İnsanlığın zəkası artır ya azalır? Cavab: ikisi də ola bilər

0

İQ göstəriciləri diqqətə dəyər səviyədə artır. Yeni bir araşdırma göstərir ki, insanların genetik patensialının altında yatan səbəblərə görə zəkalılar azala bilər. Araşdırmaçılar bir zəka ölçməsinə görə ortaya çıxardılar ki, Viktoriyalılar bunda modern milli ritmə sahibdirlər. Kəşflər mübahisəsiz ola bilməz, özəlliklə də, ölçülər zəkanı doğurdan göstərirmi ya yox? Hələ, zamanla araşdırmalar zəka ölçülməsiylə problemlərin olduğunu vurğulayır. Zəkalılar bir tip kimi müəyyən edilməməlidir. Bir insanı Afrika savannalarında zəkalı edən şey Hong Kong maliyyə mərkəzində həmin insanı yararsız edə bilər. Yeni araşdırmaya rəhbərlik edən İsveçdəki Umea Universitetinin bir psixoloqu Michael Woodley deyir ki: “Zəkanın artması və azalması sadə deyil”. “Zəkanın müxtəlif bölmələri çox müxtəlif yollarla dəyişə bilər”

 

Nənəndən daha ağıllısan?

Dünya müasir insanların, onların atalarının etdiklərindən daha üst səviyədə getdiklərinin dəlilləri ilə doludur.  Məsələn, ağıllı telefonlar, ürək nəqli, mikropların xəstəlik səbəbi olma anlayışı və.s. Bu texnoloji irəlləyişlərin ötəsində insanların daha çox ağıllandığının başqa ipucudur. Bu “Flynn efekti” adlanır. Öz adını Yeni Zellandiyadakı Otaga Universitütinin təqaüdçü alimi, zəka araşdırmaçısı James Flynn-dən alır. Son 100 ildən bəri, İQ və ya zəka bölmələri testləri bir neçə dəfə gözdən keçirildi və standartlaşdırıldı. Flynn effektini görmək üçün alimlər öz könüllülərinə öncəki nəsillərə görə tərtib edilmiş testləri etdirdi. Flynn və onun iş yoldaşları bütün dünya üzərindəki yeni nəsillərin keçmiş test üzərindəki göstəricisinin orjinal test verənlərdən daha üst səviyədədir. Həmin dəyişmələr heç də kiçik məsələ deyil. Bunlar on illiyə nəzərən coğrafiyaya görə müxtəlifdir.

 

Amma, bu 3 İQ balı arasında meyl edir. Flynn və digər bir çox araşdırmaçılar düşünür ki, artan İQ balları inkşaf edən müasir ətraf mühiti əks etdirir. İQ qismən qalıcı və ətraf mühitdən asılıdır. Bir gəncin ətrafını öyrənmə fürsətləri ilə zənginləşdirmək sonra onları həyatta daha üstün bir zəkaya sahib edəcək. Həmçinin daha yaxşı bəslənmə, daha çox öyrənmə və daha çox sitimulasiya Flynn effektini açıqlaya bilər. Beləcə bu gün insanların etdiyi düşüncə tərzi ola bilər. Əgər 19-cu yüzillikdə bir insana bir it və dovşan arasındakı əlaqəni soruşsaydınız onların iki heyvanla gerçək həyat təcrübələrinə əsasən konkret şeylərlə gedəcəkdilər. Woodly deyir ki: “Tipik cavab bu şəkildə ola bilərdi. İt dovşanı ovlayır”. Bu gün isə insanlara daha mücərrəd düşünmək öyrədilir. Nümunə olaraq, modern bir insan: “Dovşan və it-ikisi də məməlidir” deməsi daha çox ehtimal daxilindədir. “Bu cür kəşflər və modern düşüncə alışqanlığı insanların İQ testlərini cavablama üsulunu dəyişdirmişdir”-deyə Woodley bildirdi.

 

İnsanların kütləşməsi

Hətta Flynn effekti zəkanı sürətlə yuxarı fışqırdır. Bəzi araşdırmaçılar daha qatı görüşləri müdafiə edirlər. “İnsanın zəkası artmır”-deyirlər, “onlar daha da axmaqlaşırlar” 2012-ci ilin Noyabrında, Stanford Universiteti Tibb fakültəsi araşdımaçısı Gerald Crabtree “Trend in Genetics” jurnalında iki vərəq yazı dərc etdi və insanlığın zəkasının təxminən 2000 ilə 6000 il əvvəl zirvəyə çatdığını ortaya atdı. Crabtree genetikada bu iddiaya əsaslandı. O təxmin edir ki, 2000-dən 5000-ə yaxın gen insan zəkasını kontrol edir. Genetik mutasiyaların yığılma sürətinə əsasən Crabtree son 3000 ildə bütün insanlıq zəka müəyyənləşdirici genlərə zərər vuran ən az iki mutasiya keçirdiyini hesabladı (və sonrakı 3000 ildə daha iki mutasiya sürdürəcək). Hər genetik mutasiya (dəyişim) zədəyə nədən olmayacaq. Beləki, genlər cüt gəlirlər ki bu səbəblə mutasiya tərəfindən zəifliyə səbəb olan genlər sağlam yarısı tərəfindən örtülə bilər deyə Crabtree yazmışdır.

 

Amma, hesablamalar zəkanın görüləndən daha qırılğan olduğunu gözlər önünə sərir. Daha artığı  ovçuluq və toplayıcılıq icması zamanında olduğu kimi bu gün də insanlara zəkanın təkamülü baxımından önəmli olmadığını müdafiə edir. “Minlərlə il öncə bir aslan üzərinizə gələrkən nizə atmağın aerodinamik avantajını qazanmaqda bacarıqsız olmuşsunuzsa bu o demək idi ki, siz yemək tostusunuz. Artıq siz geninizi balalarınıza ötürməyəcəksiniz. Modern insan nadirən yaşam ya da ölüm sınağı ilə üzləşir”- deyə Crabtree yazmışdır. Bir başqa nəzəriyyə isə disqenik cütləşmə üzündən insanlığın zəka üçün genetik tutumunun azalmada olduğunu deyir. Araşdırmalar üzə çıxardı ki, 1800-cü illərin ortalarından bəri İQ və çoxalma sistemi mənfi yöndə əlaqələndirilir.  Açıq demək lazımdırsa daha zəki insanlar daha az uşağa sahib olurlar. Çünki zəka genin bir parçasıdır, araşdırmaçılar əgər bir şey olsa İQ düşəcəyini deyir. Bunun yerinə Woodly “göstəricilər artır və disqenik çütləşmə nəzəriyəsi üçün paradoks yaradır”- dedi.

 

Zəka paradoksunu anlamaq

Woodly və onun iş yoldaşları bu paradoksu həll etmiş ola biləcəklərini düşünürlər. Xəbərlər isə yaxşı deyil. Zəka tarixində geriyə baxmaq üçün araşdırmaçılar İQ-yə deyil reaksiya müddətinə yönəldilər. Bəsit reaksiya müddəti (bir siqnala cavab vermək üçün keçən zaman) İQ ilə əlaqələndirildi və İQ testləri kimi mədəni təsirlərə həssas olmadığını Woodly bildirdi. O həm də “İdea budur ki, reaksiya müddəti əsas və elementar şüuri əməliyyatları emal etmə bacarığını təmsil edir” dedi. 1880-lərdə, ingilis alim Francis Galton geniş və müxtəlif sosyoekonomik statuslardan 2522 gənc kişi və 888 qadının reaksiya müddətini ölçdü. O kişilərdə siqnala reaksiya müddədinin 183 millisaniyə, qadınlarda isə 187 millisaniyə olduğunu kəşf etdi.

 

(Galton’un reaksiya müddəti araşdırmaları eugeniks sahəsinin yaradıcısı olaraq işlərinin bir parçasıydı, fikri yalnız ən yeninin yaradılması idi. 1900-cü illərin başında eugenik yüksək statuslu insanlar tərəfindən mənimsənildi özəlliklə də Adolf Hitler kim Arian irqinin ən üstününü yaratmaq istədi) 1941 ildən sonra Galtonun rəhbərlik etdiyi başqa on iki bənzər araşdırma kişilərdə 250 millisaniyə, qadınlarda 277 millisaniyədir ki, gözə çarpan şəkildə yavaş olduğunu kəşf etdi. Bu kəşfləri 2010-cu ildə The American Journal of Psychology (Amerikan Psixologiya Jurnalı) dərc olundu. Woodly və iş yoldaşları əlavə bilgilərdən və yeni keçmiş araşdırmaların qarşılaşdırmasından təşkil olunmuş 2010 çalışmasını eyni şeyi ölçdüklərinə əmin olmaq üçün genişlətdilər. Zaman göstəricilərinin 1800-cü illərdən bəri bütünlüklə inkişaf etməyinə baxmayaraq Woodly, Galtonun ölçümlərinin doğruluğuna güvənir. “Galton reaksiya müddətini ölçmək üçün kəfkirli cihaz işlətmişdir. Ümumiyyətlə belə cihazlar 10 millisaniyə ərzində də doğru olurlar”- Woodly dedi.

 

Galton’un məlumatları əgər doğrudursa o siz gözlədiyiniz kimi olacaq”- Woodly deyir. “Misal üçün, nəsli icmaları reaksiya müddəti testində daha pis performans göstərirlər”. Woodley dedi ki, “Yeni araşdırmalar kristal təmizliyindədir” “Biz reaksiya müddətinin sürətininin yavaşlamasına dair çox sağlam meyl etmə tapdıq” dedi: “daha sabit, təbii, mədəni, genetik təsir altında olan zəka kompanentləri artmaqdansa azalır fikri istiqrarlıdır” İddia budur ki, hətta İQ göstəriciləri təhsil, tibbi sağlamlıqla birlikdə yüksəlsə də, insanlığın zəka tutumu azalır. Woodley, Flynn effektinin altında yatan bir azalmanı gizləyə biləcəyini və qələm-kağızlı zəka testlərində görünməyən “psixometrik qaranlıq bir maddə” olduğunu söylədi. “Daha keyfiyyətsiz toxuma daha keyfiyyətli gübrə istifadə etmək kimidir”-dedi “bu fikrdən yola çıxaraq, daha keyfiyyətli ortam zəka genlərindəki enməni maskalaya bilər” Bu doğrudursa da, səbəbləri bilinməməkdədir. Ehtimallar modern toplumdakı neurotoksins məruziyyətdən, təbii seçilməyədək ola bilər.

 

Daha ağıllı ya daha ağılsız?

“Nə olur olsun, hər kəs yeni reaksiya müddəti kəşfini son söz kimi görmür. Araşdırmanın 100 illiyin toplamında, Reaksiya müddəti və İQ hesabları arasında güvəniləcək korrelyasiya var. Amma, bir sonrakıları açıqlamaq üçün bu cür korrelasiyaların sırası tələb olunan əksikdən çox uzaqdır”-deyə Adeleyde Universitetinin psixoloqu və zəka araşdırmaçısı Theodore Nettelbeck söylədi. Digər bir sözlə, Reaksiya müddətini İQ-yə səlahətli kimi istifadə etmək arzu olunan bəzi şey bəxş etdiyini Netterbeck  bildirdi. Ən yaxşı halda, qarışıq siqnallara verilən reaksiya vaxtının IQ-dəki dəyişimin təxmini yüzdə 20 ilə yüzdə 25-ni açıqlaya biləcəyini və bəsit reaksiya müddətlərinin daha az açıqladığını dedi. Nettelbeck görə, yeni araşdırmada analiz edilən müxtəlif təcrübələr və bunların nə qədər qarşılaştırılacağı ilə bağlı narahatlığı artır. Sadəcə, reaksiya zamanlaması texnologiyasında müxtəlifliklər yoxdur.

 

Həm də, Nəticə tədbirlərinə təsir edəcək və ya etməyəcək təxmini törədilmiş təcrübə ədədləri, iştirakçılara verilən təlimatlar, əvvəlki tətbiqin əhatəsi, siqnalın təbiəti, cavab düymələrinin forması, bunların hamısı cavab müddətinə təsir edən sayda üsula bağlı fərqliliklər da ola bilər dedi. Flynn təsirinə adı verilən James Flynn, reaksiya müddəti şərhində çətinlik çəkə bilər. Flynn “LiveScience”-a “Küt bir insanın ayıq bir insanınkı kimi reaksiya müddəti sürətli ola bilər” dedi. “Aradakı fərq, aşağı IQ-lu birinin ümumiyyətlə konsentrasiya ola bilməyəcəyi və beləcə reaksiya müddətlərinin bir təcrübə boyunca istiqrarlı (uyuşan) olmayacağıdır. Onların İQ göstəriciləri yüksək insanlarınkından daha fərqlidir” “Doğurdanmı? Bu küt insanın neronal bir sürətidir yoxsa vəzifəyə fokuslanması daha çətin olmasıdır?” Flynn dedi. Digər faktorların da önəmli rol oynadığını sözlərinə əlavə etdi. Məktəbli uşaqlar üzərindəki araşdırmada, Hong Kong uşaqlarının reaksiya müddəti testlərində İngilis uşaqlarından daha sürətlidirlər.

 

Flynn, Çinli uşaqların İngilislərdən daha ağıllı olduğu mənasını verən nəticələri oxuya bilərsiniz. Ya da bəlkə də Çinli uşaqlar, Britanlardan daha çox risk daşıyırlar. Şad xəbər Woodley və yoldaşları doğrudursa, insan zehni daha az məhsuldar hala gəlsə belə, bir cür əcaib bir enişə məhkum deyil. Norveç ve İsveç, daha az təhsilli və IQ-lu şəxslərin daha çox uşağa sahip olması qanununda istisnadırlar. Hər iki ölkə də sinif fərqləri azdır və doğum idarəsi asandır. Dünyanın bir çox yerində IQ balı hələ artarkən, ətraf olabiləcək genetik problemləri qızışdırır kimi görünür. “Görünüşə görə genlərimizin sərhədlərini hələ kəşf etmedik” Flynn deyir

 

Mənbə : www.livescience.com

Hazırlayan: Sübhan Quliyev

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin