İncildəki Kənanlıların DNT-si

0

İncildəki Kənanlılar soyunun nümayəndələri DNT vasitəsilə müəyyənləşdirilib.
3700 illik qalıntılarda aşkarlanan genom bugünkü Livan ərazisində tapılıb.
American Journal of Human Genetics jurnalında dərc edilən məlumata əsasən, indiki Livanlıların 90%-dən çoxunun ataları Kənanlılardan gəlmədir.
The American Trust şirkəti tərəfindən dəstəklənən tədqiqatçılar 3700 il əvvəl qədim Sidon liman şəhərində (indiki Saida, Livan) basdırılmış beş ayrı şəxsin qalıntılarında Kənanlıların genomunu aşkara çıxarıb. Nəticələr 99 bugünkü Livan sakinin DNT-si ilə müqayisə edilib.
Nəticələrə əsasən, Kənanlılar soyu təxminən 10 min il əvvəl Levant ərazisində (indiki Suriya, Livan, İordaniya, İsrail və Fələstinin böyük bir hissəsini əhatə edir) məskunlaşmış yerli əhali və 6600 il əvvəl və 3550 il əvvəl arasında bu əraziyə köç etmiş miqrantların qarışığından ibarətdir.
Tunc dövrünün dağılması və Dəmir dövrünün başlanmasını görmüş olan e.ə 1800 və 200-cü illər arası dönəmində bu genetik qarışıma bir Avrasiya elementi də əlavə olundu. Əksər alimlər İncilin məhz bu dönəmdə qələmə alındığını düşünür.
İncilin xainləri, yoxsa İsrailin ataları?
İncil rəvayətləri, əsasən, Kənanlıları İsraillilərin ən əsas düşməni kimi tanıdır. Sonunda İsraillilər Kənanlıların ərazisini işğal edir və onlara ya boyun əydirir, ya da məhv edir.
Arxeoloqlar isə Kənanlıları e.ə II minilliyin əvvəllərində Levant ərazisində ortaya çıxan müxtəlif etniklərdən ibarət qəbilələr birliyi kimi görür. Əsrlər ərzində, onlar ya müstəqil şəhər-dövlətləri, ya da Misir hakimiyyəti altında tabeli dövlər olmuşlar. Onların varlığı Tunc dövrü Misir, Anadolu və Babil hakimlərinin məktublarında və regionun digər yerlərində qeydə alınıb.
E.ə 12-ci əsrdə Tunc dövrünün sonlarında Şərqi Aralıq dənizi ərazisindəki mədəni və siyasi inqilaba rəğmən, Kənanlılar regiondaki varlıqlarını davam etdirir. Sahil boyunca güclü liman şəhərlərinə sahib olan Kənanlılar burada Yunanlara Finikiyalılar kimi məlum idilər.
İncildə təsvir olunan Kənanlıların məskənlərinin genişmiqyaslı məhvi haqqında heç bir arxeoloji sübut yoxdur və bir çox alimlər inanır ki, Dəmir dövrünün əvvəllərində ortaya çıxan İsraillilər, əslində, elə Kənanlılar olmuşlar.
“Aysberqin ucu”
Bu yeni tədqiqat Kənanlılar genomunu aşkara çıxarması baxımından çox qiymətlidir. Jurnalın həmmüəllifi, The Wellcome Trust-ın Sanger İnstitutundan Mark Haberə görə, nəzərə aldıqda ki, istilik və rütubət DNT-nin qorunmasının ən böyük düşmənidir, regiondaki insan qalıqlarından qədim DNT-ni ayırd edə bilmək çox çətindir. Tədqiq edilmiş qədim nümunələrin əksəriyyəti nəticədə 332-ci ildə Böyük İsgəndər tərəfindən işğal olunmuş ən əsas Kənanlı (Finikiya) şəhər-dövləti olan Sidonun dəniz sahilindəki qum dolmuş gəmilərdən əldə edilmişdir.
Sanger İnstitutunun həmmüəllifi Chris Tyler-Smith deyir ki, bu tədqiqqat göstərdi ki, alimlər Livan və onu çevrələyən ərazilərdə DNT-lər üzərində tədqiqat aparmaq qabiliyyətinə malikdirlər. O əlavə edir: “Bu, hələ aysberqin ucudur. Biz müxtəlif ərazilərə və müxtəlif zaman dilimlərinə aid nümunələrlə iş aparacağıq.”
Tədqiqatçılar 4 min illik müharibə, miqrasiya və işğallardan sonra qədim Kənanlılar və indiki Livanlılar arasında genetik davamlılıqdan təccüblənməklə bərabər, qədim tarixlə bağlı yalnızca genetik məlumatlara əsaslanmaqla nəticəyə gəlməməyə də diqqəti çəkirlər. Tyler-Smith deyir: “İnsanlar mədəni cəhətdən bənzər, genetik olaraq fərqli vəya genetik olaraq bənzər, mədəni baxımdan fərqli ola bilərlər.”
Tel Kabri Arxeoloji layihəsinin həmdirektoru və Kənanlılar haqqında gözlənilən kitabın müəllifi olan arxeoloq Assaf Yasur-Landau razılaşır: “Kənanlılar bizim üçün hələ də böyük bir sirr olaraq qalır. Buna görə də, genetik, mədəni, ekonomik, dini vəya siyasi olsun, Kənanlılar haqqında aparılan istənilən tədqiqat bizə birinci minilliyin İncil dünyasının quruluşu haqqında önəmli faktlar verəcək.”

Mənbə:

NATGEO

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin