Haqqımızda

Resonance Enlightenment Society (R.E.S.) – Rezonans Maariflənmə Cəmiyyəti 2016-ci ilin 14 iyun tarixində Ziya Mehdiyev tərəfindən yaradılmışdır. Fəaliyyətimizə elmi bloq olaraq başlasaq da , sonrakı dövrlərdə rezonanss.com saytı yaradılmışdır. R.E.S olaraq məqsədimiz elmdən, incəsənətdən, fəlsəfədən xəbərsiz , keçmişin stereotipləri ilə hərəkət edən kütləyə modern yaşam üçün bilinməsi vacib olan bilgilər aşılamaqdır. Saytımızın əsas fəaliyyət sahəsi elm olsa da , incəsənət və fəlsəfə kimi intellektualın bilməli olduğu məlumatları da paylaşmağı özümüzə borc bilirik.

 

KOMANDA  

Komandaya üzvlük anketi:https://goo.gl/forms/jiKWG9g89kUIVcWY2

 

Sabit bir komandamız olmadığına görə xüsusi bir siyahı qeyd edilməyib , ancaq komandanın əsasını Azərbaycan Tibb Universitetinin tələbələri təşkil edir. Çox geniş bir komandamız var. Bunların hamısı saytda yazar deyil , bir qismi hələ öyrənmə mərhələsindədir. Bunu da qeyd etmək vacibdir ki , Rezonans öz yazarlarını özü yetişdirir. Bunun üçün yaradılmış Rezonans kitabxanası da var. Komandamıza qatılmaq üçün yuxarıda qeyd edilən anketi doldurun. Bacarıq , istək və məqsədiniz varsa , komanda da sizə yer var. Rezonans rasionallığa meyl edən hamınındır!