İqtisadiyyatın 10 Prinsipi – İnsanların qarşılıqlı təsiri

0

Əvvəli bu keçiddə – İqtisadiyyatın 10 prinsipi

İqtisadi nəzəriyyənin nəzərdən keçirdiyimiz ilk 4 prinsipi fərdin qərarları qəbul etməsinin əsasında durur. Lakin qəbul etdiyimiz bir çox qərarlar təkcə bizim deyil, başqa insanların da həyatına təsir göstərir.  Növbəti 3 prinsip insanların bir-birinə qarşılıqlı təsirinə aiddir.

Prinsip 5. Hər kəsin xeyrinə ticarət

Yəqin ki, yapon kompaniyalarının dünya bazarında ABŞ istehsalçılarının əsas rəqibi olması barədə məlumatları eşitmisiniz. Bəzi hallarda bu, həqiqətən də belədir, axı ABŞ və Yaponiya firmaları çoxlu eyni tipli əmtəələr istehsal edirlər. Ford və Toyota avtomobil bazarında alıcılara görə mübarizə edir,  Compaq və Toshiba isə fərdi kompüterlər bazarında rəqabət aparır.
Lakin ölkələr arasındakı rəqabət çox mürəkkəb bir hadisədir. ABŞ və Yaponiya arasında ticarət bir tərəfin mütləq qalib gələcəyi, digərinin isə labüd olaraq məğlub olacağı idman yarışı deyil. Tamamilə əksinə olaraq, bu,  hər iki tərəfin xeyrinədir.
Bunun niyə belə olduğunu başa düşmək üçün ticarətin ailənizə necə təsir etdiyini nəzərdən keçirək. Bacınız və yaxud qardaşınız iş axtardıqda. onlar digər ailələrin üzvləri ilə rəqabət aparırlar. Ailələr müxtəlif əmtəələr satın aldıqda. öz aralarında rəqabət aparırlar. ona görə ki. hər ailə məhsulu ən aşağı qiymətə almağa cəhd göstərir.

Əgər ailəniz özünü «cəmiyyətin digər özəklərindən» təcrid etməyə cəhd göstərirsə,  bu zaman o, nə qazanacaq? Siz atanızın taxıl əkib, əkinçiliklə məşğul olmasına, ananızın yemək hazırlamasına, bacınızın bütün ailə üçün geyim tikməsinə, özünüzə isə alətlərin hazırlanmasının həvalə olunmasına, bütün ailənizin isə birlikdə evin tikintisində iştirak etməsinə necə baxırsınız? Aydındır ki, məhsul və xidmətlərin digərləri ilə mübadilə olunması baxımından sizin ailəniz qazanmış olur. Əmtəələrin mübadiləsi hər bir insana onun daha yaxşı bacardığı işdə – istər fermer təsərrüfatının idarə olunması, istərsə də dərzilik, yaxud ev inşaatında ixtisaslaşmaga imkan yaradır. Ticarət prosesində iştirak etməklə fərd daha ucuz qiymətlərlə daha çox sayda əmtəə və xidmətləri almaq imkanı əldə edir.

Ailələr kimi ölkələr də bir– biri ilə ticarət etmək imkanından udurlar. Ticarət onlara daha bacarıqlı olduqları sahələrdə ixtisaslaşmağa və mübadilə nəticəsində daha çox əmtəə və xidmətlər əldə etməyə imkan verir. Yaponlar, fransızlar və braziliyalılar dünya iqtisadiyyatında ABŞ–ın həm rəqibləri. həm də əməkdaşlarıdırlar.

Prinsip 6. Adətən bazar – iqtisadi fəaliyyətin təşkilinin əlverişli üsuludur

SSRİ və Şərqi Avropada kommunizmin süqutu bəlkə də son yarım əsr ərzində dünyada baş verən ən əhəmiyyətli dəyişiklikdir. Kommunist ölkələrində dövlət iqtisadi fəaliyyəti idarə edən, hansı əmtəə və xidmətləri istehsal etmək, hansı miqdarda və bu işlə kimin məşğul olacağı barədə qərarlar qəbul edən planlaşdırma mərkəzi kimi çıxış edırdi. Mərkəzləşdirilmiş
planlaşdırma yalnız dövlətin iqtisadi fəaliyyətinin bütövlükdə ölkənin çiçəklənməsini təmin edəcək səviyyədə olması haqda nəzəriyyəyə əsaslanırdı. Burada əsasən dövlətin iqtisadi maraqları daha üstün idi.

Bu gün iqtisadiyyatları mərkəzləşmənin yüksək həddi ilə fərqlənən bir çox ölkələr bu sistemdən imtina etmişlər və bazar təsərrüfatının əsaslarını yaratmağa çalışırlar. Bazar iqtisadiyyatında  planlaşdırma mərkəzinin qərarları milyonlarla firma və təsərrüfatlarının  qərarları ilə əvəz olunur. Kampaniyalar kimi işə götürmək və nəyi istehsal etmək barədə qərarları yalnız özləri qəbul edirlər. Ev təsərrüfatları öz üzvlərinin hansı firmalarda işləməsi və onların gəlirlərindən necə istifadə etmək barədə qərarları  qəbul edirlər. Firma və ev təsərrüfatları  bazarında qarşılıqlı əlaqəli qərarların qəbul olunmasınşn əsasında qiymətlər haqda informasiya və şəxsi maraq durur.
İlk baxışdan bazar iqtisadiyyatımn müvəffəqiyyətləri təəccüb doğurur. Bəzən elə görünə bilər ki, şəxsi maraqları olan milyonlarla ev təsərrüfatları və firmalar tərəfindən qərarların qeyri–mərkəzləşdirilmiş surətdə qəbul olunması mütləq hərc–mərcliyə gətirib çıxaracaqdır. Lakin əslində, bazar iqtisadiyyatının iqtisadi fəaliyyəti səmərəli təşkil etməsi və bunun da iqtisadi çiçəklənməyə gətirib çıxarması üzə çıxdı.

1776–cı ildə məşhur şotlandiyalı Adam Smit «Xalqların sərvəti» kitabında iqtisadi nəzəriyyənin məşhur müddəasını ifadə etmişdir: ev təsərrüfatları və firmalar bazarda qarşılıqlı əlaqədə olaraq sanki «görünməz əl» vasitəsilə idarə olunurlar və bu əl onları arzuolunan bazar nəticələrinə gətirir . Kitabın məqsədlərindən biri də bazarın «görünməz əl» sehrli mexanizmini hissələrə ayırmaqdan ibarət idi.  Qiymət həm əmtəələrin cəmiyyət üçün dəyərini, həm də onların istehsalına çəkilən ictimai xərcləri əks etdirir. Beləliklə,ev təsərrüfatları və firmalar alış və satış barədə qərarlar qəbul etdikdə, ilk növbədə. qiymətlərə istiqamətlənirlər, onlar özləri də bilmədən öz fəaliyyətlərinin sosial fayda və məsrəflərini qiymətləndirirlər. Sonda alınan nəticə bir çox hallarda bütövlükdə cəmiyyətə maksimal fayda gətirmiş olur.

Digər mühüm nəticə aşağıdakından ibarətdir: qiymətlərin tələb və təklifin səviyyəsinə təbii uyğunlaşmasına təsir etməyə cəhd göstərdiyi hallarda dövlət iqtisadiyyatın əsasını təşkil edən milyonlarla ev təsərrüfatları və firmaların qarşılıqlı əlaqəsinin koordinasiyasına mane törətmiş olur. Dövlətin qiymətlərə nəzarət etməsi daha çox zərər gətirir. Yuxarıda göstərilənlərin hamısı kommunizmin süqutunun iqtisadi səbəblərini izah edir. Kommunist ölkələrdə qiymətlər bazarla müəyyən edilmir, mərkəzi plan orqanı tərəfindən diqtə edilirdilər. Sonuncu isə azad bazar qiymətlərini özündə əks etdirmək və təhlil etmək imkanına malik deyildi. Mərkəzləşdirilmiş planlaşdırma ona görə süquta uğradı ki, hökümət iqtisadiyyatı “görünməz əl” siz idarə etməyə çalışırdı.

Prinsip 7. Bəzən dövlət bazara müsbət təsir etmək imkanına malik olur

Adətən, bazar iqtisadi fəaliyyətin təşkilini çox səmərəli koordinasiya edir, lakin bu qaydadan bəzi mühüm kənaraçıxmalar mövcuddur. Dövlətin iqtisadiyyata müdaxiləsi iki səbəbdən məqsədyönlüdür: bu səmərəliliyin və bərabərliyin təmin olunmasına yönəldilirsə, yəni dövlət proqramlarının əsas məqsədi ya «iqtisadi piroqunhəcminin artırılmasından, ya da onun bölüşdürülməsi üsulunun dəyişdirilməsindən ibarət olursa. “Görünməz əl” adətən, bazarı resursların daha səmərəli bölgüsünə gətirib çıxarır. Lakin bəzən müxtəlif səbəblərə görə “görünməz əl” işləmir. Bazarın öz–özünə resursları səmərəli bölüşdürmək iqtidarında olmaması vəziyyətini təsvir edərkən iqtisadçılar «bazarın müvəffəqiyyətsizllyi (iflas)» terminindən istifadə edirlər. Bazarın müvəffəqiyyətsizliyi hallarından biri də xarici effektlərdir.

Xarici effektlər (ekstremal hallar) adı altında bir insanın fəaliyyətinin digərlərinin rifahına təsiri başa düşülür, Xarici məsrəflərə klassik misal ətraf mühitin çirklənməsidir. Əgər kimya zavodu atmosferə buraxılan zəhərli maddələrin təmizlənməsi üzrə xərcləri öz üzərinə götürməkdən imtina etsə o, ətraf mühitə böyük ziyan vurmuş olacaqdır. Bu halda dövlət ekoloji sahədə münasibətləri tənzimləyən qanunvericiliyin köməyilə cəmiyyətin iqtisadi rifahını yaxşılaşdırmaq imkanına malikdir. Xarici faydaya klassik misal biliklərin yaradılmasıdır. Alim mühüm bir kəşf etdiyi zaman bütün insanların istifadə edə biləcəyi mühüm resurs yaradır. Bu halda dövlət elmin maliyyələşdirilməsi vasitəsilə cəmiyyətin iqtisadi rifahının yaxşılaşdırılması imkanını əldə edir.

Redaktə etdi: Ziya Mehdiyev

Mənbə : Qreqori Menkyu – Ekonomiksin Prinsipləri – (ABŞ, 2001) səh. 29-34

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin