Göz rənglərini genlərdəki mutasiyalar təyin edir

0

Elm adamları ,gözün rəngli görmə sinirlərini meydana gətirən 6 milyard genetik koddakı yalnızca bir neçə kodun mutasiyasından qaynaqlandığını təyin ediblər. Bu mutasiyalar, insanların bir-birlərindən fərqlənməsini təmin edir.

İSTANBUL – Avstraliyalı mütəxəssislər 4.000-dən çox insan üzərində etdikləri araşdırmada, göz rəngindəki dəyişikliklərin tək nukleotid polimorfomizmalardakı (SNP) kiçik bir səhvdən meydana gəldiyini ortaya çıxarmışdır. İnsan DNT`ki bir zənciri təşkil edən hərflərdəki variasiyalar olan SNP’lər, genetik zəncirdəki mutasiyaları ifadə edir. Bu mutasiyalar, insanların bir-birlərindən fərqlənməsini təmin edir.

 

SNP’lər OCA2 kodlu genlə aralarında yaxın bir əlaqəsi var. Bu gen bədəndə saç, dəri və göz rəngi kimi detalları nizamlayan zülalları yaradır. OCA2 genindəki mutasiyaların ən bilinəni saçların dümağ olmasına səbəb olan albinosluqdur.

 

Avstraliyadakı Queensland Universiteti mütəxəssisləri əkizlər, qardaşları və valideynləri üzərində etdikləri təcrübələrdə göz rəngini qəti təyin edən xüsusi bir genin olmadığı nəticəsinə gəldilər.Hər insanda SNP’dən iki nüsxə var, ancaq hər insanda fərqli kombinasyonlara girir və nəticədə bu kombinasiyalar qəhvəyi yerinə mavi yaşıl kimi göz rənglərini təyin edir. OCA2 geni mutasiyaya məruz qaldığı zaman SNP’lər üzərindən piqmentasiyada əksiklik yaşanır.

 

Araşdırmanı icra edən Richard Sturm, OCA2 geninə bağlı 3 ədəd SNP təsbit etdi, bunların mavi rəngi yaratdığı təxmin edilir. Sturm, SNP’lərin mavi gözün birbaşa təchizatçısı olmadığını, ancaq bunu tətikləyən ən əhəmiyyətli faktorlarla birbaşa əlaqəli ola biləcəyini ifadə edir.

 

OCA2 genindəki mutasiyalar genin yaratdığı zülal miqdarını təyin edir, Sturma görə, qəhvəyi gözlərə sahib insanlarda bu zülallardan çox olduğu halda, mavi gözlü insanlarda az vardır. Yaşıl gözlər üçün isə DNT zəncirindəki tək bir hərfin dəyişməsi kifayətdir. Yaşıl gözlü insanlarda, zülalı meydana gətirən amin turşusunun sayında dəyişiklik olur.

 

Elm insanları OCA2’dəki mutasiyaların, başqa bir sözlə DNT zəncirindəki variasiyaların göz rəngi üzərindəki təsirinin yüzdə 74’ünə bərabər olduğunu ifadə edirlər. Qısaca rəngli gözü yaradan proseslərin yüzdə 26ısı hələ məlum deyildir.Qeyd edək ki Avstraliyadakı Queensland Tibbi Araşdırmalar İnstitutu və Queensland Universitetinin ortaq araşdırması American Journal of Human Genetics jurnalında dərc olunmuşdur.

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin