Günəşin arxasındakı bir ulduzu Günəşin yanındaymış kimi görə bilərik

0

Əlimizdən buraxdığımız əşya yerə düşər.Elmin ilk ortaya çıxdığı zamandan bu yana qədər elm adamları niyə əlimizdən burxdığımız əşyanın yerə düşdüyünü başa düşməyə çalışıblar. İlk düşüncələrə görə, əşyanın təbiəti aşağıdadır və buna görə öz təbiətinə dönmək istədiyi üçün yerə düşür. Lakin 17-ci əsrdə Nyuton əşyanın aşağıya düşməsinin səbəbini əşyanın və ya yerin təbiətindən deyil, yerin cazibəsinə görə olduğunu ortaya qoydu. Nyutona görə əşya Dünyaya, Dünya da əşyaya bir cazibə qüvvəsi tətbiq edirdi. Əşyanın Dünya üzərinə tətbiq etdiyi qüvvət, Dünyanı çox az hərəkət etdirsədə, Dünyanın əşya üzərinə tətbiq etdiyi cazibə qüvvəsi əşyanı Dünyaya doğru hərəkət etdirirdi.

 

Biz də əşyanı əlimizdən buraxdığımız zaman əşyanın Dünyaya düşməsi olaraq təsəvvür edirdik. Problem artıq həll edilmişdi. Əşyanın nəyə görə yerə düşdüyünü və Dünyanın hansı səbəbə görə Günəşin ətrafında fırlandığın aydın birşəkildə başa düşdük.

 

Ancaq daha sonralar inkişaf etdirilən ölçü texnikası cazibə qanununun izah edə bilmədiyi kiçik fərqlər tapmağa başladı. Xüsusilə Merkuri planetinin orbitindəki kiçik yönləndirmələri Nyutonun qanunları ilə açıqlamaq mümkün olmadı.Albert Eynşteyn inkişaf etdirdiyi nəzəriyyə ilə əşyanın hansı səbəbdən yerə doğru düşdüyünə yeni bir baxış gətirdi.

 

Biz üç ölçülü bir Kainatda yaşayırıq. Hal-hazırda olduğumuz yeri təyin etmək üçün üç koordinatdan istifadə etsəkdə, bir də “hal-hazırda” sözü ilə bir koordinat daha təyin edirik ki, bu da zamandır. Yəni biz üç deyil dörd ölçülü bir Kainatda yaşayırıq və bu Kainat üç kosmos koordinatıyla birlikdə, bir də zaman koordinatından meydana gəlir.

 

Albert Eynşteyn bu zaman koordinatının da kosmos koordinatlarına bərabər olduğunu göstərmişdir. Dörd ölçüdən ibarət olan bu Kainat üçün, kosmos və zaman yerinə kosmos-zaman anlayışından istifadə etmişdi. Yəni kosmos-zaman dediyimiz zaman, içində yaşadığımız dörd ölçülü Kainatı qəsd edirik. Albert Eynşteyin cazibənin əslində kosmos-zamanın əyilməsindən ibarət olduğunu göstərmişdir. Cisimlərin kütləsi nə qədər çox olsa kosmos-zaman da o qədər çox bükülər.

 

Buna görə əşya əslində Dünya tərəfindən çəkilmir, Dünyanın varlığından ötəri öz ətrafındakı kosmos-zamanı bükür və əşya bu bükülən kosmos-zamanda aşağıya doğru itələnir. Nyutonun cazibə qanunu bunun sadə vəziyyətlər üçün bir şərhidir. Ancaq xüsusilə işığın, kütləsi yüksək olan cisimlərin yaxınlığında əyilməsini bizə izah edə bilməz, çünki işıq kütləsizdir və kütləli cisimlərin kütləsiz bir cismi çəkməyini gözləmək olmaz. İşığın bu şəkildə bükülməsindən ötəri Günəşin arxasındakı bir ulduzu Günəşin yanındaymış kimi görə bilərik.

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin