Heyvanlar intihar edirmi? Təbiətdəki zombilər.

0

Krliça Viktoriyanın dövründə İngiltərə mediasında intihar edən heyvanlar haqqında hekayələr yazılırmış. Özünü suda boğan it, ördək, balaları öldüyü üçün özünü asan pişik və s.

Bəs həqiqətən heyvanlar intihar edirmi? 

Heyvanların da psixoloji problemləri ola biləcəyi bilinən bir haldır. Stresə yada depresiyaya düşə bilirlər ki, bunlar insanı intihara sürükləyən ünsürlər arasındadır. Eyni zamanda sadəcə insana xas olduğunu düşündüyümüz bəzi davranışlara heyvanlarda da rast gəlindiyini bilirik.

Bəs intihar bu davranışlardan biri ola bilərmi?

Heyvan haqlarını müdafiə edən Animal World adlı Jurnalın 1975-ci ilədə yayımladığı bir yazıda “onu tutmağa çalışan ovuçunun əlinə düşməkdənsə intihar etməyi seçən bir maraldan” bəhs edilirdi.

20-ci əsrdən intihar haqqında tibbi biliklərin artması ilə heyvanların intihar hekayələri də azalmağa başladı. Bu hekayələrin yerinə diqqət, toplu halda ölmüş vəhşi siçanlara, ya da çox sayda balinanın sahilə çıxması kimi toplu heyvan “intiharları” üzərində araşdırmalara yönəldi.

Heyvan intiharları haqqında edilən 1000-ə yaxın araşdırmanı incələyən
İtalyan psixiatr Antonio Preti açıqlamasında bu cür hekayələrə aldanmamaq, bunun insanlar tərəfindən heyvanlara edilən bir bənzətmə olduğunu bildirib.

Məsələn,  araşdırmaçılar vəhşi siçanların toplu şəkildə ölməyini, çox sayda heyvanın eyni anda köç etməsinə bağlayır. Ona görə də müxtəlif təsirlərin nəticəsi olaraq bu qədər ölü siçanla rastlaşırıq. 

Preti sahibi öldükdən sonra ölən heyvanların, ölüm səbəbini sosial bağın kəsilməsi ilə bağlayır. Yəni heyvan ölmək üçün şüurlu bir qərar vermir. Belə ki, heyvan öz sahibinə o qədər öyrəşir ki, başqa birindən qida qəbul etmir.

Bu bizə önəmli bir gerçəyi göstərir. :Stres bir heyvanın həyatda qalmasını təhlükəyə atacaq qədər onun davranışlarına təsir edir.

İspaniya da Tenerif şəhərindəki bir su heyvanları parkında, qatil balina balasının özünü su hovuzunun kənarına atıb 10 dəqiqə orda durmasını göstərən video sosial mediada çox paylaşılmış və balinanın intihar etdiyi haqqında onlarca yazı yazılmışdı.

Qatil balinaların təbii olmayan mühitdə fərqli davrandığı, belini hovuza sürtmək, dişlərini qıcırdatmaq kimi davranışlar sərgilədiyi bilinən birşeydir. Heyvanların özlərinə zərər verən bu davranışları niyə etdiyini anlamaq üçün, onların duyğuları nə qədər hiss etdiklərini anlamaq lazımdır. Bəzi heyvanlar travma aldıqları zaman stresə və ya depresiyaya düşə bilirlər.

Məsələn, Çində yerləşən bir heyvanxanada bir ayı, balasını boğduqdan sonra özünü öldürmüş, bu hadisə qapalı halda yaşamağa alışa bilmədiyi üçün ayının şüurlu şəkildə etdiyi hərəkət kimi qəbul edilmişdi. Amma heyvan təbii ərazisindən uzaqlaşdırılması səbəbi ilə yaşadığı stress, eyni zamanda balasına bir xəstəlik səbəbi ilə qarnına kateter taxılması nəticəsində keçirdiki ikinci stress halına görə bu təbii olmayan hərəkəti etmişdi.
Toplu şəkldə intihar ettikləri düşünülən digər heyvanlar balinalardır. Tez-tez sahildə ölü taplan balinalar haqqında xəbələrlə rastlaşırıq. Bu cür ölümlərin səbəbi isə intihar deyil, sadəcə sürüyə liderlik edən balinanın istiqamət təyin etmək bacarığında yaranan problemlərdir. Balinalar exolokasiya sayəsində (səsin maneələrə dəyib geri qayıtması) yollarını tapırlar. Bəzən xəstəliklər və ya başqa səbəblərdən lider balina sahilə doğru üzməyə başlayır və geri qayıda bilmir. Sürü də onu izlədiyi üçün belə xoşagəlməz mənzərələrlə rastlaşırıq.

Bəzi hörümçəklər balalarının onları yeməsinə icazə verir. Düzdü bunun nəticəsində ölürlər, amma buna intihar demək olmaz. Çünki, bir canlının intihar etməsi üçün o canlı dünyadakı yerini qavramalı, somrada yox olacağını almalıdır. Bu isə inkişaf etmiş beyin tələb edir. Düzdür bəzi heyvanlar plan qura bilirlər,. Məsələn, bəzi quşlar sonra yemək üçün qida toplayırlar, bonobolar və oranqutanlar istifadə etmək üçün alət yığırlar. Amma intihar üçün daha güclü beyin lazımdır.

Bu cür davranışlara səbəb olan başqa bir səbəb beyinə təsir göstərən parazitlərdir.
Gəlin onlarla tanış olaq:

Taksoplazma gondi

Bu təkhüceyrəli parazitlər sahib(parazitlik etdiyi ) orqanizmi ən çox sui-istifadə edən parazitlər olaraq bilinir. Beləki aralıq sahib olaraq siçanları seçən bu parazitlər, onları pişiklərdən qorxmayacaq hala gətirirlər,hətta onları pişiklərə yönləndirirlər. Çünki parazitin əsas sahibi pişiklərdir, pişiklərin bağırsağında çoxala bilirlər və inkişafını tamamlamaq üçün pişiklərin bədəninə girməlidirlər. İnsanların 30-60%-də taksoplazma parazitinə rast gəlinir. Amma insan davranışlarına təsiri olmadığı düşünülür.

Kamikadze atqılı soxulcanı(paragordius tricuspidatus)

Bu soxulcanların uzunluğu 30-sm qədər ola bilir. Amma bu mərhələyə çatmaq üçün bir çəyirtkə tapmalıdır. İlk öncə ağcaqanad sürfələri bu soxulcanın sürfəsini yeyir. Bu sürfə yetkin ağcaqanad halına gəldikdə çəyirtkə onu yeyir. Beləcə parazit çəyirtkənin içində böyüməyə başlayır. Amma at qılı soxulcanının inkişafının davam etməsi üçün su lazımdır. Çəyirtkələr isə suya girmirlər . Bu mərhələdə parazit onun sinir sisteminə təsir edərək suya tullanmağa məcbur edir və beləcə çəyirtkə suda boğulur, parazit isə inkişafını tamamlamış olur.

İntahla əlaqədar olmasa da, başqa beyin və ya sinir sisteminə təsir edən parazitlər də vardır:

Zombi qarışqa göbələyi (Ophiocordyceps unilateralis)

Bildiyimiz kimi qarışqaların yön təyin etmək bacarığı çox güclüdür. Amma Tayland, Afrika, Braziliyada componotus leonardi adlı qarışqalar parazit bir göbələyin təsiri ilə yönləndirilirlər. Bu göbələyin sporları qarışqaya yoluxduqdan sonra bir neçə gün boyunca onun bədənində inkişaf edir. Sonra isə onun beynini ələ keçirərək öz inkişafı üçün ən uyğun yerə sürükləməyə başlayır. Qarışqa bir zombi kimi göbələyin böyüməsi üçün əlverişli rütubətliliyə malik, yerdən 25-sm yüksəklikdə bir yarpağa “dişlərini” keçirərək ölür. 24 saat sonra göbələk böyüyərək qarışqanın bədənində çıxır və sporlarını yaymağa başlayır.

Parabüzən paraziti. (Dinocampus coccinellae) 

Bir arı növü başqa böcəklərin yumurtalarını yeməməsi üçün parabüzəndən istifadə edir. Parlaq rənglərinə görə (xəbərdaredici rəng) digər böcəklər parabüzənə yaxınlaşmırlar,bu yabanı arı növündən başqa. Parabüzənə iynəsini batıraraq onun içinə bir ədəd yumurta qoyur. Yumurtadan çıxan sürfə böcəyin daxili möhtəviyyatı ilə qidalanaraq böyüyür və qarın nahiyəsindən çıxaraq onun ayaqları arasında bir qoza hörməyə başlayır. Hələ canlı olan parabüzən başqa bir böcək yaxınlaşanda ayaqlarını tərpədərək qozanı qorumuş olur. Bu davranışı etməyinin səbəbi sürfənin ifraz etdiyi bir maddədir.

Zümrüdü tarakan arısı(Ampulex compressa)

Asiya, Afrika və Sakit okeanın bəzi adalarında görülən bu arılar parlaq yaşıl rəngləri ilə çox cəlbedici görünürlər. Amma qarşılarına çıxan tarakanlar acınacaqlı hala düşürlər. Beləki bu böcəklərin sadəcə altıda biri qədər olsalar da, iynələrini onlara batıraraq iflic edə bilirlər. Xüsusi olaraq ifraz olunan başqa bir zəhər isə tarakanların beyinlərinə təsir edərək istəklərinə bağlı olaraq yönləndirməyə xidmət edir. Əvvəlcə böcəyin qanını əmir, sonra isə bığcıqlarını yeyir və yuvasına çəkir. Orada yumurtalarını böcəyin qarnına qoyur və üzərini xırda daş parçaları ilə örtür. Böcək qaçmağa çalışmır və arı süfrələrinin onu yeməsinə icazə verir.

Sacculina carcini

Bu canlı inkişafı üçün xərçəngin içinə girməlidir. Bunun üçün xərçəngin qısqaclarında vəya qabığında bir oyuq taparaq onun daxilinə keçir. Bundan sonra xərçəngin qəbul etdiyi qida maddələrini süzərək böyüyür. Əgər xərçəng dişidirsə Sacculina onu özünün milyonlarla sürfələrinə baxmağa məcbur edir. Əgər xərçəng erkəkdirsə əvvəlcə onun cinsiyyət orqanına təsir edir və hormonal balansı pozur. Xərçəngdə getdikcə dişiləşmə prosesi gedir(məs, qarıncıq nagiyəsi böyüyür, qısqacların inkişafı dayanır və s.) Hətta dişilərin çoxalmaq üçün etdiyi hərəkətləri belə təkrarlayır.

 

Mənbə :

 

http://www.bbc.com/earth/story/20160705-many-animals-seem-to-kill-themselves-but-it-is-not-suicide

 

http://www.bbc.com/earth/story/20150316-ten-parasites-that-control-minds

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin