İnsandan başqa hansı canlılarda mensturasiya (aybaşı) müşahidə edilir?

0

Əslində bir çox məməli növü aybaşı (adət)  görür, ancaq yalnızca insanlarda, şimpanzelər, yarasalar və fil siçanlarında “ictimai / açıq qanama” deyilən aybaşı tipi müşahidə edilir. Digər məməlilərdə aybaşı qanaması vaginadan xaricə axmaz və qan, uşaqlıq içərisindəki divar tərəfindən sorulur.

Aybaşı, uşaqlığın endometrium təbəqəsinin cırılaraq atılmasıdır. Çütləşmə yaşına çatmış dişilərdə müəyyən müddətlərdə özünü təkrar edən bu proses məməli heyvanların bir çoxunda yaşanan bir hadisədir. Aybaşı sayəsində uşaqlıq divarı yenilənir və hamiləlik üçün sağlam və yeni bir quruluş inşa edilir. Ancaq köhnə divar, qanama və axıntıyla birlikdə xaricə atılar. Çox az sayda heyvanda aybaşı, rəhm divarının cırılması və vaginadan qanın və divar parçalarının çölə atılması şəkilində baş verir. Bu cür adət halına “ictimai adət” və ya “açıq adət” adı verilir. Bir çox məməli heyvanda qan və rəhm divarının hissələri, rəhm toxumaları tərəfindən sorulur. Beləcə xaricədə heç bir qanama əlaməti əks olunmaz. Buna “gizli adət” və ya “qapalı adət” adı verilir.

 

Primatlar içərisində yalnız insanlar və şimpanzenin vagina içərisindəki cırılma nəticəsində çölə doğru bir qanama / axıntı müşahidə edilir. Oranqutanlar və qorillalarda da bəzən ictimai adətə rast gəlmək olur. Bu vəziyyət, digər meymunlar ilə insan arasındakı yaxın qohumluq əlaqəsini təsdiq edən milyonlarla nümunədən biridir. İnsanın daha uzaq digər meymun qohumlarına gedildikcə, gedərək artan miqdarda gizli adət halına rast gəlinir (rhesus meymunları istisnasıyla). Strepsirhin meymunlarda adət halı heç müşahidə edilmir, ancaq onların ən yaxın qohumu olan Haplorhin meymunlarında adət halı görülür (ki insanlar və bütün yaxın qohumları da bu qrupdan olan meymunlardır). Yenə, təkamülün tam da nəzərdə tutduğu kimi, Strepsirhin ilə Haplorhin meymunları arasında bir keçid qrupunda adət halının erkən bir versiyasına rast gəlinir. Yəni aybaşı kimi bir mövzuda belə təkamülün izlərini aşkar bir şəkildə görə bilirik.

 

Primatlardan başqa məməlilərdə (pişiklər, itlər, atlar, fillər, siçanlar, donuzlar, və s.) gizli adət halı baş verir.Bu canlı növlərinin adət dövrləri də fərqli fərqlidir. İnsanların dişiləri hər ay aybaşı olduğu halda, itlərdə adət halı hər 6 ayda bir dəfə, pişiklərdə isə yenə insanlardakı kimi hər ay yaşanır. Atlarda adət 3 həftədə 1, siçanlarda isə hər 5 gündə 1 yaşanır. Itlərdə bəzən xaricə doğru qanama müşahidə edilsədə, bu ictimai adət halı deyil, çünki qanamanın səbəbi rəhm divarının parçalanması deyil, azğınlıq dövründə olan itin vaginal divarındakı kapilyar damarların çatlayaraq qanamağa səbəb olmasıdır. Məməli heyvanlardan çıxıb, yumurta qoyan heyvanlara çatdığımız zaman, adət halının tamamilə yox olduğunu görürük. Sürünənlərin, qurbağaların, balıqların çoxu və quşların heç birində adət halı baş verməz. Bunun səbəbi, yumurta qoyan heyvanların uşaqlığa ehtiyacı olmamasıdır. Bu heyvanlarda uşaqlıq təkamül etməmişdir

 

 

Mənbələrlə oxuma:

  1. My Period
  2. Menstruation
  3. Independent
  4. Quora
  5. Scientific American

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin