Əslində biz kimik?

1

Tarix boyunca bu iki söz şairləri boş səhifələrə, alimləri müxtəlif hipotezlər, paradokslar yaratmağa və axtarış içində olanları kahinlərə yönəltdi: “Mən kiməm?” Apollo məbədinin divarına yazılmış olan “Özünü tanı” aforizmindən ,
The Who qrupunun “Sən kimsən?” mahnısından filosoflar, psixoloqlar,elm adamları, sənətçilər,siyasətçilər hamısı kimlik mövzusunu ələ aldı. Ortaya atdıqları hipotezlər bir-birindən çox fərqli idi və fikir ayrılığına səbəb olurdu.
Bu ağıllı insanların doğru cavabı tapması niyə bu qədər çətin idi? Cavabın tapılmasındaki çətinlik kimliyimizin zamanla dəyişməsi ilə bağlıdır.
Hansı tərəfimiz bizik? Bu gün olduğumuzmu? 5 il əvvəl olanmı, yoxsa 50 il sonra olacaq olanmı?
Və mən hansı zamandakı mənəm? Bu həftədəmi, bu günmü? Bu dəqiqəmi, bu saniyəmi? Bəs səni “sən” olaraq nə ifadə edir? Fiziki görünüşünmü? Yoxsa düşüncələrinmi? Yoxsa normal gündə və ya çətin anlarda müxtəlifləşən, dəyişiklik göstərən davranışınmı? Yoxsa eyni hadisəyə müxtəlif zaman aralıqlarında müxtəlif reaksiyalar  verərkən hansı reaksiyamızda biz “biz” oluruq?
Yaxşı, gəlin, Plutarxın “Teseyin gəmisi” (“The ship of Theseus”)   hekayəsinə baxaq:
“Tesey (Theseus)  Minatavrı (Minotaur) öldürərək bir gəmi ilə ölkəsinə geri qayıdır və insanlar Teseyin  şərəfinə, eləcə də bu tarixi hadisəni ölümsüzləşdirmək məqsədiylə  gəmini dayandığı limanda qorumağa qərar verirlər. Gəminin parçaları köhnəldikcə onu eyni yenisi ilə əvəzləməyə başlayırlar. Beləliklə gəmi əvvəlki kimi yeni qalır – ilk gəmidən görüntüsü ilə heç fərqlənmir . Bəs belə olduqda, gəmi həmin gəmimi olur? Yəni bu yeni gəmi əvvəlki ilə eyni sayıla bilərmi, görünüşcə eyni olsa belə. Bəs bizim Teseyin gəmisi ilə olan əlaqəmiz nədir? Bəs zaman bizdən nələrisə aparıb nələrisə bizə əlavə etdikcə biz öz kimliyimizdən uzaqlaşaraq fərqli insanmı oluruq? Teseyin gəmisinin sonrakı gəmiylə eyni olub olmaması paradoksu qədər çətindir “Mən kiməm? sualı. Fiziki görünüşümüz, hisslərimiz, duyğularımız hətta zövqlərimiz belə dəyişir və biz o zaman yenə də eyni özümüz oluruq və ya oluruqmu? Bu “Mən kiməm?” sualının bu qədər çətin olmasının səbəbi də elə budur – kim olduğumuzu tam olaraq anlaya bilməməyimiz. Bir çox paradokslar, hipotezlər, fikir ayrılıqları yaratsa da, bu sualın hələ də tam dəqiq cavabı yoxdur.

Mənbə : Who am I- Ted-ed

Redaktə etdi: Şəfiqə Babayeva

1 ŞƏRH

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin