürü olan “onurğa sıxışmasını” (vertebral wedging) tədqiq edir.

Təxminən, 100 kişi bel qıvrımının bucağının təbii müxtəliflik sərhədlərində dəyişdirilən bir neçə bədən şəklinin cazibədarlıq səviyyələrini qiymətləndirdilər. Gözlənilən kimi, kişilər 45 dərəcəlik bel qıvrımına sahib qadın şəkillərini ən cazibədar olaraq qiymətləndirdilər.

Levis “bu onurğa forması hamilə qadınların ağırlığını omba üzərinə sabitləməyə kömək edə bilər” deyir və əlavə edir: “Bu qadınlar hamiləlik sırasında daha əlverişli bir şəkildə yığıcılıq edə bilərdi və onurğa zədələnməsi yaşamaları ehtimalı daha aşağı olardı. Digər tərəfdən, bu tip qadınları seçən kişilər də dölün və körpənin ehtiyaclarını daha yaxşı qarşılaya bilən, həmçinin, bir çox hamiləliyi problemsiz keçirə bilən partnyora sahib olardılar.”

İkinci araşdırma isə, kişilərin bu bucağı seçmə səbəbinin daha böyük ombanı əks etdirməsini, yoxsa, xüsusilə, onurğadakı bucağa işarət etdiyini tapmağa çalışırdılar.

Bu araşdırmada, təxminən, 200 kişiyə fərqli omba böyüklükləri və onurğa sıxışmasına sahib olan, amma, hər birində 45.5 dərəcəlik qıvrımı olan qadın şəkilləri göstərildi. Kişilər bu dəfə omba böyüklüyünə diqqət vermədən onurğa əyrisi istənilən səviyyəyə ən yaxın olan qadınları seçdilər.

UT Arlinqtonda (Arlington) ziyarətçi araşdırmaçı və məqalənin müəlliflərindən bir olan Erik Russelə (Eric Russell) görə: “Bu, bizə kişilərin omba kütləsi üzərində müəyyən bel qıvrımı bucağına sahib qadınları seçdiklərini mütləq olaraq göstərməyimizə imkan verir.”

Sözü gedən forma və kişilərin buna yönəlik seçimləri minlərlə il təkamül etdi və əlbəttə ki, bir gecədə ortadan qalxmayacaqdır.

Levisə görə “gözəllik standartlarımız da daxil olmaqla, təkamül təzyiqləri və müasir insanların psixologiyası arasındakı bu sıx əlaqə məsələyə təkamül cəhətdən yaxınlaşmağın bilgi üfüqümüzü genişləndirmək mövzusunda yalnızca təbiət elmləri üçün deyil, sosial elmlər üçün də nə cür bir rolu olduğunu bizə göstərir.”

Mənbə:  http://evrimselpsikoloji.blogspot.com/2016/09/guzellik-butunuyle-keyfi-degil.html

http://www.psypost.org/2015/03/beauty-is-not-entirely-arbitrary-mens-preference-for-certain-female-body-types-has-evolutionary-roots-32596#prettyPhoto

Redaktə etdi:  Fatimə Əliyeva

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin