IBM-in Watson-u barədə hər şey

0

2014-cü ilin 14 fevral ayında bu texnologiya platforması maşın öyrənimi və süni intellekt erasını başladaraq Jeopardy! adlı tapmaca oyununun çempionları olan Ken JenningsBrad Rutterə bu oyunda qalib gəlmişdir.

Sual:

IBM-in Watson-u nədir?

Ümumilikdə necə işləyir?

IBM-in Watson texnologiya platforması təbii dil emalını və maşın öyrənimini nəhəng həcmdə öyrənilməsi mümkünsüz məlumatlardan mənalar çıxarmaq üçün istifadə edir.

İşlədilmiş texnologiyalar

İnkişaf etdirilmiş təbii dil emalı;

İnformasiyanın gerialınması;

Biliyin nümayişi;

Avtomatlaşdırılmış əsaslandırma;

Maşın öyrənimi.

Avadanlıq təchizatı

Ümumi 16 terabaytlıq RAM sistemi əmələ gətirən 90 ədəd IBM Power 750 serveri;

Xeyli sayda 3,5 GHz POWER7 səkkiz-nüvəli prosessorları.

BÜTÜN BU HESABLAMA GÜCÜ NECƏ NƏTİCƏ ÇIXARIR?

Watson saniyədə 500 GB məlumatı emal edə bilir, bu isə bir milyon kitaba ekvivalentdir. Müqayisə üçün, insanda bu göstərici saniyədə 0,00005 kitabdır.

Watson-un hesablama performansı 80 TeraFLOP-a bərabərdir ki, bu da dünyanın ən üst 500 superkomputeri arasına daxil olmaq üçün lazımlı miqdarın təxminən 1/3-i qədərdir.

Biliklərinin formalaşdırılması üçün Watsona ensiklopediyalar, lüğətlər, xəbər məqalələri, ədəbi əsərlər, həmçinin məlumat bazaları, taksonomiyalar, ontologiyalar və digər istinad və mənbə materiallarından milyonlarla sənəd verilir.

   Watson-un təkamülündəki bəzi dönüş nöqtələri

1911-ci ildə IBM-in sələfi CTR (Computing-Tabulating-Recording Company – Hesablama-Cədvəlləşdirmə-Qeydiyyat Şirkəti) qurulur.

1924-cü ildə şirkətin adı IBM olaraq dəyişdirilir.

1944-cü ildə IBM-in ilk komputeri Mark I inkişaf etdirilir.

1954-cü ildə IBM dünyanın ilk superkomputeri NORC-u düzəldir.

1956-cı ildə primitiv maşın öyrənimi istifadə edilərək bir IBM 704-ə dama oynamaq öyrədilir.

1981-ci ildə IBM Personal Computer 5150 şəxsi komputerləşmə erasının başladığını elan edərək debüt edir.

1997-ci ildə IBM-in Deep Blue-su (Dip blu – Dərin Mavi) qabaqcıl şahmat çempionu Qarri Kasparovu məğlub edir.

2004-cü ildə Watson-un sələfi PIQUANT (Practical Intellegent QUestion ANswering Technology – Sual Cavablayan Təcrübi Zəka Texnologiyası) inkişaf etdirilir.

2011-ci il Watson Jeopardy! çempionları Ken JenningsBrad Butteri məğlub edir.

 

Watson-un vəd edilən gələcəyi

IBM Watson-u səhiyyə, hüquqi araşdırma, telekommunikasiya, maliyyə xidmətləri və dövlət idarəetməsi kimi intensiv informasiya işlədilən sahələrdə istifadə etmək niyyətindədir. Watson böyük həcmdə məlumatları analiz edə bilən, təbii dili anlamaqla, sübutlara əsaslanan hipotezlər irəli sürməklə informasiyanı daha çox insan kimi emal edən və getdikcə öyrənən, maddi baxımdan əlçatan, dərketmə bacarığına malik ilk hesablama sistemidir.

2013-cü ilin fevral ayında IBM Memorial Sloan Kattering Xərçəng Mərkəzində Watson-un ilk ticari tətbiqinin ağ ciyər xərçənginin müalicəsi üçün qərarların idarəedilməsində yararlanmaqdan ötrü istifadə edildiyi barədə məlumat vermişdir.

“Jill Watson” Georgia Texnologiya Universitetində tələbələrin sorğularına 97% dəqiqliklə cavab verən virtual tədris asistantıdır.

Watson uşaq oyuncaqlarında qarşılıqlı söhbətləşə bilən söhbət robotu kimi istifadə edilir.

2013-cü ilin noyabrında IBM Watson tətbiqi proqramının interfeysini proqram təminatı proqramçıları üçün əlçatan hala gətirəcəyini və beləliklə onların bu texnologiyaya əsaslanan tətbiq və xidmətlər düzəldə biləcəklərini elan etmiş və təxminən 800 sayda təşkilat və fərd Watson əsaslı tətbiqlər yaratmaq üçün IBM-lə razılığa gəlmişdir.

 

Elvin Bəşirli

Redaktor: Lalə Həsənova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin