İmpressionist yapon rəssam Hasui Kawase

0

Əsl adı Bunduziro Kavase (yap. 川瀬 文治郎) olan Hasuy Kavase (ing. Hasui Kawase) 18 may 1883-cü ildə Tokioda anadan olmuşdur. O, akvarel texnikası, qravüra və yağlı boya ilə məşğul olurdu. Hasuy Kavase tacir ailəsində anadan olmuşdur. Onun uşaqlıq yaşlarının rəssam olmaq arzusunu yalnız bacısı dəstəkləyirdi, atası isə ailə işində işləməyini istəyirdi. Kavasenin bacısı ticarət işini öz üzərinə götürdükdən sonra o, 14 yaşından etibarən rəsmlə məşğul olmağa başladı. 26 yaşında dövrün məşhur ənənəvi yapon stilinə riayət edən Kaburaqi Kiyokatanın (ing. Kaburagi Kiyokata) tələbəsi olmuşdur və məhz Kiyokata ona “Hasui” adını vermişdir. Lakin rəssamın stilinə və yaradıcılığına əsas təsiri İmamura Siko (Imamura Seiko) göstərmişdir.

Rəssam natura axtarışı üçün tez-tez səyahət edirdi. O, qısaboylu və miyop idi. Bu da onun işini çətinləşdirirdi. Kavase qalın şüşəli eynək taxmağa məcbur olurdu. Səyahətlərə çox pul xərcləyirdi, buna görə də, o varlanmamışdı, lakin ehtiyac içində də yaşamırdı. O, iki dəfə evini itirib. Birinci dəfə 1923-cü ildə Kantodakı böyük zəlzələ vaxtı, sonra isə 1945-ci ildə Tokionun bombardman edildiyi vaxtda evini itirmişdi.

Kavasenin yaradıcılığı 1930-cu ildə İspaniyada keçirilən yapon rəssamların sərgilərində rəğbət qazanmışdı. 1956-cı ildə o, “Yaponiyanın yaşayan xəzinəsi” fəxri mükafatını qazanmışdı. Kavase 74 yaşında vəfat etmişdi və ömür boyu 600-dən çox kənd və şəhər peyzajı yaratmışdı. O, Kavase Hokusay (ing. Hokusai) və Hiroşiqe (ing. Hiroshige) ilə birlikdə Yaponiyanın üç ən böyük rəssamından biridir. Qərbdə o, amerikalı kolleksioner Robert O. Miller (Robert Oran Miller) sayəsində tanınmışdır. Məhz Kavasenin 1931-ci ildə 5 dollara əldə etdiyi rəsmi onun yapon kolleksiyasının başlanğıcı oldu.

Rəssam uzun müddət vətənindən çox, xaricdə məşhur oldu. Son illərdə Yaponiyada onun yaradıcılığına maraq yenidən yaranıb.

Hasuy Kavase landşaftların çəkilməsində mütəxəssis idi. Onun qravüralarında insanlar var, lakin olduqca azdır. Hətta şəhər peyzajlarında belə küçələr boş olurdu. Kavaseyə görə, insanların statik olmaması eskizlərin çəkilməsini çətinləşdirirdi. O, qravüralar, akvarellər və yağlı boya rəsmləri yaradırdı. Bir impressionist kimi o, gündəlik həyatdan elementlərin, evlərin, düzənliklərin, çayların, dağların və s. rəsmini çəkirdi. Klod Mone (ing. Oscar-Claude Monet) kimi o da eyni yerlərin fərqli zamanlarda, fərqli fəsillərdə rəsmlərini çəkirdi, ən çox yağış və qarı çəkməyi sevirdi. O, işıq ilə eksperimentlər aparır, obyekti əvvəlcə günəşli gündə, sonra isə aylı gecədə çəkirdi. Kavase həm də parça üzərində rəsm çəkməklə məşğul olurdu və ənənəvi asılan və qatlanan ekran da düzəldirdi.

Burada Hasuy Kavasenin yaratdığı bir neçə rəsm əsəri ilə tanış ola bilərsiniz:

“Komagata göyərdilməsi”, 1919-cu il, mənbə: jaodb.com

 

“Myajimada gözəl qış səması”, 1921-ci il, mənbə: jaodb.com

 

“Akita – Karasunuma Bataqlığı”, 1927-ci il, mənbə: jaodb.com

 

“Yağışdan sonra Akaşi şəhərində”, 1928-ci il, mənbə: jaodb.com

 

“İris gülləri”, 1929/7, mənbə: jaodb.com

 

“Nikkoda bir yol”, 1930-cu il, mənbə: jaodb.com

 

“Omoridə çimərlik”, 1930-cu il, mənbə: jaodb.com

 

“Baharda Araşiyama”, 1933-cü il, mənbə: jaodb.com

 

“Okuirisedə payız”, 1933-cü il, mənbə: jaodb.com

 

“Bijin və azalea bağçası”, 1935-ci il, mənbə: jaobd.com

 

“Agatsuma dərəsi”, 1943-cü il, mənbə: jaodb.com

 

“Okayamada zəng gülləsi”, 1947-ci il, mənbə: jaodb.com

 

“Saruiva, Şiobarada payız”, 1949-cu il, mənbə: jaodb.com

 

“Tama çayı, bambuk meşəsi”, 1953-cü il, mənbə: jaodb.com

 

“Himeji qalası”, 1950-ci il, mənbə: jaodb.com

 

Mətnin mənbələri:

British Museum

http://www.hanga.com/bio.cfm?ID=2

Şəkillərin mənbəyi:

http://jaodb.com

Redaktə etdi: Fatimə Əliyeva

 

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin