Habll qanunu və Kainatın əsas xarakteristikaları

0

Kainatın quruluşunu təsəvvür etmək üçün aşağıdakı müşahidə faktlarından istifadə edilmişdir: mikrodalğalı diapazonda Kainatın relikt şüalanma fonunun kəşfi (A.Penzias və R. Vilson, ABŞ, 1965); qalaktikaların bir-birinə nəzərən böyük sürətdə uzaqlaşmaları (Habll, 1923); Kainatda əsas kimyəvi elementlər olan hidrogen və helium elementlərinin nisbəti (75%; 25%).

Kainat quruluşunun müasir modelinə verilən əsas tələb ondan ibarətdir ki, həmin model bu müşahidə faktları ilə ziddiyyət təşkil etməsin.

1923-cü ildə amerikalı astronom Edvin Habll Andromeda dumanlığının spiralşəkilli qollarında bir neçə parlaq dəyişən ulduz müəyyən edir. Bu ulduzların parlaqlıq əyriləri (parlaqlığın zamandan asılılığı) bizim Qalaktikada Sefeidlər adlanan dəyişən ulduzların parlaqlıq əyrilərinə bənzəyir.

Habbl ulduzların spektr xətlərinin spektrin qırmızı ucuna tərəf sürüşməsinə və Andromeda dumanlığındakı ən parlaq ulduzların görünən parlaqlığına əsasən, həmin qalaktikalara qədər məsafələri qiymətləndirmişdir. Nəticədə müəyyən edilmişdir ki, spektrdə xətlərin qırmızı tərəfə sürüşməsi qalaktikaya qədər olan məsafə ilə mütənasib artır.

Dopler effektinə (İşıq mənbəyinin müşahidəçiyə (qəbulediciyə) nəzərən hərəkəti zamanı dalğa uzunluğunun (və ya tezliyin) dəyişməsi. 1842-ci ildə Dopler tərəfindən müəyyən olunmuşdur) əsasən spektral xətlərin qırmızıya tərəf sürüşməsi (buna qırmızı sürüşmə deyilir), işıq mənbəyinin müşahidəçidən uzaqlaşdığını göstərir. Belə çıxır ki, uzaqlaşmanın sürəti xətlərin sürüşməsi ilə, yəni məsafə ilə mütənasibdir.

Beləliklə, müəyyən edilmişdir ki, bütün qalaktikalar bir-birindən sürətlə aralanır.

Buradan belə bir məntiqi nəticəyə gəlmək olar ki, qalaktikalardan hər hansı birində yerləşən müşahidəçi üçün bütün istiqamətlərdə qalaktikaların hərəkət xarakteri eynidir: Kainat bircinsli və izotropik olaraq genişlənir. Bu prinsip Kosmoloji prinsip adlanır.

İstənilən iki qalaktikanın bir-birinə nəzərən uzaqlaşmasının nisbi sürəti aralarındakı məsafə ilə düz mütənasibdir:

v = H * D

 

Burada D – qalaktikalar arasında məsafə, v – qalaktikanın uzaqlaşma sürəti, H – Habbl sabiti olub, sürət artmasının məsafə artımına nisbətini ifadə edir. Onun astronomik mənası, sürət ilə məsafənin mütənasibliyinin bütün qalaktikalar üçün eyni olmasıdır.

Hazırda Habbl sabiti bir milyon işıq ili üçün 23 km/san qəbul edilir:

H=23 km/(san*milyon i.i.).

İşıq ili – işığın 3*105 km/san sürətilə 1 ildə qət etdiyi məsafədir:

1 i.i. = 9,46*1012 km-dir.

Habbl sabitinin qiyməti təqribi də olsa, Kainatın yaşını müəyyən etməyə imkan verir. Doğrudan da, Kainatın genişlənməyə başladığı andan indiyə qədər keçən vaxt milyon işıq ilinin 23 km/san-yə bölünməsi ilə müəyyən edilə bilər:

 

Kainatın yaşı üçün hesablanmış bu qiymət – qalaktikaların sabit sürətlə genişlənməsi fərz edilməklə, qalaktikalar arasında cazibə nəzərə alınmadan hesablanmış qiymətdir. Bu və bir sıra başqa effektləri nəzərə almaqla, Kainatın yaşı üçün qəbul edilmiş qiymət 13,04 milyard ildən fərqli olmalıdır.

Kainatın genişlənməsində əsas effekt temperaturun Kainatın ölçüsü ilə tərs mütənasib azalmasıdır.

Habbl sabiti həm də kosmik sıxlığın böhran qiymətini təyin etməyə imkan verir.

Böhran sıxlıq kosmik sıxlığın elə minimal qiymətidir ki, bu sıxlıqdan böyük qiymətlərdə Kainatın genişlənməsi dayanır və o sıxılmağa başlayır.

Nəzəri araşdırmalarla müəyyən olunmuşdur ki, böhran sıxlığının ρb qiyməti Habbl sabitinin kvadratı ilə mütənasibdir:

Burada G – cazibə sabitidir. Sabitlərin qiymətlərini nəzərə alsaq, böhran sıxlığı üçün:

alınır.

Böhran sıxlığının indiki qiymətində hər 1 sm3 həcmdəki nüvə zərrəciklərinin sayı:

qədərdir.

Başqa sözlə, 1 litr həcmə 0,0027 nüvə zərrəciyi, 103 litr həcmə isə 2-3 nüvə zərrəciyi düşür. Bu mühit isə təbii vakuuma yaxındır.

 

 

Ədəbiyyat:

Murquzov Mirzəli, Mehdiyev Allahverdi, Abdurazaqov Rasim, Ətayi Ədalət, Zeynalov Rəhim – Astronomiya.

 

Redaktə etdi: Şəfiqə Babayeva

 

 

 

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin