İnsanın Aya enməsini “yalanlayan” 10 iddia və cavabları

0

 

 

İnsanın Ay səthinə enməsi, şübhəsiz, bəşəriyyətin böyük müvəffəqiyyəti idi. Lakin digər böyük hadisələrin əksəriyyəti kimi bu hadisə də bəzi şübhəçilərin fərqli iddialarla hücumuna məruz qalıb. Bəziləri enmənin baş vermədiyini, bu zaman olan çəkilişlərin əslində yer səthində, pavilyonda çəkildiyini və bütün bunlara aid sübutları olduğunu  iddia edirlər. Bəs bu iddialar nə dərəcədə həqiqəti əks etdirir?

Qeyd: Buradakı bütün şəkillər NASAdan alınmışdır

İddia: Yuxarıdakı şəkildə də gördüyünüz kimi ABŞ bayrağı Ayda sanki külək əsirmiş kimi dalğalanır, atmosferi olmayan Ayda bu necə baş verə bilər? NASAdakı “alimlər” tapşırıqlarını daha yaxşı yerinə yetirməlidirlər

Cavabı: Bayrağın dalğalanması üçün küləyə ehtiyac yoxdur, həmçinin, videolarda bayrağa toxunulmadığı halda dalğalanma olduğu görülmür. Hərəkətlənmə atmosferin olmaması və hava müqaviməti səbəbilə bayraq sabitlənədək keçən uzun vaxt ərzində baş verir

İddia: Videolara diqqətlə baxdıqda kölgələrin müxtəlif istiqamətlərə doğru uzandığı görülür. Bu da telestudiyalardakı kimi bir-neçə fərqli işıq mənbəyinin olduğunu sübut eləmir mi?

Cavabı: Alçaq səviyyədə Günəş işıqları kobud görüntülərdəki kölgələrin yönünü dəyişə bilər. Əgər həqiqətən bir-neçə işıq mənbəyi olsaydı,çətin ki hər obyektin bir kölgəsi olardı.

İddia: Kosmonavtların enişi və yenidən yüksəlişini çəkmək üçün üçüncü bir şəxs də lazım deyil? Bizi bu qədər cahil bilirlər?

Cavabı: Nil Armstronqun kiçik addımları “Eagle”ın eniş modulunun çöl tərəfinə yerləşdirilən bir kamerayla çəkilmişdir. Ayın səthinə Armstronqun ilk addımları göstərən şəkillər də əslində Armstronqun Oldrini aşağı düşərkən çəkdiyi şəkillərdir. Ayda yerləşdirilmiş kameralar da Lunar Modulun qalxmasını rahatlıqla çəkə bilər

İddia: Əgər “Appollon” kosmonavtları həqiqətən də Aya getmiş olsaydılar, böyük bir qurşaqda yerləşən ölümcül kosmos radiasiyası tərəfindən bişməli deyildilərmi?

Cavabı: Dünya maqnit sahəsinin günəş şüalarıyla sıxlaşdığı yer olan “Van Allen qurşağı” ancaq oralarda bir-neçə gün gəzinən insanlar üçün təhlükəli olur. Kosmonavtlar oradan bir-neçə saatlıq keçiblər və bu onlara tibbi rentgenin verdiyindən çox radiasiya verməyib.

İddia: “Apollon 16” ekspedisiyası zamanı çəkilən şəkillərdən birində bir Ay daşının üzərində “C” hərfinin yazıldığı görülür. Bu, belə hər şeyin saxta olduğunu və illərdir aldadıldığımızı göstərir.

Cavabı: Bu “C” hərfi  NASAnın orijinal görüntülərində görülmür. Yaxından baxıldığı zaman şəkildəki işarənin şəkil düzəlişlərinə keçən bir növ saç teli və yaxud lifə bənzədiyi görülməkdədir.

İddia: Çəkmələr Ay səthində izini sadəcə nəmli formada buraxa bilər. Ayaq izinizi quru bir sahildə buraxmağa çalışın.

Cavabı: Ay toz parçaları qumdan fərqli olaraq müxtəlif ölçülərə və formalara sahibdir. Həmçinin sabit basıq formanın sabit qala bilməsi üçün nəmə ehtiyacı yoxdur. Dünyadakı bir çox toz da eyni şəkildə davranmaqdadır. Yerə tökülmüş talk tozu üzərində yeriməyə çalışın.

İddia: Lunar Modulu Aydan uzaqlaşarkən altında alovlu egzozu görünmür. Bu onun iplə yuxarıya doğru çəkildiyini göstərməkdədir.

Cavabı: “Apollon”u kosmosa aparan “Saturn V” raketi maye oksigen və kerosin ilə işlədiyindən mühüm miqdar alovlu bulud meydana gətirmişdi. Aya eniş vasitəsi azot tetraoksid ilə Aerosine 50-nin qarışığıdır ki, bu da alov püskürtməməkdədir.

İddia: 10 yaşındakı uşağın belə deyə biləcəyi kimi kosmos ulduzlarla doludur. Bəs Ayda çəkilən şəkillərdə niyə bu ulduzlar görülmür?

Cavabı: Kosmonavtlar Ayda parlaq işıqla parıldayan ağ obyektlərin şəkillərini çəkdi. Elə şərtlərdə fotoqraflar “sürətli təsiretmə müddəti” (fast exposure time) ilə kiçik linza diafraqmanıyla (aperture) şəkillər çəkirlər. Bu da eynilə ulduzlar kimi qaranlıq arxaplanda olan solğun obyektlərin görüntülənməsini mümkünsüz etməkdədir.

İddia: Una Ronald adlı Avstraliyalı bir qadın “Apollo 11”in enişi vaxtı bir kola şüşəsini Ay səthində görüb. Heyif ki, bununla da “Aya eniş”in saxtakarlıqdan başqa bir şey olmadığı açıq-aydın üzə çıxır.

Cavabı: Una (əgər həqiqətən belə biri varsa) Dünyadaki bütün insanların görə bilmədiyini görmüşdür və bu iddiaya dair sübut sayı sıfırdır. Beləliklə, bu kola şüşəsi də həqiqətdə olmaya bilər.

İddia: NASA “Hubble” teleskopuyla Ayda qalan avadanlıqların şəkillərini çəkərək bütün bu iddialara son verə bilər, amma ,əlbəttə, belə bir şey etmir. Niyə görəsən?

Cavabı: “Hubble” bizə kainatın sərhədlərindən qalaktikalara, kometlərə və nebulalara aid möhtəşəm görüntülər göndərsə belə, bunların hamısının ortaq bir cəhəti var. O da hamısının çox böyük olmasıdır. Aydakı ən böyük insan istehsalı avadanlıq isə təxminən 10 metr genişliyindədir. Bu, “Hubble”ın görə bilməsi üçün çox kiçikdir.

 

Məqaləni oxuduqdan sonra sizə kiçik bir sualmız var. Siz hələ də Ay ekspedisiyalarının saxta olduğuna inanırsız?

 

Mənbə: Evrim Ağacı

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin