IPhone X-Applenin yeni texnologiyası yoxsa Samsungun ögey qardaşı?

0

IPhone X-Applenin yeni texnologiyası yoxsa Samsungun ögey qardaşı?

12 sentyabr tarixində Apple ilk IPhone’nin tanıdılmasının 10-cu ilinə özəl IPhone X-i tanıtdı. Bir çox yeniliklə gəldi və bunları sıralamaq, özəllikləri ilə bağlı izah vermək istərdim.

1.FaceID

Apple telefonlarda IPhone 5S ilə gələn TouchID-yi, yəni barmaq izi ilə açılan telefon örnəklərini artıq tarixə saldı və Samsunq şirkətinin öncəlik etdiyi üz ilə telefon açma üzrə olan karvana qoşuldu. Barmaq izi ilə telefon açmada olan səhv ehtimalı 50 mində 1-dir, fəqət FaceID bu səhv ehtimalını 1 milyardda 1-ə endirib. Bəli, bu telefon 1 milyardda 1 dəfə səhv edir. Daha doğrusu IPhone tanıdan Fill belə dedi. Samsung tərəfindən bu barədə bir məlumat yoxdur. Ən maraqlısı isə bəzən həsrət aparılan tək düymə olan həm də TouchID kimi istifadə etdiyimiz düymə və sonradan dəyişərək toxunma çalışan ingilislərin deyişi ilə “Home”, bizim dildə isə ev. Məntiq etibarilə ev düyməsi artıq yoxdur. Onu əvəz edəcək reflekslər əlavə ediblər. Apple FaceID texnologiyasını aldatmamaq üçün  bir çox çalışmalar edib və üstün özəlliyi isə sizin üzünüzdəki 30 mindən çox əzələyə fikir verməsi kimi incəliklər vardır. Daha incəlikləri IPhone X testlər zamanı öyrəniləcək.

  1. OLED Display

Samsungun uzun illərdir istifadə etdiyi AMOLED ekran texnologiyasının ümumi versiyası olan OLED-i artıq Apple istifadə etməyə başladı ki, buna da bir çox insan “Nəhayət ki, gəldi yoxsa Samsungu kim dayandırar” deyə kinayəli bir mövqedən yanaşırlar. Bəs əvvəl nə idi? Cavab: LCD

IPS panel kimi də vurğulansa da eyni kök sistemə malik olan, bütün ekrana işıq verən bir ekran panel texnologiyasıdır. AMOLED-dən daha qalıb, daha çox enerji istifadə edən, daha az rəng dolğunluğu verən bir ekrandır. Qısa desək ” Active Matrix” texnologiyasından istifadə edən Samsung ekranın qara hissələrini işıqlandırması üçün enerji istifadə etməyən bir texnologiya istifadə edir. IPhone 8 ekranı qara rəng üçün enerji xərcləsə də AMOLED bunu etmir.

 

  1. Wireless charging

Bəli, artıq IPhone-də var. Samsungun neçə illərdir təqdim etdiyi texnologiya artıq şüşə örtüyün tətbiqi ilə IPhone X, 8 və 8 Plus-a da tətbiq edildi. Bu sevincidir ki, insanlar artıq cihazlarının batareyalarını daha rahat doldura biləcəklər. IPhone telefonları bu cihazla batareyasını doldurmaq ayrı bir incəlik qatsa da, bu hal sizin gündəlik istifadənizin yarıda qalması demək olar. Düşünmürəm ki, kimsə yanında bu cihazı aparsın. Deyəsən hələ bir müddət daha IPhone  istifadəçiləri adapter ilə gəzəcəklər.

  1. A11 Bionic platformu

A10X Applenin tətbiq etdiyi IPad Pro 10.5 və IPad Pro 12.9 planşet modelləri ilə artıq bir çox dizüstü bilgisayarlardan (laptop) daha sürətlidir və Tim Cook deyirdi ki, artıq hər işimi IPad ilə görürəm və bu yaxşıdır. Məntiqi nəticəsi belədir. Tək çəkirdəkdə Geekbench proqramında indiyə qədər olan ən yüksək 4 min civarlarında xal toplayır ki, bu da inanılmaz bir təcrübədir. Zatən IOS sistem etibarilə çox RAM istifadə etməyən bir sistem idi, ancaq bu RAM tələbatına bir sonrakı hissədə toxunacağam.

  1. Artdırılmış gürçəklik

Artıq evinizin dizaynını IPhone ekranına baxaraq edə biləcəksiniz. Belə ki, bu texnologiya VR Box ilə bir çox insanın heyətinə səbəb olan texnologiyaları dəstəkləməyi özündə toplayır.  Tanıtmada oynanılan oyun isə artıq yerimizdə dayanaraq oyun oynamaq dövrünün bitdiyini göstərir. Bu texnologiya qloballaşmağa doğru gedir, ancaq hələlik bu tarixdən uzaqlardayıq. Yuxarıda gördüyünüz fotoda sağ tərəfə diqqət edin və siz orada stolun üzərində heç nə görməyəcəksiniz. Belə ki, artıq yerimizdə dayanaraq oyun oynama dövrü bitdi deyə bilərik. Qeyd olunun oyunda siz məcburən hərəkət etməlisiniz. Bundan əlavə kənardakılar sizə qəribə insan kimi tanıya bilər. Bu texnologiya əksəriyyət tərəfindən qəbul olunana qədər azacıq eytiyyatlı olun yoxsa məzəli zarafatlara mənbə olan IPhone X kimi olarsınız 🙂 .

  1. LTE-ADVANCED, Bluetooth 5.0 texnoliyaları

Bu texnologiyalar isə daha sürətli internet və daha sürətli bluetooth deməkdir. Bir öncəki texnologiyaların gelişdirməsi olaraq təqdim edilir.

  1. Yeni həyat tərzi yoxsa…

Applenin övərək bitirə bilmədiyi FaceID texnologiyasını illər öncə 2011-ci illdə Samsung Nexus cihazlarla tətbiq etmişdi, bu versiya isə daha da inkişaf etdirilmiş versiyasıdır. Ümumiyyətlə Applenin təqdim etdiyi bütün texnologiyaların əvvəllər tətbiqi görə bilərik. Burada Samsung öncəlik edir.

Qısa olaraq bir çox insanı maraqlandıran mövzulara toxunmağa çalışdım. Xoş günlər…

Mənbələr:

  1. http://www.hurriyet.com.tr/iphone-xin-android-telefonlardan-caldigi-ozellikler-40584392

2. http://www.hurriyet.com.tr/iphone-x-ve-iphone-8-geldi-fiyatlar-turkiyede-oyle-bir-dustu-ki-40577185

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin