İnsanın seksual həyatı- psixoanaliz

0
  1. İnsanın seksual həyatı

Seksuallıq, ilk növbədə; ədəbsiz olan, haqqında danışılması qadağan olandır. “Seksuallıq” anlayışının məzmununu müəyyən etmək elə də asan deyil. Bəlkə də, ən doğrusu belə demək olardı ki; seksuallıq iki cinsin fərqliliyi ilə bağlı olan hər şeydir. Əgər diqqət mərkəzinə cinsi aktı qoysaq, o zaman da deyəcəksiniz: Seksuallıq-həzz almaq məqsədi ilə, bədənlə, ələxüsus digər cinsin cinsiyyət orqanları ilə hərşeydir və nəticədə genitaliyaların birləşməsinə və cinsi aktın icrasına istiqamətlənmişdir. Yox əgər siz nəslin davam etdirilməsini seksuallığın mahiyyəti saysanız, onda nəslin davamına xidmət etməyən və buna baxmayaraq, yenə də müəyyən dərəcədə seksual olan ( məsələn, masturbasiya və hətta öpüş kimi) bir sıra şeyləri istisna etməyə risk edirsiniz.

Bu, cinslərin əksliklərinin, həzzin alınmasının, nəslin davamının və gizlədilən ədəbsizliyin xarakterinin hesaba alınmasından qurulandır. Biz “seksual həyatı” kəskin şəkildə adi orta təmsilçidən kənara çıxan fərdlər qrupu ilə tanış olduq. Bu “azğınlıq” lardan biri öz proqramından cinslərin fərqini istisna etmişdir. Belə şəxsləri biz homoseksuallar yaxud dönüklər adlandırırıq.

Bu azğınlığa, ən azından öz seksual obyekti ilə normallar özlərinki ilə nə edirsə onu edir. Amma çoxlu sayda qeyri-normal varki, onların seksual həyatı getdikcə çox kənara çıxmağa başlayır. Biz onları 2 yerə ayırırıq:

  1. Seksual obyekti dəyişmişlər ( homoseksuallar);
  2. Seksual məqsədi dəyişmişlər ( sadistlər).

Birinci qrupa o kəslər aiddir ki, genitaliyaların birləşməsindən imtina etmişdir və cinsi akt zamanı tərəfdaşının genitaliyasını bədənin başqa hissəsi yaxud sahəsi ilə əvəz edir; bununla yanaşı, onlar üzvü orqanın çatışmazlığını hesaba almırlar və iyrəncliyin sərhədlərini keçirlər. (Ağız, vaginanın yerinə arxa keçid)

Bura həmçinin başqaları da aiddir, hansılarında ki, genitaliyalara maraq qorunsa da bu maraq seksual deyil, başqa funksiyalarla bağlıdır. Uşağın tərbiyyəsi zamanı ədəbsiz kimi arxa plana atılan ifrazat funksiyaları bütövlükdə özünə seksual maraq oyada bilər. Digərləri, ümumən genitaliyalardan obyekt kimi imtina etmişdir. Və onların yerinə istəkli obyekt kimi bədənin başqa hissəsini-qadın döşünü, ayağını, saçını qoymuşdur. Başqa qrup kəslərin; fetişistlərin bütün istəklərini geyimin hansısa predmeti, ayaqqabı, altpaltardan nəsə icra edir. Bu sırada növbəti yeri o şəxslər tutur ki, bütün obyekti istəsə də, ona qarşı tamamilə qəribə yaxud iyrənc tələblər qoyur, hətta elə ki, obyekt müdafiəsiz meyit olsun və onu öz cinayət zorakılıqlarında ondan həzz almaq üçün belə edirlər. Bu sahədən dəhşətlər kifayət edər!

Digər qrupa, öz seksual istəklərinin məqsədi kimi normal şəraitdə sadəcə giriş və hazırlıq olan əməlləri təyin edən azğınlıqlar başçılıq edir, başqa sözlə digər şəxsi məhz seyretmə və əlləşdirmə yaxud onu intim hərəkətlərin icrası zamanı seyretmə yaxud gizli olmalı olan öz şəxsi bədən hissələrini açması, kiçicik ümidlə ki, bu hərəkətlər eyni cavab reaksiyası ilə mükafatlandırılacaq. Ardınca sadistlər və onların antipodu-mazoxistlər gəlir. Başqaları da var ki, onlarda bir neçə belə anormallıq birləşir və iç-içə keçir və nəhayət, biz həmçinin öyrənirik ki, bu qruplardan hər biri iki növdə mövcud olur, seksual təmin olunmağı reallıqda axtaranlarla yanaşı, elələri də var ki, bu təmin olunmağı sadəcə təsəvvürlərində canlandırmaqla kifayətlənirlər.

Adı çəkilən azlıqların ( yaranması) imkanlarının və onların normal seksuallıq adlanan şeylərə əlaqəsinin nəzəri izahı üçün qarşımızda qaçılmaz tapşırıq durur. Bu məsələdə bizə mövcud baxışlar və iki yeni fakt kömək edəcək. İlk olaraq, biz İvan Bloxa (1902-1903) borcluluq; o, seksual məqsəddən belə kənara çıxmağın, seksual obyektə belə zəifləmiş münasibətin qədim zamanlardan və bütün xalqlarda, həm ən primitiv xalqlarda, həm də yüksək sivilizasiyalı xalqlarda da mövcud olmasının qəbul edilən və hamı tərəfindən tanınan olmasına işarə eməklə. Bu azğınlıqların-“degenerasiya əlamətləri” olduğu fikrini dəyişdirdi.

Nevrotik simptomlar seksual təmin olunmanın əvəzolunmasıdır. Paranoya qanunauyğun olaraq həddən artıq güclü homoseksual təhriklərə müqavimət cəhdləri nəticəsində əmələ gəlir. İsterik nevrozun simptomları orqanların bütün sistemlərində yarana və bununla da bütün funksiyaları poza bilər. Bədən orqanları, onların funksional rolundan başqa, həmçinin seksual-erogen mahiyyət daşıyır. Və əgər seksual olan onlara həddən artıq sahiblənirsə onda bu funksional tapşırığın icrası pozulur.

SHN-ın təzahür etdiyi simptomların çoxsaylı birləşməsindən ən vacibi, sən demə, çox güclü sadist, başqa sözlə məqsədinə görə təcavüzkar, seksual təhriklərin təsiri altında yaranır və SHN-nin strukturuna uyğun olaraq simptomlar əsasən, bu istəklərin əks təsirinə xidmət edir yaxud razıqalma (təminolunma) və ona qarşıdurma arasında mübarizəni ifadə edir. Lakin təminolunmanın özü də bu zaman zərərgörmüş olmur; o, istədiyinə xəsarətlərin davranışında dolayı yollarla nail olur və başlıca olaraq, onları özişgəncəçilərə çevirərək onların öz şəxsiyyətinə qarşı istiqamətlənir. Xəstələrin uzunmüddətli düşüncələri ilə analix olunan nevrozların digər formaları aktların fövqəlseksuallaşdırılmasına uyğun gəlir, hansılar ki adətən, normal cinsi təminolmağa, başqa sözlə, nəzərdən keçirməyə, əlləməyə və tədqiq etməyə xidmət edir. Toxunma heyecanının və əllərin sayrışan şəkildə yuyulmasının xüsusi mahiyyəti bunda öz izahını tapır. Gizli təkrarlama və radifikasiya növündə sayrışan əməllərin təəccüb edəcək qədər çox hissəsi masturbasiyaya bağlanır.

Normal seksual razıqalmadan imtina zamanı nevrozla xəstələnmək mümkündür. Bununla yanaşı biz bayaq haqqında dediyimiz ikinci yeni fakta gəlib çıxırıq. Psixoanalitik tədqiqat həmçinin uşağın seksual həyatı ilə məşğul olmağa məcbur idi. Məhz ona görə ki, ( böyüklərin) simptomlarının təhlili zamanı beynimizə gələn xatirələr və düşüncələr daima erkən uşaqlıq dönəminə götürür. Uşaqlıqda bütün qeyri-normal hərəkətlərin köklərini tapmaq olar.

İnsan cəmiyyətinin motivi son nəticədə iqtisadidir (qənaətçildir); öz üzvlərini onların əməyi olmadan təmin edə bilmək üçün kifayət qədər həyati vasitələri olmadığından o öz üzvlərinin sayını məhdudlaşdırmalı , onların enerjisini isə seksual fəaliyyətdən yayındırmalı və əməyə yönəldilməlidir. Uşağın seksual həyatı haqqında mühakimə apara  bilməyimiz üçün libido anlayışı təklif edirik. Libido, tamamilə aclığa analoji olaraq, meylin, indiki halda seksual meylin ifadə olunduğu qüvvə adlanır. Necə ki, aclıqda qidaya meyil ifadə olunur. Südəmər körpənin ilk seksual təhrikləri digər həyati vacib funksiyalarla təzahür edir. Onun başlıca marağı bildiyimiz kimi, qida qəbuluna yönəlib. O, doyduğu zaman sinədə yatarkən, onda razıqalma ifadəsi təzahürünü tapır, hansı ki, gələcəkdə cinsi orqanizmin yaşanmasından sonra təkrar olunacaqdır. Biz deyirik; əmmə aktı öz –özlüyündə ona həzz vermişdir. Məlum olduğu kimi daha sonra uşaq əmmədən yatmır. Bu əməlin seksual tələbinə Macarıstanda yaşlı həkim dr.Lindner( 1879 ) qeyd edirdi.  Biz bu həzzin alınmasını sadəcə ağız və dodaq zonalarının oyanmasına aid edə bilərik, bədənin bu hissəsini erogen zonalar, əmmə zamanı əldə olunmuş həzzi isə seksual adlandırırıq. Ana döşünü əmmə bütün seksual həyatın çıxış nöqtəsi olur. Təxəyyül ana döşünü seksual meylin ilk obyekti kimi daxil edir. Lakin öncə körpə ondan əmmə aktı zamanı imtina edir və öz bədəninin hissəsi ilə əvəz edir. Lindnerin dediyi kimi körpə əmmədən orqanizmə keçəndə bu, vacib yaşantıya çevrilir. Əmmənin mahiyyətinin üzə çıxarılması sayəsində biz uşaq seksuallığının iki əsas xüsusiyyəti ilə tanış olduq. O, vacib üzvü tələbatların ödənilməsi ilə əlaqədar yaranır və avtoerotik şəkildə təzahür edir, başqa sözlə öz obyektlərini öz bədənində axtarır və tapır. Biz nəticə çıxarırıq ki, körpə sidik ifrazı defekasiya (nəcisləmə) həzz duyğularını yaşayır. Əgər uşaqda, ümumiyyətlə, seksual həyat varsa onda o manyak xarakterdə olmalıdır, ona görə ki, müəyyən qaranlıq limanlardan başqa, uşaqda seksuallığı nəslin artırılması funksiyası edən heçnə yoxdur. Digər tərəfdən, bütün manyaklıqların ümumi xüsusiyyəti ondan ibarətdir ki, onlar nəsil artırma məqsədi güdmür. Uşaq seksuallığı çox erkən bəzən 3 yaşa qədər başlayır. Bu uşağa heçnə verməyən cinslərin fərqi ilə əlaqədar deyil, beləki, ən azından, oğlan hər iki cinsə eyni kişi genitaliyalarını şamil edir. Sonra onları artıq Edip komplesi ilə əlaqədar olaraq bilirik.  Qız klitoru uşaq vaxtı əsasən penis rolunu oynayır, o, xüsusi qıcıqlanma daşıyıcısı avtoerotik həzzin yaşandığı yer olur. Kiçik qızın qadına çevrilməsi, əsasən, bu həssaslığın klitordan vaxtında və tam olaraq vaginanın girişinə köçürülməsindən asılıdır. Uşaqların seksual marağı əvvəllər daha çox uşaqların necə əmələ gəlməsi probleminə yönəlir. Lap əvvəldən uşaqlar bir nəfər kimi əmin olurlar ki, uşağın doğulması bağırsaq vasitəsilə həyata keçirilir, yəni belə çıxır ki, uşaq nəcis topası kimi doğulur.

Redaktor: Vəliyeva Fatimə

 

Mənbəə :Фреуд 3. Введение в психоанализ :Лекции.М. :Наука,1989,с. 192-203

Tərcümə- Məhərrəm Əliyev

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin