Hər kəsə yayılan hallüsinasiya

0

Bu qeyri-adi hallüsinasiya epidemiyasına nə səbəb oldu?

Gecə yarısı hallüsinasiya görən bir qadınla təmasda olan 5 şəxs ard-arda xəstələndi və hallüsinasiyalar görməyə başladı.

KVAL agentliyinin xəbərinə görə 78 yaşlı bir qadının baxıcısı səhərə yaxın Şimali Bend – Oregon polisinə zəng vurub maşınının kimsə tərəfindən viran edildiyini bildirdi. Polislər gəldi, heç nə tapa bilmədən geri qayıtdılar. Ancaq eyni şikayət ilə saat 05:30-da bir daha çağırıldılar. Polislər qadının hallüsinasiya gördüyündən şübhələnib onu xəstəxanaya apardılar, ancaq orada qadının sağlamlığında bir problem görülmədi və evə buraxıldı.
Lakin gün keçdikcə qadınla əlaqə quran hər kəs oxşar simptomlar göstərməyə başladı: iki polis, 78 yaşlı qadın və bir xəstəxana işçisi xəstəxanaya aparıldı.
Günortadan sonra karantin paltarlarında bir qrup Oregon’s Bay Area xəstəxanasında və hər şeyin başladığı yerdə idi; maşınları və təcili yardım maşınını dezinfeksiya etdi. Heç bir şey tapılmadı. Serjant Pat Dovning KVAL-ə  “heç bir yoluxucu qaynaq olmadığını” dedi. “Maşınlar, avadanlıqlar, uniformalar yoxlanıldı və üzərilərində, ya da ətraflarında heç bir yoluxucu maddəyə rast gəlinmədi”. Xəstələrin qan testlərində də bir şey çıxmadı.
Bu 5 yad insanın, sadəcə bir neçə dəqiqəni birlikdə keçirdikdən sonra ard-arda hallüsinasiyalara boğulmasının səbəbi nə ola bilərdi?
Corctaun Məşhur Elmlər universiteti tibb mərkəzinin Nevrologiya və Biokimya kafedrasının professoru Ceyms Cordano bir az detektivlik etdi və hallüsinasiyaların mənbəyi ilə bu hadisənin necə aydınlaşdırılacağını araşdırdı.

Mühitmi, psixologiyamı?

Dərmanla yaranan hallüsinasiyalar, əsasən, vizual olarkən, audio olanlar daha çox psixolojidir deyir Cordano. Həm vizual, həm də audio olan, hətta hissi olan qarışıq hallüsinasiya görə bilərsiniz, çiyninizdə bir əl, bir sürtünmə, ya da bir zirehlə əhatə olunduğunuzu hiss etmək kimi. Ancaq vizual və qəflətən başlayan bu cür hal, əsasən, xaricdən təsirlənir. Səbəb isə göbələk sporları və ya havaya qarışmış bir dərman ola bilər. LSD olması da zəruri deyil, Parkinson üçün istifadə olunan dərmanlar belə hallüsinasiyalara yol aça bilər.
…Yenə də ilk çağırışdan 10 saat sonra karantin qrupu bir şey tapa bilmir.
Yoluxucu bir şey olmadığına görə isə sirr artır…

Hallüsinasiyamı, yoxsa ortaq xəyalmı?

“Düşərgə ocağı təsiri” olaraq da bilinən bir fakta görə gecə bir şəxs xışıltı eşidər və ocağın ətrafında oturan hər kəs qulaq kəsilər, hər keçən sincabı qorxulu bir varlıq zənn edərlər.

Cordano stress və ya susuz qalma, kofein qəbulu, ya da həddindən artıq yorğunluq kimi fiziki vəziyyətlərin zehni bir çöküşə zəmin yaratması ehtimalını qəbul edir. İki polis və bir xəstəxana işçisinin eyni vaxtda çox pis gün keçirməsi mümkündürmü? Əgər vəziyyət kifayət qədər stresslidirsə, beynimizdəki dövrələr oyunlar oynaya bilər.
Burada çox real hallüsinasiya görən bir fərd var. Hallüsinasiyaları, xüsusilə, səsli olaraq təsvir edirsə…
Məsələn, şahidlər otluq yerdə birini gördüklərinə and içir. Bu vəziyyət çox nadir halda yaşanır. Mümkündürmü? Bəli.

“Folie a deux”, ya da “ikili dəlilik”.
Bu ən az ehtimal olunan cavabdır, amma araşdırmağa dəyər. Uzun zaman bir-birinə yaxın yaşayan insanlar bir-birilərinin inanc sistemini və xəyallarını bölüşməyə başlaya bilərlər. Məsələn, dəli valideynin baxdığı bir uşaq evlərinin altında birinin yaşadığına inana bilər. Amma bu teoriya 5 insanın uzun müddət bir-biri ilə yaşamalarını və qarşılıqlı təsirdə olmalarını tələb edir – ki bu olmadı.
Cordano məhdud təfərrüatlara əsaslanaraq, hipotezlər irəli sürərkən  instinktləri onu yoluxucu maddə fikrinə geri qaytarırdı. O deyir:
-“Hər nə qədər bir şey tapmadıqlarını desələr də, gözdən qaçırmış ola bilərlər. Yüksək təsirli bir dərmanın çox kiçik bir dozası xəstələrin üzərində xəstəxanaya daşınmış ola bilər. 5 insan bu dərmanın təsirinə məruz qalıb və nəticədə onların beyin kimyasında dəyişikliklər yaşanıb. Onlar daha sonra da ilk xəstənin təcrübələrindən təsirlənərək eyni yolu izləmiş ola bilərlər. Heç biri deyilsə, işlər bir az qarışıq vəziyyətə gəlir. Bildiyimiz tək şey beyinin qəribə bir yer olduğudur.”

  • Mənbə:Popsci
  • Redaktə: Zumrud Karimova
  • Tərcüməçi: Aygün Məhərrəmli

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin