İçdiyiniz bir stəkan suyun içində çox güman ki,dinozavrların içdiyi su molekulları var

0

 

İlk olaraq bir gerçəklə başlayaq: 1 stəkan su içərisindəki su molekullarının sayı, Dünyadakı bütün suların sığacağı stəkan sayından minlərlə qat çoxdur. Necə? Kimyadakı Avoqadro qanunun (N) xatırlayarsınız bəlkə … 6.022 × 1023. 1 mol kimyəvi içərisindəki molekul sayı. Məsələn 1 mol suyun içərisində 6.022 × 1023 dənə su molekulu var. Yaxşı 1 mol su nə qədər su molekulu edər? Bunun üçün də su molekullarının atom kütlələrinə baxmaq lazımdır. Su bildiyiniz kimi H2O ilə ifadə edilir. Yəni 2 Hidrogen, 1 Oksigen. Hidrogenin atom kütləsi 1.00784u (u: atom kütlə vahidi). Oksigeninki isə 15.9994u. Bu vəziyyətdə 1 su molekulu, (2 × 1.00784 u) + 15.9994 u = 18.01508 u kütləyə malikdir. Bax 1 mol su da, eyni miqdarda qrama bərabərdir,yəni 18.01508 qram. Eyni zamanda 1 mol içində 6.022 × 1023 dənə su molekulu olduğunu demişik. Bu, 18.01508 qram suyun içində 6.022 × 1023 dənə su molekulu var deməkdir.

 

1 stəkan suyun 200 qram su tutduğunu fərz etsək, sadə bir hesabla bunun təxminən 6.6855 × 1024 ədəd molekula bərabər olduğunu taparıq. Yəni bardağınızı hər doldurduğunuz zaman, içinə 6.6855 × 1024 ədəd su molekulu qoyursunuz. 6’nın yanına 24 ədəd 0 qoysanız bu rəqəmi əldə edərsiniz. Belə göstərək: hər içdiyiniz 1 stəkan suda 6.685.500.000.000.000.000.000.000 ədəd su molekulu vardır.

 

Yaxşı bəs Dünyadakı bütün suyu stəkan stəkan dolduracaq olsaq, neçə stəkana sığdıra bilərik? Dünyadakı ümumi su kütləsi (hidrosferin ümumi kütləsi) 1.4 × 1024 qramdır. Əgər 200 qram su tutan stəkanlardan istifadə etsəydiniz, bunu 7 × 1021 dənə stəkana sığdıra bilərdiniz. Bu həddindən artıq böyük bir saydı, ancaq 1 stəkan suyun içərisindəki su molekullarının sayından 1000 qat kiçikdir! Bir başqa sözlə, hər bir stəkan suyun içərisində, Dünyadakı bütün suların sığa biləcəyi stəkan sayından 1000 qat çox molekul vardır.

 

Dünya üzərindəki su davamlı bir çevrilmə halındadır. Su buxarlanır, yağış olar yağar, canlıların içinə girər, nəcis, sidik və tərlə çıxar, təkrar buxarlanır və bu prosses belə davam edər. Bundan əlavə, su molekulları donar və buz olar, əriyir və su olar, buxarlanar və buxar olar. Beləcə bir nöqtədəki su, bir neçə il sonra Dünyanın ən uzaq digər nöqtəsinə qədər çata bilər.

 

Günümüzdən 65 milyon il əvvəl yox olmuş olan dinozavrlardan bu zama qədər onların xaric  etdiyi su (yəni sidikləri) davamlı Dünya üzərində dövr halındadır. T.rex kimi məşhur dinozavr növlərinin tez tez su içmək üçün baş vurduğu göllər, su yığınları, çaylardakı sular, bu anda Dünyanın dörd bir yanına səpələnmiş haldadır. Buna görə də statistik olaraq baxsaq, hər hansı bir stəkana su doldurdub içdiyiniz zaman, daha əvvəllər bir T.rex,Aristotel, Şekspir, Nyuton, Şah İsmayıl, Babək ya da ağılınıza gələ biləcək hər hansı bir varlıq tərəfindən o suyun xaric edilmə ehtimalı praktik olaraq 100% ‘ dir.

 

Əslində bunun bir sərhədi vardır. Çünki su, yalnız fiziki transformasiya keçməz. Kimyəvi olaraq oksigen və hidrogenə də ayrıla bilər və bu vəziyyətdə artıq “o su molekulu” olmaqdan çıxar. Bunun ən böyük məsulu bitkilərdir. Bitkilər fotosintez üçün hər il 12 trilyon kiloqram suyu parçalayarlar. Ancaq bu nəhəng rəqəmə baxmayaraq, Dünya üzərindəki bütün su molekullarının parçalanması üçün100 milyon lazlmdır. Bir başqa sözlə, hər 100 milyon ildən bir Dünyadakı bütün su molekulları “yenilənmiş” olur. Əgər 65 milyon il əvvələ qədər gedəcək olsanız, o dövrdə yaşayan canlıların xaric etdikləri suyun 57%i hələ də indiki vaxtda şəxsən var. Bu 57%lik nisbətin 65 milyon illik bir müddətdə Dünya coğrafiyasına yayılma miqdarını düşündüyünüz zaman da , hər bir stəkan suyunuz içində bir T. rex ya da bir Triceratopsun, bir Ankylosaurusun, bir Velociraptorun şəxsən xaric etdiyi etdiyi su molekulları az qala qəti olaraq vardır!

Təbii ağılınıza gələ biləcək bütün insanların da …

 

Mənbələrlə oxuma;

mathematics.bigparadox.com

futurism.com

evrimagaci.org

 

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin