II dünya müharibəsinin gizli qəhramanı Alan Turinq

1
  • Komputer elminin atası sayılan, riyaziyyatçı, kriptoqraf, İnformatika elminin yaradılmasında böyük rol oynayan ingilis alim  Alan Methison Turinq 23 iyun 1912-ci ildə anadan olmuşdur. Alanın ailəsi Hindistanın Çatrapur şəhərində yaşayırdılar. Qədim şotland aristokratik ailəsinin nümayəndəsi olan atası Yulius Methison Turinq imperiya ordusunda qulluq edirdi. Uşaq vaxtı Alan və onun böyük qardaşı Con valideylərini çox gec- gec görürdülər, ona görə də uşaqlar     məktəblərdə qatı ingilis tərbiyəsi almışdılar.

Belə tərbiyənin çərçivələrində dəqiq elmlərin öyrənilməsi aid deyildi. Kiçik Alanın çox iti ağlı var idi, o, 6 yaşında müstəqil oxumağı öyrəndi və öz tərbiyəçilərindən populyar elmi kitablar istəyirdi. 11 yaşında artıq o, yosunlardan yodu ayırmaq kimi  kimyəvi təcrübələr aparırdi. Bu onun anasını narahat edirdi, Alanın anası qorxurdu ki, oğlunu İngiltərədə yalnız aristokrat ailələrindən olan oğlan uşaqların oxuduğu Public School-a qəbul etməzlər. Lakin bu cür təcrübələr yalnız onun xeyrinə oldu və Alan Sherborne Public School-a daxil oldu.Onun daxil olduğu məktəbdə daha çox humanitar elmlərə diqqət verildiyindən Alan məkəbdə o qədər də yaxşı oxuyan uşaq olmamışdır.

Məktəbdə yaxşı qiymətləri olmadığından Turinq istədiyi kimi Triniti kollecinə daxil ola bilmədi və Kembric kollecində 1931-1934-cü illər arasında məşhur riyaziyyatçı  Qodfri Harold Hardidən təhsil aldı. Burada Turinq özünün ilk evini qazandı. Onun həyatında əsas rolu onu ən çox maraqlandıran mövzuların: riyaziyyatın və kvant fizikasının araşdırılması oynayırdı və Turinq oxuduğu illərdə bu iki sahə üzrə ən son naliyyətlər ilə tanış oldu. Onun bir çox suallarına cavab verən Con fon Neymannın “Kvant mexanikasının riyazi əsasları” kitabı onda böyük təəssüratlar oyatmışdı.

O zaman yəqin ki, Neymannın onu Amerikanın ən prestijli universitetlərindən biri olan Prinston universitetinə dəvət edəcəyini təhmin belə etmirdi. Sonralar Neymann və Turinq birlikdə “İnformatikanın atası” adlandıralacaqdılar. Lakin hər iki alimin o dövrkü işləri İnformatikadan olduqca uzaq idi, olnar ” saf riyaziyyat” ilə məşğul olurdular.

Turinq əsilzadə ailəsindən gəlsə də heç vaxt estetik olmamışdır, Kembricin ədəbi və siyasi dairələri ona hər zaman uzaq olmuşdur. O, boş vaxtlarında riyaziyyat və kimyəvi təcrübələr ilə məşğul olurdu. Bundan əlavə o həm də aktiv şəkildə idman ilə də məşğul olurdu.

Universiteti parlaq bir şəkildə bitirən Turinqin ehtimallar teoriyasına aid olan bir işi xüsusi premiya aldı və onu elmi birlik olan Kraliyyət Kollecina qəbul etdilər. Kollecdə oxuduğu illərdə o, həm də kriptoqrafiya ilə, yəni, məlumatların kodunun açılması ilə də maraqlanırdı.

Turinq 1936-cı ildə riyazi məsələləri həll edə bilən universal bir maşın təklif etdi. Bu maşın hər iki ucu sonsuz olan və bölmələrə ayrılmış lentdən ibrət idi. Bu maşına hal-hazırda Turinq maşını deyirlər və bu maşın ilk komputer sayılır.

İkinci dünya müharibəsi dövründə almanlar məlumatları kodlaşdırmaq üçün  “Eniqma” adlanan maşından istifadə edirdilər.

 

Turinq almanların bu maşının kodunu qırmaq üçün Bletçi-Parkda aparılan araşdırmalarda aparıcı rol oynamışdır. Bletçi-Parkda işləmiş  Eyza Briqs bir dəfə demişdi: “Bizə Bletçi-Parkda istedad lazım idi və Turinqin dahiliyi tamamilə elə idi.”

1938-ci ilin sentyabrda Turinq kodların sındırılması ilə məşğul olan ingilis orqanizasiyası GCHQ -da işləməyə başladı. O, Dipli Noks ilə birlikdə “Eniqma”-nın analizi ilə məşğul olurdu. 1939-cu ildə Varşavada “Eniqma”-nın açılması üzrə polyaklar yeni yollar tapdılar və Turinq və Noks bu işdə geniş işləməyə başladılar. Polyakların metodu tam işlənməmiş indikator prosedurlarına əsaslanırdı, lakin nasistlər bu səhvi 1940-cı ildə həll etdilər. Turinqi yanaşması daha ümumı idi və mətni ardıcıl çeşidlənməsi metoduna əsaslanırdı. Bu prinsip əsasında yaradılan maşın daha əvvəl açılmış mətni kodlaşdırmaq üçün istifadə ediliş parametrlərin axtarılmasına əsaslanırdı.İlk belə maşın 1940-cı il 18 martda istehlaka verildi.

Beləliklə Turinqin bu maşını vasitəsilə orqanizasıya nasistlərdən xəbərsiz onların bir-birinə göndərdikləri məlumatları oxumağa başladı. Statistiklərin fikrində Turinqin bu maşını sayəsində II dünya müharibəsi üç il əvvəl bitdi. Turinq bu ixtirası ilə milyonlarla insanı xilas etdi. Turinq müharibədəki bu səylərinə görə 1945-ci ildə VI Georq mükafatı verildi, lakin onun bu mükafatı illərlə gizli saxlandı və bu yaxın illərə qədər bir müharibə qəhrəmanı kimi onun adı heç bir yerdə yazılmamışdı.

Müharibədən sonra Con Neymann Turinqə  EDVAC adlı komputerin yaratamağı təklif etdikdə o, İngiltərənin Milli fiziki labaratoriyasında başladı. O dövrdə alim ACE adlı komputer yaratmağı təklif etdi, lakin realizasiya edilmədi. ACE-nin gizli olmasına baxmayaraq həyata keçırılməsi mümkün idi, lakin ışlər gecikdirilirdi və bu Turinqi məyus edirdi. 1947-1948 akademik ilini Turinq Kembricdə keçırtdı, onun olmadığı dövrdə ACE-nin ilk versiyası yaradəldı. O,  ilk proqramını 1950-ci ildə yazdı. 1948-ci ildə Turinq kolleqi ilə birlikdə o zaman olmayan komputer üçün şahmat oyunun proqramını yazmağa başladı.

1948-ci ildə Turinq Mançester universitetinin riyaziyyat departamentindən Reader adını aldı. Orada o, 1949-cu ildə komputer labaratoriyasının direktoru vəzifəsini aldı. O dövrdə Turinq süni intellekt mövzusu ilə maraqlanmağa başladı və süni intellekt haqda belə bir ideya atdı: Bir insan, bir komputer və bir münsif ilə test aparılır. Münsif nə komputeri, nə də ki insanı görə bilir və onlarla dialoq aparır. Test zamanı əgər münsif kimin insan kimin komputer olduğunu aydınlaşdıra bilmirsə, deməli, həmin komputer mükəmməl süni intellektdir. Turinqin bu ideyası hal-hazırda “Turinq testi” adlandırılır və süni intellektin yaradılmasında gedən araşdırmalarda ondan hələ də istifadə edirlər.

Hər şey 1952-ci ildə çökməyə başladı. Turinq homoseksual idi. O, 1952-ci ildə küçədə adi işçı Arnold Mürrem ilə tanış olur, onların tanışlığı irəliləyir və onlar sevgili olurlar. Daha sonra Turinqin evində oğurluq baş verir və oğrular Mürremin dostları idilər. Oğrulan fikirləşirdilər ki, o, Mürrem ilə əlaqəsinə görə polisə müraciət etməz, amma Turinq polisə müraciət edir. Beləliklə Turinq ilə Mürremin əlaqəsi hamıya məlum olur, Turinq kişi ilə əlaqəsinin olduğunu ilkar etmirdi. Fərqli  dövrlərdə  İngiltərədə homoseksuallığa görə ölüm hökmü və ya ömürlük həbs cəzası verilirdı. 50-ci illərdə qanunlar biraz yumşalmışdı, lakin açıq şəkildə homoseksuallığı bildirməyə hələ də yaxşı baxılmırdı. Bir neçə ay çəkən məhkəmə Turinqə iki seçim verdi: həbs və ya kimyəvi “reabilitasiya”. Turinq ikinci yolu seçdi. O, mütəmadiən dərman içməyə başladı, bu dərmanlar onun zehninə yaxşı təsir etmirdi, o artıq əvvəlki kimi düşünə bilmirdi. Alan Turinqin uşaq vaxtı ən çox sevdiyi nağıl “Ağbənizin nağılı” idi, zəhərli almanı yeyən Ağbəniz ona çox maraqlı görünürdü. 8 iyun 1954-cü ildə onu öz evində ölü tapdılar, onun yanın dişlənmiş içinə Arsen vurulmuş alma var idi.

XXI əsrin başlanğıcında Alan Turinqin İngiltərədə reabilitasiya prosesi başladı. 2009-cu ildə ölkənin baş naziri Qordon Braun Turinqin başına gələnlərdən üzgün olduğunu bildirdi. Dörd ildən sonra kraliça II Yelizabetta Turinqin üzərindəki iddiaları rəsmi şəkildə geri götürdü. Turinq LGBT cəmiyyətinin ən böyük homofobiya qurbanlarından biri kimi qəbul edilib.

Mənbə:

https://m.habrahabr.ru/post/304244/

 

1 ŞƏRH

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin