“Interstellar”(Ulduzlararası) filmi və qara dəliklər

0

2014-cü ildə bir çox rekordlar qıran Interstellar (Ulduzlararası) filmi akademik məqaləsini “Classical and Quantum Gravity”də yayımlayıb. Kaliforniya Texnologiya Institutundan nəzəriyyəçi fizik Kip filmdə gösterilən soxulcan dəliklərinin və qara dəliklərin mümkün olduqca gerçək olması üçün Londonda xüsusi effekt şirkəti “Double Negative” ilə birlikdə çalışıb.

Tornun (Thorne) irəli sürdüyü fiziki bərabərlikləri istifadə edərək xəyali bir qara dəliyin səbəb olduğu əyri fəza zaman boyunca irəliləyən milyonlarla işıq şüasının yollarının xəritəsini çəkdilər. Bundan əlavə Oskar mükafatına namizəd olan effektlərilə, Torn ve effekt qrupu, eyni zamanda gözlənilməyən bəzi fiziki vəziyyətləri da ortaya çıxardı. Məsələn, çox sürətli fırlanan qara dəliyə yaxın bir müşahidəçinin qara dəliyin “kölgəsinin” sərhədləri xaricində ulduzların birdən artıq görüntüsünü görə bilməsi kimi.

Fırlanan ağırlıq fəza zamanı; işıq şüalarını əyərək öz ətrafında  dəfələrlə dönməsilə yaranan bir girdabın içərisinə çəkməsi birdən çox görüntünün əmələ gəlməsinə səbəb olur. Turbulensli fəza zaman qara dəliklərin arxasında ulduz sahələrini necə bükdüyünü şəkildə görürsünüz. Xəyali bir müşahidəçi qara dəlik ətrafında hərəkət etdikcə turbulensli fəza zamanın davamlı olaraq tək-tək ulduzların görüntülərini ortaya çıxardığını və məhv etdiyini görə bilir. Çoxlu görüntü effekti qara dəliyin yalnız fəza zaman müşahidəçiyə doğru süründüyü tərəfdə müşahidə oluna bilər.

Mənbə:

Oliver James, Eugénie von Tunzelmann, Paul Franklin, Kip S Thorne. Gravitational lensing by spinning black holes in astrophysics, and in the movieInterstellar. Classical and Quantum Gravity, 2015; 32 (6): 065001 DOI:10.1088/0264-9381/32/6/065001 Kaynak: Daniel Clery, “Science inspired Interstellar, and film now returns the favor”,

http://news.sciencemag.org/physics/2015/02/science-inspired-interstellar-and-film-now-returns-favor

https://bilimfili.com/interstellar-yildizlar-arasi-filmi-kara-deliklere-isik-tutuyor/

Redaktə etdi: Lalə Yusifova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin