İnsanlar niyə ağlayır?

0

Gözümüzdən yaş axıtmaq maraqlı bir hadisədir. Niyə ağlayırıq? Gözyaşı axıtmaq mövzusunda qadınlarla kişilər niyə fərqlidir? Ağlamağın arxasındakı səbəbləri elmi olaraq necə izah etmək olar? Ağlamağın faydaları nələrdir? Hansı təkamül səbəbləri onu ortaya çıxarmışdır?

 

Edilən bütün araşdırmalar qadınların kişilərdən daha çox ağladığını göstərir. Psixoloq William Freyin 1982-ci ildə etdiyi bir araşdırma, qadınların ayda ortalama 5,3 dəfə, kişilərin isə 1,3 dəfə ağladığını ortaya qoymuşdu. Qadınların hər ağlaması ortalama 5-6 dəqiqə davam etdiyi halda kişilərinki isə 2-3 dəqiqə ilə məhdudlaşır.

 

Hollandiyadakı Tilberg Universitetindən psixoloq Ad Vingerhoets gözyaşını araşdıran az sayda olan elm insanından biridir. Onun araşdırmaları da ağlamaq mövzusunda qadınlarla kişilər arasında fərq olduğunu və bunun körpəliyə qədər dayandığını göstərir.

 

Körpəlikdəki ağlama zamanı hər hansı bir cinsiyyət fərqi yoxdur. Bütün körpələr eyni şəkildə ağlayar. Təkamül psixoloqları körpələrin öz valideynlərinin diqqətini çəkmək məqsədiylə ağladığını deyirlər.

 

Yaxşı uşaqlıqdan yetkinliyə keçildiyi zaman nə baş verir ki cinsiyətlər arasındakı ağlama fərqi yaranır? Bunda mədəniyyətin əhəmiyyətli bir rol oynadığı bildirilir. Fərqli ölkələrdə edilən araşdırmalar, ağlamağı ictimai olaraq qəbul edilən ölkələrdə insanların daha çox ağladığını göstərir.

 

Vingerhoets ayrıca daha varlı ölkələrdə də ağlamaq nisbətlərinin artdığını, bunun da rifahın insanların hisslərini daha yaxşı xaricə vurmasını təmin etdiyinin bir göstəricisi olduğunu deyərək ifadə edir.

 

Lakin Vingerhoetsa görə, kişilərin ağlamasını məhdudlaşdıran yalnızca ictimai təcəssümü deyil, testosteronun da təsiri var. Prostat xərçəngi müalicəsi məqsədiylə testosteron səviyyəsini aşağı salan dərmanları istifadə edən kişilərin daha çox ağladığını deyir. Ancaq bu insanların xəstəlik səbəbiylə daha həssas olduğunu iddia edənlər də var.

İnsan,duyğusal səbəblərlə ağlayan tək canlıdır – fillərin də yas tutarkən ağladığına dair iddialar sübut edilməyib.

 

Niyə ağladığımız mövzusunda bir xeyli çox araşdırma yoxdur. Yəni istər fiziki acı hiss etdiyimiz zaman, istər duyğusal zədələrdən, istərsə də xoşbəxtlikdən olsun niyə ağladığımızı əslində tam olaraq bilmirik. İnsan ictimai bir varlıq olduğuna görə bəlkə də bu daxili duyğu vəziyyətini xaricə vurmağının bir yoludur.

 

Bəlkə də ağlamaq insanın boşalıb rahatlamasını təmin edir. Vingerhoet keçən il etdiyi son araşdırmasında könüllü təcrübəçilərdən duyğusal iki filmdən birini izlədikdən sonra duyğusal vəziyyətlərini soruşdu.Filmlərdən biri Həyat Gözəldir (Life is Beautiful), digəri isə Hachi: A Dog s Tale (Hachi: Bir İtin Hikayesi) idi. Filmdən dərhal sonra, 20 dəqiqə sonra və iki saat sonra bir form doldurmaları istənildi. Filmləri seyr edərkən ağlamayanlar hər hansı bir dəyişiklik bildirmədiyi halda, ağlayanların daxili aləmində əhəmiyyətli yaxşılaşma yazıldığı bildirilirdi. Yəni insanlar ağlayıb rahatlamışdı.

 

Mənbə;BBC

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin