İnsan boyunda qarışqa

0

“Bir qarışqa öz ağırlığının 50 qatını asanlıqla qaldıra bilər. Yəni, bir insan ölçülərində olsaydı, 4 tonu rahatlıqla qaldıra bilərdi!” 

Bu cür müqayisələrə tez-tez rast gəlmisiniz. Bir digər məşhur versiyası, birələrin öz boylarının 100 qatında sıçraya bilmələriylə əlaqədardır. Məsələn,  metr boya malik bir insanın 180 metr sıçramasıyla bərabər izah edilir. Bir digər məşhur nümunə yenə birələrin ağrılıqlarının 160.000 qatını çəkə bilmələriylə əlaqədardır. Bu səbəbdən 80 kiloqramlıq bir insanın 12.800 tonu çəkə bilməsinə bərabər gəldiyi deyilir.

 

Texniki olaraq doğrudur, lakin sadə riyaziyyat, deyilmi? Orta məktəblərdə gördüyümüz kimi nisbət nisbətə izah edilir. Ancaq təbiətdə təəssüf ki, belə deyil. Ölçülərin böyüdülməsi və ya kiçildilməsi, doğru nisbəti təyin etmir. Bir çox sistemin təkamülü, canlının ölçülərinə görə təyin olunur. Bu ölçülər isə canlının olduğu ətraf mühitə adaptasiya olması əsnasında keçirdiyi dəyişikliklərlə məhdudlaşdırılır. Bu səbəbdən bir qarışqanı elə istədiyimiz kimi insan ölçülərinə çıxarıb, bütün xüsusiyyətlərini eyniylə yaşaya biləcəyini hesab edə bilmərik. Çünki qarışqanın öz ağırlığının 50 qatını qaldıra bilməsi (bu əslində 10 qatdır), qarışqanın o ölçülərdə olmasıyla əlaqədar bir vəziyyətdir. Bunu bizim ölçülərimizlə uyğunlaşdıraraq, doğru nisbət götürə bilməzsiniz.
Canlının ölçülərini, yəni enini, boyunu, yüksəklik şəklində, məsələn; 3 qata qədər çıxarsanız, həcmi bir anda 27 qata çatar. Ancaq səth sahəsi yalnız 9 qata yüksələr. Demək olar ki, hər canlının həcmini təşkil edən orqan, toxuma və strukturları səth sahəsindən aldığı qida və oksigenlə qidalanır. Ölçülər artdıqca həcmin artımı, səth sahəsinin artımından daha çox olur. Çünki bir quruluşun həcmi müəyyən bir xarakteristika uzunluğunun (məsələn, eninin) 3 dərəcədən qüvvətlə artdığı zaman (kubla), səthinin sahəsi yalnız 2 dərəcə qüvvətlə artar (kvadratla). Bu da, cismin qısa müddətdə öz həcmini bəsləyə bilməyəcəyi qədər irəliləməsi deməkdir.

 

Bu səbəbdən bir qarışqa, bir insan ölçülərinə çıxarılacaq və bütün xüsusiyyətləri olduğu kimi göstərilsə də, bu həcmi bəsləyə bilməsi və bu səbəbdən əzələlərini eyni şəkildə istifadə edə bilməsi mümkün olmayacaq. Buna görə də insan ölçülərindəki bir qarışqa, heç bir şeyi qaldırmağa vaxt tapa bilmədən ölər. O ölçülərə çata biləcək qədər təkamül keçirmiş bir qarışqa isə artıq “qarışqa” deyil, fərqli bir növ canlı olacaq.

 

Qaynaqlar;

  1. UCLA
  2. FT Exploring
  3. evrimağacı

Redaktə: Lalə Həsənova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin