İnsanları idarəetmə – Manipulyasiya.

0

Manipulyasiya

Manipulyasiyanın tam tərifi olmadığından və daha dəqiq başa düşülməsi üçün sizə bunu bir neçə şəkildə göstəririk:
– Manipulyasiya, başqalarını nəzarət altına almaq məqsədiylə edilən bir ağıl oyunudur.
– Manipulyasiya duyğularınızı, hisslərinizi və inandığınız dəyərləri hədəf alaraq baxış bucağınızı dəyişdirməyə və həqiqəti şəkilləndirmə istiqamətində sərgilənən metodların ümumi adıdır.
– Manipulyasiya qarşındakına istədiyini elətdirə bilmək sənətidir.
– Manipulyasiya istiqamətləndirmə, seçmə, əlavə etmə və çıxarma yolu ilə informasiyanın dəyişdirilməsi olaraq bilinir.
– Manipulyasiya idarə edən insanın mənafeyinə uyğun şəkildə digər bir insanın davranışının gizli idarə olunması  prosesidir.

 


Kimsə sizdən bir şey etməyinizi istədikdə yox deməkdən çəkinirsinizsə və bu vəziyyətin səbəbi qarşınızdakının sizə hiss elətdirdiyi günahkarlıq duyğusu və ya qorxudursa, manipulyasiya edirlmiş ola bilərsiniz. Manipulyasiya, bir çox adamın istəklərinə çatmaq üçün istifadə etdiyi bir yöntəmdir.

Kütləvi (Crowd manipulation), məlumat (Data manipulation), bazar (Market manipulation), Media və Psixoloji manipulyasiyaya həyatımızın hər səhnəsində (çox vaxt bilərək və istəyərək, məqsədli şəkildə həyata keçirilsədə, bəzən, adam qarşısındakını manipulyasiya etdiyinin fərqində olmaya bilər.) məruz qalırıq və bu da həyatımızı mənfi və ya müsbət yöndə təsir edir.

Media manipulyasiyası ilə gündəlik həyatımızın tamamında, adı üzərindən göründüyü kimi televizor, qazet və jurnallar, sosial şəbəkələr və digər vasitələrlə yönləndirilməyə məruz qalmağımız o qədər asandır ki… Bir şeyin qiyməti düşür və ya yüksəlir deyə media daima bildirilirsə, bilin ki yönləndirmə edilir (manipulation is loading 75%..) Sadəcə maliyyə mövzularla sərhədlənmir bunlar, hər mövzuda bu belədir…

 

Hər bir şəxsiyyət cəmiyyətdə tutduğu öz mövqeyini qorumağa çalışır. Insanlar tərəfindən qurulmuş bir manipulyasiya tələlərinə düşdüksə isə bəzən həyatımız bərbat bir görünüm ala bilər. Belə ki, bizlər, dünyanın sevəcəyimiz, inanacağımız insanlarla dolu olduğuna inanmaq istəyərik. əlbətdə bu ideyaya uyğun yaşayan insanlar da vardır. Ancaq, eyni zamanda, icazə verdiyimiz təqdirdə bizdən istifadə eləmək istəyən insanla da az deyil. Hər kəs üçün başqa birinin öz mənfəətinə görə istifadə olunduğunu bilməsi hissini qəbul etmək olduqca çətindir. Bu manipulyasiya hiylələrinə düşməmək üçün onun bir sıra metodlarını bilmək vacibdir:

Özünə inam əskikliyi. Qarşısındakının özünü zəif hiss etdiyi bir cəhəti ilə lağ etmək. Bu cəhəti ya öz müşahidələri və ya duyğularıyla öyrənər. Hədəf adam, əskik xüsusiyyətini göstərməməyə çalışmaq üçün müdafiə mövqesinə keçər; özünü isbat etməyə ya da özünü sevdirməyə çalışar. Özünü sübut etməyə çalışan insan da təbii olaraq, xaricdən gələn təkliflərə daha açıq və müdafiəsiz hala gəlir.

Tek çarə mənəm. Bu metodun təməli adamın “problem yaratmaq” cəhətidir, bir insana məqsədiniz əsasında bir virtual problem yaradırsınız və həllin siz olduğuna qarşınızdakını inandırırsınız. Bu metod kütləvi olaraq tətbiq olunmaqdadır; hökumətlər, reklam şirkətləri, media təşkilatları daha çox bundan istifadə edir. Adamda çıxış yolunu tapa bilməyəcəyi problemlərin toxumlarını əkərsiniz, toxum cücərər, cücərər və beynində bu problemi çox böyüdər, çarəsiz olan adamda həll yolu olaraq sizə gələr..

Məhrum qoymaq. Bunu əslində hamımız bilirik, təhdidlə qarışıq cəzalandırmaqdır. Başqa sözlə, insanları istəmədiyi işlərə sürükləyən duyğusal bir manipulyasiya metodudur. Ümumiyyətlə itaət yaratmaq üçün istifadə edilir və insanların buna məğlub olmaması olduqca çətin məsələdir. Suveren olmaq və öz gəlir mənbəyinizi yaratmaq, bu manipulyasiya metodundan xilas olmaq üçün tək yoldur. Uşağının cibxərcliyini məhdudlaşdıran ata, qonaq gedərkən uşağını aparmayan ana ya da Amerikan filmlərində gördüyümüz “derhal odana çıkıyorsun genç adam” fraqmenti bu metoda klassik nümunədir.

Qorxut və Rahatlaşdır. Təməl olaraq qorxan və ya rahatlayan insan, daha həssas bir vəziyyətə gəlir psixoloji olaraq. Hədəf adam bir şok keçirdikdən sonra, qəbul etmə və mühakimə etmə xüsusiyyətləri zəifləyəcəyi üçün zəifdir və itaət etmə ehtimalı daha çoxdur.

Planlı – Sistematik İstiqamətləndirmə. Bu professional metoddur. Hər insanın şəxsiyyətinin fərqli rolları vardır; şagird, övlad, yoldaş, sevgili, müsəlman kimi … Və bütün bu rolları qane etmək istəyi vardır, məhz bu məqsədlə manipulyator hədəf adama fərqli vəzifələr verərək və hədəfin bu rol üçün yaradıldığını vurğulayaraq, hədəf fərdi kuklasına çevirə bilər.

Bədən Dili dediyimiz hadisə əslində yalnız təlimi alınaraq nəzarət edilə biləcək bir davranışdır ki, bu da fərqində olmadan onsuz da bu davranışı gündəlik həyatımızda tətbiq edirik. Sevmədiyimiz bir adamı görəndə qamətimizi düzəltməyimiz, salamlaşarkən əlini daha yuxarıdan sıxmamız və əlimizi uzada bildiyimiz qədər uzatmağımız buna nümunədir.

Daha Çoxunu İstəmək. Manipulyator sizdən kiçik bir xahiş edir, yerinə gətirdiyiniz təqdirdə daha böyük bir xahiş edir, siz də başladığı işi yarım buraxan biri kimi görünməmək üçün təklifi qəbul etmək məcburiyyətində qalırsınız. Nümunə olaraq: “Uşaqlar evinə yardım toplayırıq, bizə 2 manat kömək etmək istəyirsiniz?” Deyə sual verər və siz də məbləğin sizə münasib olduğunu düşünüb və xahişi geri çevirməmək üçün yardımı edərsiniz. Qarşı tərəfdən isə belə bir sual gələr “Bu yardımı hər ay etmək istəyərsiniz bəs?”.

Müttəfiq Duruşu. Bu metodumuzda da hiyləgərlik var. belə ki, ilk növbədə manipulyatorla dost olarıq və hədəflərimizi təsdiqləyər, arxamızda durar, qarşılığında bizdə onu dəstəkləyərik. Ondan sonra da qərarlarımızda onunla məsləhətləşməyə başlayarıq və o da öz növbəsində fikirlərini aşılamağa başlayar. Ya da bir qrupun liderinə yaxın olarsınız, və qrupun liderini siz nəzarət etsəniz dolayı olaraq qrupu siz idarə etmiş olarsınız.

“Suyuna Getmək”. Əgər müttəfiq olmaq işinizə yaramazsa və bir yerlərdə səhv bir şey etdinizsə bu taktika tam sizə görədir. Zamanla qarşınızdakının sizə olan hirsi keçəcək və sizin bir təhdid amili olmadığınızı anlayacaq. Münasibətiniz normala qayıtdıqdan sonra yuxarıdakı taktikaları yenidən cəhd edə bilərsiniz.

İncə emosional şiddət manipulyasiyaya, münasibətlərdə tez-tez rast gəlinir və asan fərqinə varılmır. Bir adama dəyər verərsəniz və (qadın ya da kişi) onun üçün bəslədiyiniz duyğuları mənfəətləri üçün istifadə edə bilər. Münasibətlərdə çox sıx görülən bir vəziyyətdir və qurban bu manipulyasiyanın fərqinə çatana qədər bu hal davam edər. Bəzən, insanların hayatlarımızı məhv etməsinə icazə verərik və onlara qarşı olan hislərimizdən faydalanmasına göz yumarıq. Bu doğru bir davranış deyil. Sərhədi harada qoyacağınızı yaxşı bilin. Çünki sədaqət, fədakarlıq və bunlar kimi bir sıra duyğular bir nöqtədən sonra mənasını itirir.

Beyin Yuma. Daha çox marketinq və reklam şirkətləri tərəfindən istifadə olunan bir manipulyasiya metodudur. Bir şeyi, bir adam ya da kütlə qarşısında təkrar təkrar etsəniz bu, onların mühakimə güclərini ələ keçirər. Bu tərz manipulyativ insanlardan qorunmanın tək yolu dinlədiyiniz şeyləri məntiq süzgəcindən keçirməkdir. Bəzi şeyləri sırf insanlar elə dediyi üçün qəbul etməyin. Inanmadan əvvəl araşdırıb doğrulayın. Düşüncə gücünüzü təkrar əlinizə almağınız, bu mövzuda edəcəyiniz ən yaxşı şeydir.

Səhvə İstiqamətləndirmə. Anlıq duyğu dəyişmələri və ehtiras deyilən hissin, insanları bir anda öz həyatlarını məhv etməyə sövq edən bir lənət olduğu deyilir. Bunu unutmayın ki, bir şeyi asılılıq dərəcəsində arzulamak zəif nöqtə halına gələcəkdir. Bu arzular manipulyasiya tələləri olaraq bizi pusquya salmağı gözləyər. Buna görə bunlardan çəkinmək lazımdır. Qısa müddətli mənfəətlər axtarmaq yerinə cəzbedici bir tələdən qorunmaq naminə uzun müddətli planlara üstünlük verin. Arzularınızı bildiyi üçün davamlı onları bəsləyən insanlar həyatınızın idarəsini ələ alıb sizi idarə edə bilər. Bu halda siz azadlığınızı itirmiş olarsınız. Narkotik asılılığı, “çevrənin təsirinə düşmək”, pul və ya seks bağlılığı kimi asılılığın hər hansı biri sizi geri dönmək mümkün olmayan bir yola sala bilər. Maddi şeylərə və tabe olacağınız arzulara asılılıqdan xilas olmağınız, manipulyatorların həyatınız üzərindəki hakimiyyətini yox etməyiniz deməkdir.

Təxribat və Alçaltma Yoluyla Eqonu Oyatmaq. Siyasət, idman və insan fəaliyyətlərinin olduğu digər sahələrdə, ən böyük manipulyasiya metodlarından biri təxribat və alçaltmadır. Bir insan təxribat, alçaltma və ya cəmiyyət qarşısında hörmətdən salınma vasitəsilə istənilən şeyi etməyə məcbur edilə bilər. Alçalmış bir ego təhlükəlidir və manipulyasiyaya uyğundur. Bu vəziyyətə düşmüsünüzsə axmaqca bir şey etmək üçün təhrik edildiyinizdə, mövzu hər nə olursa olsun, edəcəyiniz şeyin bu reaksiyaya dəyib dəyməyəcəyini düşünün. Alçalmış egonuzun sizi dəliyə çevirməsinə icazə vermək çox asandır. Axmaqca bir şey etmədən əvvəl gözləyin və hər şeyi bir müddətə dondurun, beləcə ətraflı düşünmək üçün vaxt qazanarsınız. Təxribat hər zaman bir məqsədə istiqamətlidir və bu məqsədi tamamilə arxanızda buraxmadan reaksiya verməyin. Əks təqdirdə etdiklərinizin fərqində olmadan tələyə düşmüş birindən fərqiniz olmayacaq.

Emosional vəziyyətlərdən istifadə etmək. Bir adama tətbiq edilə biləcək ən pis manipulyasiya etmə metodudur. Duyğusal olaraq ələ keçirilmiş və ya təhdid olunmuş bir çox adam heç vaxt etməyəcəyi şeyləri etməyə məcbur edilə bilər. Psixopat meyli olan insanlar, bu metodu tətbiq etməyə daha çox meyllidir. Belə bir vəziyyətdən özünüzü xilas etməyin yolu başlamamışdan reallaşmasının qarşısını almaqdır. Emosional vəziyyətinizi şifahi bir şəkildə başqalarına danışmayın . Gərək olmadığı halda zəif yönlərinizi deməyin. Çünki ətrafınızda bundan özünə fayda qazanmaq istəyənlər ola bilər. Qəlbinizi yalnız etibarlı olan bir neçə adama paylaşın.

Yalan vasitəsiylə manipulyasiya. Fırıldaqçıların ən çox istifadə etdiyi metodlardan biridir. Yalanlardan hörülmüş sıx bir şəbəkə əmələ gətirərlər və bu sistem, həqiqəti yayındıraraq sizi manipulyasiya üçün bir qurban halına gətirər. Bundan qorunmanın tək yolu uyğunsuzluqları nəzarət altına almaq və qarşınızdakının fırıldaq hərəkətlərinin, yalanlarının fərqinə varmaqdır. Etibar etmə mövzusunda ciddi davranmaq qaydanız olmalıdır. Bir insanı kifayət qədər tanıyana qədər fərdi və maliyyə məlumatlarınızı paylaşmaqdan qaçının. Sizə edilən doğru ola bilməyəcək qədər mükəmməl təkliflərə və iş məsləhətlərinə diqqət edin.

Mövzunu Dəyişdirmək. Manipulyasiyanın öndə gələn metodudur. Xüsusilə ünsiyyətdə daima qarşınıza çıxır. Bu metodda həqiqətən usta olan insanlar tanımısınız çox güman. Ünsiyyət zamanı mövzu cansıxıcı olduqda , narahat olan tərəf məharətlə mövzunu istiqamətləndirib manipulyasiya edə bilər. Xüsusilə başqa sual və problemlərlə sizi tam fərqli dövranın içinə soxub baş verənlərin fərqinə varmadan tamamilə ağlınızdan çıxara bilər. Bu manipulyasiya metodu yalnız ‘ünsiyyət’ ilə məhdudlaşmır. Həmçinin Kütləvi mediada, müzəkirə programlarında, aparıcı olan televiziya programlarında və s. daima bu metod istifadə olunur. Bu metodu istifadə eləmək ustalıq tələb edir, istifadə elədikcə də təcrübəniz artır. Bunu özünüzdə inkişaf etdirmək istəyirsinizsə ətrafda olan hadisələrə diqqət müşahidə yetirib, vəziyyəti öz leyhinizə dəyişməyə çalışmaqla başlaya bilərsiniz.

Səs-küy metodu – Diqqəti başqa bir yerə çəkmə. Digər çox istifadə olunan metod da budur. Bir şeyi gizlətmək üçün səs-küy çıxarmaq, bəlkə həyatınızın bir dövründə siz də eləmisiniz bunu. Bəlkə hələ də fərqində olmadan? 🙂 Burada əsas məqam səs-küyün, əsas gizlənəcək olan şeydən (hadisə, söz və b.) çox olması və onu üstələməsidir.
Görməzdən gəlmək. Xüsusilə bir şeyin çox böyüməsini istəmədiyiniz hallarda görməzdən gələr, reaksiya verməz və sanki olmamış kimi davranarıq. Eşidildiyi anda böyük bir kütləni hərəkətə keçirəcək olan xəbərlər medyalar tərəfindən görməzdən gəlinir, insanlara bildirilməz. Və yaxud, deyək ki, biri haqqında böyük iddialar və hətta sübut təqdim edilir və o adam bu sanki olmamış kimi heç bir reaksiya vermir. Bu da bir manipulyasiya və unudulmasına zəmin hazırlama yoludur.

Əskik Məlumat Manipulyasiyası. Nəşr olunmuş, qanuni kitablardan, misal üçün, siyasətçilərin həyatları haqda oxusanız, onların necə təmiz, saf, heç bir səhvi olmamış, tam düzgün siyasətçi olduğunu görərsiniz. Amma yayımlanmayan gizli məlumatlararı internetdən və ya digər vasitələrdən araşdırsanız, onların tam əksi olduqlarını görəcəksiniz. Bu Əskik Məlumat Manipulyasiyasıdır. Başqa bir misal. Hal hazirda bir ölkədə yazarın kitabı 50 ci nəşri çıxır. Və bu kitabı başqa bir ölkədə çap edərkən reklam məqsədli olaraq onun 50-ci nəşr olduğu bildirilir. Amma nəşrlərin tirajının sayı deyilmir. (hər tirajda 500 kitab çap olunmuş ola bilər)

Yalan Məlumat Manipulyasiyası. Bu üsula yanlış olduğu sübut oluna bilməyən yalan manipulyasiyası desək daha doğru olar. Əsasən biznesdə istifadə olunur. Misal üçün, bir kitab dükanı, kirayəni ödəyə bilmədiyi üçün dükkanı bağlamaq məcburiyyətində qalacağını medya və ya digər yolla bütün kitab alıcılarına bildirir. Və qazanc birə beş artar… Başqa bir misal da: BestSeller! Bir kitabın BestSeller olub olmadığını dəqiqləşdirə bilməzsiniz. (Sadəcə bəzilərini təxmin edə bilərsiniz). Və BestSeller olmağı kitab alıcılarını dahada maraqlandırar, bununla, bəlkə də daha sonra həqiqətən BestSeller olar. Bir kitab dükkanı da əlində qalan, nəşri çox olub və heç cür satıb qurtara bilmədiyi kitabı BestSeller kimi təqdim edər.

 

 

Manipulyasiya edildiyinizi necə anlayarsınız?
1. Manipulyasiya edildiyinizi fərq edə bilmək üçün, diqqət yetirməniz lazım olan ilk şey; qarşınızdakının sizdən bir şey istəyərkən onun necə davranmasıdır. Normalda heç nəzakətli olmayan bir yoldaşınız sizdən bir şey istəyərkən dünyanın ən nəzakətli insanına çevrilirsə, manipulyasiya edilmiş ola bilərsiniz.
2. Biri sizdən bir şey istədiyində və siz bunu etmədikdə necə hiss etdiyinizə fikir verin. Xeyr deməkdən çəkinir, istəmədiyinizi ifadə edərkən günahkar hiss edir ya da utanırsınızsa, qarşınızdakı adam sizi manipulyasiya eləmiş ola bilər. Manipulyasiyanın məqsədi başqa insanları idarə etmək olduğundan, “günahkarlıq psixologiyası” yaratmaq, ən tez-tez istifadə metodlardandır.
3. Manipulyasiya üçün tez-tez müraciət edilən üsullardan biri də əsəbləşməkdir. Sizdən bir şey istəyən adamın “xeyr” cavabınız qarşısında qəzəbinin necə dəyişdiyinə diqqət edin. Hirs duyğusu bəzən başqaları üzərində nəzarət qurmaq üçün istifadə edilə bilər. Bu vəziyyət hirsin hədəfi olan adamın qorxularını ortaya çıxararkən; hirsin nəticələrindən qorxan adam hirsli adama istədiyini vermək məcburiyyətində olduğunu hiss edər.
4. Manipulyasiya edilməmək üçün diqqət yetirməniz lazım olan bir başqa mövzu, daima qurban rolu oynayan kəslərdir. Hər zaman köməyə ehtiyacı varmış kimi ümidsiz və çarəsiz görümek, bəzi kəslər üçün manipulyasiya silahıdır. Ətrafınızda bu tərz insanlar varsa, istədiklərini əldə etdikdən sonra vəziyyətlərinin necə dəyişdiyinə diqqət edin. Bu kəslər istəkləri qarşılandığı zaman çox daha yaxşı olurlar, bir sonrakı istəklərinə qədər…

 

NLP-də manipulyasiya. Qarşınızdakı şəxsi manipulyasiya edərkən sadəcə işlətdiyiniz sözlər təsir etməz. Belə ki, beyin ilk olaraq səssiz siqnalları dərk edir. Ünsiyyətdə olarkən bədən dilini (fizioloji, jest, mimika) 55%, səs tonu (alçaq, yumuaq, qışqırmaq) 38%, məzmun (deyilən söz)7% önəm daşıyır. biz məzmunun üzərinə diqqətimizi topladığımız halda, beynimiz həmin vaxt qarşımızdakı kişinin bədən dilindən və səs tonundan daha çox təsirə düşür. Və bunun fərqində olan birisi asanlıqla sizin bədən dilinizi kopyalaya bilər. Araşdırmalara görə, daimi ünsiyyətdə olan insanlar özləri kimi davranan, özləri kimi danışan adamların yanında daha rahat və daha etibarlı hiss eliyir. Yəni bu da, insanların güvəndiklərinin yanında qoruma mexanizmalarının zəifləməsi anlamına gəlir. NLPer belə ünsiyyət zamanı söhbəti öz istədiyi kimi istiqamətləndirə bilər, fikirləriniz və davranışlarınız üzərində təməl dəyişiklər edə bilər. NLPer bundan əlavə metodlar vasitəsi ilə sizə toxunaraq ünsiyyət bağlarını, sizin ona olan inamınızı qüvvətləndirə bilər. Naməlum, anlaşılmaz bir dildən istifadə edərək sizin verəcəyiniz cavabları heyrətə sala bilər, başınızı qarışdıra bilər, ya da çox tolerant rahat bir dillə almaq istədiyi cavabları sizin ruhunuz belə incinmədən alar. NLPer əgər istəsə və metodlar haqda çox məlumatlı və istifadə etmə bacarığı çox yaxşıdırsa sizin düşündüklərinizin fərqinə daha rahat çatdığı və özünü daha təsirli ifadə edəbildiyi üçün sizi manipulyasiya edə bilər. Bizə isə bunun fərqində olub manipulyasiya olmamaq qalır…

 

Foto Manipulyasiya nümunələri, ümumi olaraq həqiqətdən uzaq bir xəyal məhsulu olduğu üçün hər kəsin diqqətini çəkir. Bir adam qolunu kəsib ozunu nümayiş etdirsə, həmin formada ( qolu kəsik adam) hazırlanmış bir şəkil qədər təqdir almaz. Bu tərz nümunələri adətən məhsul firmaları müştərilərinin diqqətini cəlb etmək üçün hazırladığı reklamlarda tapa bilərsiniz. Günümüzdə, foto manipulyasiya nümunələri qrafik dizaynerlərdən çox, webmasterlər və fotoqraflar tərəfindən öz Photoshop qabiliyyətlərini göstərmək üçün hazırlanır.

Mənbələr:
*1 – www.uplifers.com/manipulasyon-sanati-manipule-edildiginizi-nasil-anlarsiniz/
*2 – www.onedio.com/haber/karsinizdaki-insanin-beynine-girmenizi-saglayacak-psikolojik-manipulasyon-teknikleri-672846
*3 – “Psinossa” jurnalı, 24 buraxılış. Yanvar – 2017 – Manipülasyon nedir?
*4 – www.deyerler.org/107859-manipulyasiya-njdire.html
*5 – en.wikipedia.org/wiki/Manipulation
*6 – www.birsifirbir.blogspot.com/2013/05/manipulasyon-nedir-nasl-yaplr.html
*7 – www.benlacivert.com/negatif-pozitif-manipulasyon-teknikleri/
*8 – “BİLTEK” jurnalı. 16. buraxılış. NLP`nin küçük sırrı: Manipülasyon.
*9 – www.gencgrafiker.com/hayran-birakacak-manipulasyon-ornekleri/

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin