İnsanları inandıqları şeyin səhv olduğuna niyə razı edə bilmərik?

0

 

İnsanları inandıqları şeyin səhv olduğu halda qarşılarına  gerçək sübutlar  qoyaraq  razı etməyə heç çalışmısınız? Yaxşı bəs bu işin nəticəsində fikrini dəyişdirən olub? Cavabınız əksəriyyətlə xeyr olacaq

Əslində razı etməyə çalışdığınız insanlar, qarşılarına nə qədər dəlil qoyarsınız qoyun, inandıqları şey hər nədirsə ona daha möhkəm sarılmağa başlayarlar.Bunun ən əsas səbəbi də formalaşdırdıqları dünya görüşünün təhdid altında olduğunu düşünmələridir.

Əslində bu davranış üsulu iki faktorun nəticəsidir: idrak uyumsuzluğu və əks effekt təsiri. İdrak uyumsuzluğu nəzəriyyəsi  Leon Festinger tərəfindən 1957-ci ildə ortaya atılmışdır. Bu nəzəriyyə, insanın idrak quruluşlanmasında tez-tez meydana gələn ziddiyyətli vəziyyətlərin başa düşülməsi ilə əlaqədardır.

 

insanın  zehinində zidd düşən fikirləri, hissləri olduğu zaman hiss etdiyi bir narahatlıq və narahatlıq vəziyyəti vardır. Bu qarşıdurma bir qeyri-müəyyənlik, bir balanssızlıq yaradar. Rahatlaşmaq və zehni balansı təmin etmək üçün bu qarşıdurmanı bitirmək məqsədiylə bizi daxildən tətikləyən bir şeylər hiss edərik. Qarşıdurmanı yaradan zehni faktorlardan birini və ya bir neçəsini ardıcıl və balanslı bir zehin mühitinə qovuşmaq üçün manipulyasiya edirik. Yəni, öz özümüzü aldadarıq və bu bizi rahatlaşdırar.

 

İlk dəfə Brendan Nyhan ve Jason Reifler tərəfindən irəli sürülən Əks Effekt gücü isə inanclarına əks bir sübut ilə qarşılaşan fərdlərin bu sübutu rədd edərək inanclarına daha qatı şəkildə bağlanmalırını ifadə edən qeyri-obyektiv qavramadır.

 

Əks effekt  təsirinə görə, fərdlərin doğru olaraq qəbul etdikləri hər hansı bir fakt elmi olaraq çürüdüldüyü zaman fərdlər üzərində tam əks bir təsir yarada bilir. Din nə qədər ideoloji və duyğu-təməlli olsada, zidd dəlillərin təsirsiz olma ehtimalı da o dərəcə artır. Dəlilin doğru olma ehtimalına daha açıq olmaq yerinə bir çox adam ilk etapda qəbul etdikləri faktın doğru olduğuna razı olurlar. Inanclarını sorğulamaq yerinə onlara sadiq qalmağı seçim edirlər.

 

Aydın olan gerçəklər vəziyyəti daha da pisləşdirə bilər, o zaman insanları inanclarının səhv olduğuna razı etmək üçün nə edə bilərik?

 

1)Duyğuları mövzudan uzaq saxlayın.

2)Müzakirə  edin  amma hücum etməyin.

3)Diqqətli dinləyin və qarşı tərəfidə  tam olaraq başa düşməyə çalışın.

4)Hörmət göstərin.

5)Niyə bu fikrə inandığını başa düşdüyünüzü ifadə edin.

6)Dəyişən gerçəklərin mütləq dəyişən dünya görüşləri mənasını vermədiyini açıqlayın.

 

Bu strategiyalar, insanların zehnini dəyişdirmək üçün hər zaman təsirli olmaya bilər amma sınamaqda və anlamaqda fayda var əlbəttə …

 

Mənbə ; scientificamerican

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin