Homoseksuallıq xəstəlik deyildir

0

 

 

 

Homoseksuallıq — ( yun. ὁμός – eyni , lat. Sexus- cins) eynicinslilər arasında yaşanan romantika, eşq və ya cinsi əlaqə.Homoseksuallıq geniş mənada insanın mövcud olan seksual növlərindən(orientasiya) biri olub, özündə homoseksual orientasiya (öz cinsinden olanlara seksual meyil) , homoseksual identiklik (özünü homoseksual orientasiyalı biri kimi dərk etmə) və homoseksual davranışı (öz cinsindən olanlarla seksual təcrübə ) birləşdirir. İnsanlarda mövcud olan digər iki seksual orientasiyalara biseksuallıq ve heteroseksuallıq aiddir. Kişi cinsindən olan homoseksualların geniş yayılmış adlarından biri gey olaraq tanınır. Gey sözü fransız dilində olan “gai” sözündən yaranmışdır. Bu sözün tərcüməsi “əhli-kef” mənasını verir. Gey sözünün homoseksuallara aid edilməsi isə 1960-cı illərdən başlanılmışdır.

 

XX əsrin əvvələrinə qədər homoseksualların hüquq və öhdəlikləri cəmiyyətə məlum deyildi. Qədim zamanlardan, xüsusən, Şərq ölkələrində homoseksuallıq günah və cinayət hesab olunurdu. Bütün səmavi dinlər, bu cür cinsi münasibəti qadağan edirdi. Bu səbəbdən homoseksualların məskunlaşdığı ərazilərdə xüsusi nəzarət təşkil olunur və onların cəmiyyətə qarışmasının qarşısı alınırdı. Avropada homoseksuallara qarşı nisbətən mülayim münasibət göstərilsə də, Afrika və Asiya ərazilərində qeyri-təbii davranışların cəzası çox zaman ölüm hökmü olurdu. 1960-cı ildən etibarən homoseksualların hüquqları hazırlanmağa başlandı. Homoseksuallar onlara cəmiyyətdə seçmək, seçilmək, orduda xidmət etmək, eyni cinsdən olanlarla evlənmək kimi hüquqların verilməsini tələb edirdilər. Uzun müddət aparılan mübarizəyə baxmayaraq, yanız 2001-ci ildə Hollandiyada geylərin evlənməsinə rəsmən icazə verilmişdir. Hollandiyada eyni cinsdən olanlara evlənmək və övladlığa uşaq götürmək hüququ verildikdən sonra BelçikaİspaniyaKanadaCARNorveçİsveçPortuqaliya və İslandiyada da oxşar qanunlar qəbul edilmişdir. İranSomali və Səudiyyə Ərəbistanı kimi bəzi ölkələrdə bu tip evlilikləri təşkil etmək ölüm hökmü ilə nəticələnir. Hazırda xəstəliklərin adlandırılması ,təyini Xəstəliklərin Beynəlxalq Təsnifatına (XBT-10) əsasən müəyyən edilir. Homoseksualizm 17 may 1990-cı ildə Ümumdünya Səhiyyə Toplantısında Xəstəliklərin Beynəlxalq Təsnifatından çıxarılmışdır. Hətta bir çox məsələlərdə demokratik ölkələrlə razılığa gəlməyən Çində də homoseksualizm 2001-ci ildə Çin Psixiatrlar Cəmiyyəti tərəfindən aparılan 5 illik tədqiqatdan sonra “Ruhi Xəstəliklərin Çin Təsnifatı”ndan silinmişdir. Homoseksuallığın yaranması ilə əlaqədar müxtəlif fikirlər irəli sürülsə də, onların heç biri konkret olaraq sübuta yetirilməyib. Niderland beyin institutunun direktoru, neyrobioloq Dik Svaab hesab edir ki, homoseksual olub-olmamaq insan hələ doğulmamışdan əvvəl müəyyənləşir. Amerika Pediatriya Akademiyası 2004-cü ildə bəyan etdi : ” Böyük ehtimalla, seksual orientasiya konkret bir faktorla deyil, genetik, hormonal və mühitin təsiri ilə müəyyənləşir “. Kral Psixiatriya Kollegiyası (Böyük Britaniyanın əsas professional psixiatrlar assosiasiyası) 2007-ci ildə bəyan etdi : “Təxminən bir əsrlik psixoanalitik və psixoloji spekulyasiyaya baxmayaraq, şəxsin homoseksual yaxud heteroseksual olmasında tərbiyənin xarakteri və erkən uşaqlıq təcrübəsinin hər hansı rolunu göstərən heç bir dəlil yoxdur.Görünür ki, seksual orientasiya bioloji təbiətli olub, genetik faktorların və erkən bətndaxili mühitin mürəkkəb qarşılıqlı təsiri ilə əvvəlcədən müəyyən olunur.Buna görə də cinsi orientasiya şəxsin özü tərəfindən seçilmir.17 iyun 2011 ci ildə BMT ilk dəfə olaraq , “İnsan hüquqları, sexsual orientasiya ve gender bərabərliyi” qətnaməsini qəbul etdi. Qətnaməyə əsasən, sexsual orientasiyaya görə diskriminasiya qadağan edilir.

Tarix boyu homoseksuallıqla mübarizə üçün  qəddarca üsullar tətbiq edilmişdir, bunlardan” reparative” və  ya” conversion therapy” adı ilə bilinən maneə terapiyasını bir yerdə nəzərdən keçirək.

 

Maneə terapiyası(aversion therapy) homoseksual şəxsin cinsini dəyişməyə əsaslanan bir terapiya növüdür.ABŞ və Böyük Britanıyanın tibbi, elmi, habelə hökümət təşkilatları da bu terapiyanın çox ziyanlı olduğunu bəyan etmişlər. Gəlin, baxaq, bu terapiya növü necə yarandı?

21 ci əsrdə belə homoseksuallığın bir xəstəlik olduğunu, hamını heteroseksual kimi görmək istəyən və görə bilməyəndə bunu xəstəlik olaraq adlandıran insanlar var .Unutmayaq ki, insanı xəstə edən qadağalar, təhqirlər ,diskriminasiyalardır. Terapistlər onlara müraciət edən  homoseksualları elektroşok, hormon terapiyası, beyin əməliyyatı üsulları ilə heteroseksual etməyə çalışmışlar, lakin bunların heç biri uğurlu olmamışdır. 

 

Bu terapiyanı tənqid edənlər kimi, dəstələyənlər də çoxdur. Bunlar din qrupları və onlarla bir əməkdaşlıq edən təşkilatlardır (məsələn National Association for Research & Therapy of Homosexuality (North kimi).

 

Bu terapiyada istifadə olunan üsullara lobotomiya(mübahisəli bir metod olsa da şizofreniya, bipolyar pozğunluq kimi əqli xəstəliklərin müalicəsində istifadə olunur, bu üsul zamanı beyində deşik açılır və alın payını digər hissələrlə əlaqələndirən lifləri dağıtmaq üçün etanol məhlulu yeridilir ) kimyəvi üsulla axtalama, əllərə və cinsi orqanlara elektroşok verilməsi, ürək bulanmanı artıran dərmanlar, hormonları misal gətirmək olar.

Bu terapiyanın yaranma tarixini üç dövrə bölmək olar: Freyd dövrü, terapiyanın dəstəkləndiyi dövr və Stonewalldan

sonrakı dövr, yəni  terapiyanın sərt tənqid olunduğu dövr.

 

Zigmund Freydin homoseksuallıq haqqına fikirləri

Freyd homoseksuallığın hipnoz üsulu ilə aradan qaldırıla biləcəyi fikrini irəli sürdü və onun bu fikrində Eugen Steinach və Viennesenin rolu olmuşdur. Belə ki onlar cinsi dəyişdirmək üçün gey olmayan birinin xayalarını gey olan birinə köçürdülər.

Freyd xəbərdarlıq edirdi ki, Steinachın operasiyaları heç də önəmli olaraq ümumi tətbiq ediləcək bir terapiyanın mümkün olmasına səbəb olmayacaq, belə transplantasiya prosedurları yalnız kişilərdə homoseksuallığın tipik qadın xarakteristikaları ilə əlaqəli fiziki xarakteristikalara sahib hallarında tətbiq oluna bilər və belə oxşar terapiya lezbianlığa tətbiq oluna bilməz.

Steinachin tətbiq etdiyi bu metod uğursuzluqla nəticələndi,  immun sistemi transplantasiya olunmuş vəziləri qəbul etmədi və metod uğursuz olmaqdan əlavə, həmçinin ziyan da vurdu.

Freyd hesab edirdi ki, bu metod ancaq homoseksual biri özünü heteroseksual kimi hiss etsə, o zaman uğurlu  hesab oluna bilər .

Gey insanlar homoseksuallıqdan aldıqları həzzi heteroseksual olmaqla da ala biləcəklərinə çox nadir hallarda inandırıla bilərlər, onlar çox vaxt cəmiyyətdən gördükləri sərt təzyiq nəticəsində terapiyanı seçirlər, onların bəziləri isə hətta bu metodu özlərini” mən əlimdən gələni etdim, amma dəyişə bilmədim “fikrinə inandırmaq üçün qəbul edirlər.

 

1935 ci ildə bir ana Freydden oğlunu müalicə etməsini xahiş edir və Freydə bir məktub yazır:

“Mən sizin məktubunuzu aldım burada heç bir ayıb şey yoxdur, biz bunu cinsi funksiyanın bir variasiyası kimi qəbul edirik. O ki qalsın mən sizə kömək edə bilərəm, ya yox mən buna söz verə bilmərəm, yəni müalicənin nə dərəcədə effektiv olacağını qabaqcadan proqnozlaşdırmaq mümkün deyil, bu yaşdan, immun sistemi və digər faktorlardan aslıdır .

 

Yazımızdan da gördüyümüz kimi, hər insanın bir cinsi orientasiyası vardır və bu meyil mütləq şəkildə sadəcə kişilərə və ya sadəcə qadınlara olmalıdır deyə bir zərurət yoxdur. Bunu mühitimizdə də müşahidə edə bilərik, məsələn bir oğlan dostunuz heteroseksualdır, lakin küçədə yaraşıqlı bir oğlan görəndə bunu dilə gətirir və belə daha rahat hiss edir, yəni siz öz cinsiyyətinizdən olan birinin digərinə kompliment etməyinə normal baxmalısınız.  Unutmayaq ki, bunlar hamısı tabudur, necə ki bir zamanlar rasistlik qabarıq şəkildə özünü büruzə verirdi, lakin bu məsələyə artıq daha tolerant yanaşılır, eləcə də homoseksuallığa da elə yanaşılan vaxt gələcək .İnsanı irqə, cinsə, millətə görə təsnif etmək qədər qəddarca  bir şey yoxdur, ona görə gəlin, hərə özünə baxsın və bir-birimizə daha tolerant yanaşaq.

Redaktor : Vəliyeva Fatimə

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin