Hans Holbein və “Elçilər”

0

Hans Holbayn (alm. Hans Holbein) Almaniyanın yüksək intibahın dövrünün son böyük sənətçisi və ən güclü portret ustasıdır. Cavan Hans Holbayn Ausburqda doğulmuş və Londonda vəfat etmişdir. İlk dərslərini atasının emalatxanasında qardaşı Ambrosiusla birgə almışdır.Hans Emalatxananın 1514-cü ildə dağıdılmasından sonra isveçrəyə gedərək Bazeldə Hans Harbsterin yanında rəssam olaraq işləməyə başlamışdı.

William Warham

Bu illərdə tanış olduğu tanınmış humanist Erasmusun “Encomium Moriae” (Dəliliyə mədhiyyə) adlı işini rəsmə aldı.

Yazı kağızı ilə Rotterdamlı Erasmus

Daha sonra Erasmus vasitəsi əlaqə qurduğu İngiltərə baş naziri Tomas Morun (Thomas More) yanına Londonda getdi. Orada qaldığı 2 il  ərzində Mor başda olmaqda bir çox İngiltərə əsilzadələrinin portretlərini çəkmişdir.

 

Wedigh ailəsinin fərdi

lk rəsmləri

Holbaynın ilk əsərlərində qərb sənətinə məxsus olan izah edici yanlar var və bununla birlikdə İtaliya incəsənətinin kompozisiya “baxışından” təsirləndiyi görülür. Buna misal olaraq “Ölü İsa”adlı rəsmi göstərmək olar. Əsər itdiyi üçün hal-hazırda geriyə yalnızca surətləri qalmışdır. Bu rəsmdə Holbayn Leonardonun “Qayalıqlar Madonna” sı üzərindəki bəzi detalları olduğu kimi köçürmüşdür. Din mövzulu əsərlər içində İsanı uzanmış bir formada yandan göstərən Ölü İsa ən təsiredici əsərdir. Geridə qalan dini mövzu ilə bağlı əsərləri portretləri qədər uğurlu alınmamışdır.

Ölü İsa

Rəsmlərinin özəllikləri

Holbayn son zamanlarda çəkdiyi portretlərdə konturlar üçün özünün yaratdığı şəxsi bir alətdən istifadə etmişdir.

Anna von Cleve

Onun rəsmlərində xarici mənbələrin təsirlərini rahatlıqla mənimsəməsi onun atası ilə bağlı olsa da, rəsm məkanını struktur olaraq bildirməsi və insan bədənin quruluşunun detallarını göstərməsi onu atasından ayırmışdır.

Tacir Georg Giszein

Holbaynın İngiltərədə olarkən çəkdiyi ” Ser Tomas Mor və ailəsi ” adlı qrup portreti itmişdir. Holbaynın bu rəsmi birbaşa modelə baxaraq deyil, ilk öncə bəzi nümunələr çəkərək hazırladığı düşünülür.

Bonifacus Amerbachinin portreti

Portretlərdə üzlərin incə detallarının işlənməsi isə Holbaynın bir qravüatur ustası kimi böyüdülməsindən qaynaqlanır.

Əsilzadə və quşu

Holbayn portretlərin bir çoxunda Mona Liza kompozisiyasının sxemini istifadə etmişdir. Arvadı və iki uşağını rəsm etdiyi əsəri isə onun portret rəsmlərinin ən orijinal nümunələrindən biridir.

Arvadı və uşaqları

Holbaynın ən tanınmış rəsm əsəri isə “Elçilər” hesab olunur.

Elçilər

Rəsmdə iki şəxs təsvir olunmuşdur. Soldakı şəxs Fransanın o dövrdə Londondakı səfiri Jean de Denteville, sağdakı şəxs isə Georges de Selve.O Fransa baş nazirinin dostu və baş yepiskopdur. Hər iki şəxs İngiltərədə yaşayırdı. Bu rəsmi çəkdikdən qısa bir müddət sonra Holbayn İngiltərə kralı VIII Henrinin rəssamı olmuşdur.

VIII Henry

Rəsmdə o dövr İngiltərəsində yaşanılan daxili qarışıqlıqlara işarələr olduğu da düşünülür. Rəsmi incələməyə bu iki şəxslə başlayaq. Soldakı şəxs Dontövil (fr. Jean de Denteville) bu rəsmi sifariş edən, eyni zamanda tablonu evində də saxlayan şəxsdir. Kürklü paltosu və ipək paltarları ilə çox zəngin biri kimi rəsm edilmişdir. Əlində tutduğu xəncərdə çəkilən 29 rəqəmi onun yaşını göstərir. Sağdakı şəxs isə Corc de Selvdir(Georges de Selve). Onun geyimləri daha sadə rəsm edilmişdir. Dirsəyi kitabın üzərində göstərilmişdir. Bir tərəfdə xəncər, digər tərəfdə kitab rəsm edilməsi qəribə təzad yaratmışdır. Bir tərəfdə aktiv bir həyat, digər tərəfdə isə daha çox düşünməyə yönəlmiş həyat göstərilmişdir. Selvin dirsəyini yerləşdirdiyi kitabın üzərində görünən 25 rəqəmi isə onun yaşını göstərir. Ortadakı rəflərdə göstərilən obyektlər rəsmin tam ortasında öz yerləşib. Bu obyektləri rəsm edərkən Holbayn qeyri-adi reallıqdan istifadə etmişdir. Hər bir obyektin öz mənaları vardır. Səma ilə əlaqəli astronomik, ölçmə əşyaları yuxarıdakı rəflərdə göstərilmişdir.

Dünyaya aid şeylər olan ud, qlobus kitab isə aşağıdakı rəfdədir. Holbayn o qədər incəliklə işləmişdir ki, yaxından baxdıqda belə detalları görmək mümkündür. Məsələn uda yaxından baxdığımız zaman tellərindən birinin qopmuş olduğu görünür. İncəsənət tarixçilərinə görə udun telinin qopmuş olması o dövrdə Avropa və kilsə arasında yaşanmış olan narahatlıqları göstərir. Bunu eyni zamanda udun aşağısında olan ilahiyyat kitabında da görə bilərik. Açıq və gözəl çəkilmiş kitabı oxumaq belə mümkündür. Rəsmin “döşəməsi” isə mükəmməlliklə rəsm edilmişdir. Və bu məkan həqiqətən var olan Vestministerdir. Rəsmdə qəribə bir formada yerdə duran taxta parçası olduğu görünür. Bu rəsmi anlamaq üçün bir qədər sağ tərəfə gedib biraz əyilmək və yaxud  bir güzgü köməyi ilə baxmaq lazımdır. Bu zaman aldığınız şey əslində anomorfoz bir görüntü, yəni uzadılmış bir rəsmdir. Və bu rəsmdə bir kəllə sümüyü görünür. Rəsmdə digər detallara nəzər salındığı zaman kəllə sümüyünü görmək mümkün deyil. Görmək üçün isə biraz maili durub kəllə sümüyünü görmək olar ki, bu zaman da digər detalları biraz əyilmiş formada görəcəksiniz. Kəllə sümüyü bu rəsmin əsas detalıdır. Kəllə sümüyü ölümün ənənəvi simvoludur. Diqqətlə rəsmin ən yuxarı sol küncünə baxdığımız zaman pərdənin arxasında balaca bir Çarmıxa çəkilmiş heykəli görə bilərsiniz. Bu rəsm hər iki şəxsin həyatda olarkən qazandıqları  və dünya tarixindəki şəxslərin bacarıqları ilə əlaqəli olması kimi görünür. Kəllə sümüyü insanların ölümdən qaça bilmədiklərinə, onların biliklərinin sərhədlərinin olmasına, Çarmıxa çəkilmə heykəli isə insanın fədakarlığına həsr olunurmuş kimi görülür.

Hans Holbaynın əsərlərinin bir çoxu hal – hazırda Bazel muzeyində yerləşir.

Mənbə : 1.http://www.filozof.net/Turkce/edebiyat/edebi-sahsiyetler-kisilikler-biyografileri/43417-hans-holbein-genc-kimdir-hayat-eserleri-hakk-nda-bilgi.html

2.https://tr.khanacademy.org/humanities/renaissance-reformation/northern/holbein/v/hans-holbein-the-younger-the-ambassadors-1533

3.http://www.istanbulsanatevi.com/sanatcilar/soyadi-h/holbein-hans-younger/hans-holbein-younger-biyografi-1497-1543/

Tərcüməçi :Bənövşə Su

Redaktə etdi: Ziya Mehdiyev

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin