İqtisadiyyatın 10 prinsipi – Qərarlar necə qəbul olunur?

1

İqtisadiyyat yunan sözü olan “ekonomika” sözündən götürülüb, mənası “ev təsərrüfatlarının idarə edilməsi” deməkdir. İlk baxışdan ev təsərrüfatı və iqtisadiyyat fərqli anlayışlar kimi görünə bilər, lakin diqqət yetirsək, onların arasında oxşar cəhətlərin çox olduğunu müşahidə edərik.
Ev təsərrüfatlarında bir çox qərarların qəbul olunması zəruriyyəti ilə qarşılaşırıq.
Məsələn, ailə üzvlərinin hər birinin yerinə yetirməli olduqları vəzifələr var və bu bunun əvəzində onlar nələrsə əldə edirlər. Kimisi paltar yuyur, kimisi yemək bişirir, kimisi səyahətin hara olacağı barədə qərar verir və s. Qısaca olaraq desək, ailə üzvlərinin iş, imkan və arzularını nəzərə alaraq, onların arasında məhdud resursları bölmək məcburiyyətində qalırıq.

Ev təsərrüfatı kimi , cəmiyyət də çoxlu sayda qərarların qəbul olunması zəruriyyəti ilə qarşılaşır. Əvvəlcə hansı məsələlərin həll edilməsi və bu işlərin kimə tapşırılması barədə cəmiyyət qərar qəbul etməlidir. Cəmiyyətin fermerlərə, paltar tikənlərə, kompüterlər üçün proqram təminatı hazırlayanlara və s. peşə sahibərinə ehtiyacı vardır. Əgər cəmiyyət müxtəlif işlərin icrası üçün insanları bölüşdürürsə, deməli o, istehsal olunan əmtəə və xidmətlərin müəyyən proporsiyalarda bölüşdürülməsini də həyata keçirməlidir.

Cəmiyyətin resursları idarə etməsi məsələsinin vacibliyi onların məhdudluğu ilə müəyyən edilə bilər. Məhdudluq o deməkdir ki, cəmiyyət müəyyən həcmdə resurslara malikdir və buna görə də insanların malik olmaq istədikləri bütün əmtəə və xidmətləri istehsal edə bilmir. Ev təsərrüfatının ailənin hər bir üzvünə arzu elədiyini vermək imkanı olmadığı kimi cəmiyyət də hər bir üzvünə onun can atdığı yüksək həyat səviyyəsini təmin edəcək bir iqtidarda deyil.

Ekonomiks (İqtisadiyyat) – Cəmiyyətin onun sərəncamında olan məhdud resurslardan necə istifadə etməsi haqqında elmdir.

Cəmiyyətin resursları bir planlaşmış mərkəzdən deyil, milyonlarla ev təsərrüfatı və firmaların birgə səyləri ilə bölüşdürülür. Beləliklə iqtisadçıların əsas vəzifəsi insanların qərarlar qəbul etməsi prosesinin öyrənilməsindən ibarətdir: onlar nə qədər işləyir, nə qədər maaş alır, əmanətləri necə toplayır və əldə olunan vəsaitləri hara qoyurlar? İqtisadçılar bunların nəticəsində bütövlükdə iqtisadiyyata təsir edən amilləri və meylləri təhlil edirlər: orta gəlirin artımı, iş tapa bilməyən əhalinin hissəsi və qiymətlərin artım tempi.

İqtisadi nəzəriyyə çoxşahəlidir, lakin onu birləşdirən bəzi əsas ideyalar var. Hazırda biz iqtisadiyyatın 10 prinsipini nəzərdən keçirməklə ekonomiksin (iqtisadiyyatın) nədən ibarət olması haqqında təsəvvür yaratmağa çalışacağıq. Bu 10 prinsip isə öz növbəsində 3 hissəyə bölünür:
1. Qərarlar necə qəbul olunur? (1-4 prinsiplər)
2. İnsanların qarşılıqlı təsiri (5-7 prinsiplər)
3. İqtisadiyyatın bütövlükdə fəaliyyəti (8-10 prinsiplər)

Bu yazımızda Qərarların necə qəbul olunması haqqında danışacağıq. (1-4 prinsiplər). Digər 6 prinsip isə növbəti yazılarımızda hissə-hissə olaraq veriləcəkdir.

Prinsip 1 – İnsan Seçir
İnsan ona zəruri olan bir əşyanı əldə etmək üçün adətən bu əşyadan az dəyərli olmayan digər əşyadan imtina etməyə məcbur olur. Qərarların qəbul olunması bir məqsədin digərinə qarşı qoyulmasını labüd edir.

Ən dəyərli resursunun – vaxtının bölüşdürülməsi problemini həll edən tələbəni təsəvvür edək. O, bütün vaxtını evdə iqtisadiyyat dərsliyinin oxunmasına, ya fəlsəfənin öyrənilməsinə , ya da bu iki elmin öyrənilməsinə sərf edə bilər. Bir saatı tədris proqramının hər hansı bir fənninin öyrənilməsinə sərf etdikdə, o, digər sahədə biliklərinin artırılmasına istifadə edə biləcəyi 60 dəqiqəni itirmiş olur. Təhsilə sərf edəcəyi hər saatı o, velosipedlə gəzintiyə çıxmağa, televizora baxmağa və yaxud işləməyə sərf edə bilər.
Digər bir misal kimi, onun valideynlərinin həll etməli olduqları ailə
gəlirlərinin bölüşdürülməsi problemini göstərə bilərik. Onlar bu gəliri yeməyin təzə geyimin, ya da turist gəzintisinə sərf edə bilərlər. Bəlkə də, valideynlər gəlirin müəyyən hissəini «qara gün» üçün saxlamaq, ya təqaüdə əlavə etmək, ya da uşaqların təhsilinə yönəltmək barədə qərar qəbul edəcəklər. Əgər onlar əlavə hər dolları bu məqsədlərin hər hansı birinə yönəltmək barədə qərar qəbul edirlərsə, digər dəyərlərin əldə olunmasına istifadə oluna biləcək pulların dəyəri həmin bir dollar qədər azalır.
Cəmiyyətin həlli yollarını tapmaq məcburiyyətində qaldığı digər
məsələ səmərəlilik və bərabərlik arasında seçim məsələsidir. Səmərəlilik dedikdə, məhdud resurslardan istifadədən cəmiyyətin maksimum mümkün nemətləri əldə etməsini başa düşürük. Bərabərlik o deməkdir ki, əldə olunan nemətlər cəmiyyətin bütün üzvləri arasında bərabər bölüşdürülür.
Başqa sözlə desək , səmərəlilik iqtisadi piroq, bərabərlik isə onun hissələrə bölünməsi üsuludur. Dövlətin siyasəti dəyişdikdə, çох vaxt səmərəlilik və bərabərlik bir-biri ilə ziddiyyətdə olur.

Prinsip 2. Xərclər arzu olunanların əldə edilməsi üçün imtina edilənlərdən ibarətdir
İnsan tərəfindən dərk edilmiş qərarların qəbul edilməsinin seçim zəruriliyi fəaliyyətin alternativ variantlarının – xərclərinin və nemətlərinin müqayisəsini tələb edir. Lakin bir çox hallarda xərclər ilk baxışdan göründüyü kimi aşkar deyildir.
Misal üçün, ali məktəbə daxil olmaq barədə abituriyentin qərar qəbul etmə prosesini nəzərdən keçirək. Onun əldə edəcəyi xeyir, yəqin ki,
intellektual zənginləşmədən və yaxşı iş əldə etmək perspektivindən ibarətdir. Lakin xərclər nədən ibarətdir? Təhsilə, dərsliklərə, yataqxanadakı otağa qidalanmaya görə o, müəyyən məbləğdə pul ödəməli olacaq  və bunlar bir neçə il təhsilə görə tələbənin imtina edəcəklərinin hamısı deyil.
Alternativ xərclər (itirilmiş imkanların xərcləri) –arzu olunanların əldə edilməsi üçün imtina edilənlərdən ibarətdir. İstənilən qərarın qəbul edilməsi (məsələn, ali məktəbə daxil olmaq haqda qərarın qəbul edilməsi) fəaliyyətin hər bir variantının itirilmiş imkanların alternativ xərclərinin dərk edilməsini tələb edir. Kollecdə təhsil alanlar çox yaxşı dərk edirlər ki, onların alternativ xərcləri (professional idmanda onlar milyonlarla dollar qazana bilərdilər) çox yüksəkdir. Məsələn, təhsildə qiymətlərinin yüksək olmasına baxmayaraq Amerika universitet basketbolunun ulduzu Kobi Brayant kolleci atıb, professional milli basketbol assosiasiyasının komandalarının birinə keçmək qərarına gəlmişdi. Bu, təəccüblü deyil , çünki ona 4 il ərzində 10 milyon dollara yaxın məbləğdə müqavilə bağlamağı təklif etmişdilər.

Prinsip 3. Ağıllı insan son həddə dəyişikliklər terminlərini də fikirləşir
Hər gün rastlaşdığımız problemlərin həlli həmişə bir–birini tam inkar edən xarakterə malik deyil. Məsələn, nahar vaxtı siz tamamilə yeməkdən imtina etmək və ya qazandakı bütün yeməyi yemək arasında seçim etmirsiniz, sadəcə olaraq qərara alırsınız ki, bir-iki qaşıq artıq yemək olar, ya yox.
İqtisadçılar bu dəyişiklikləri son hədd dəyişiklikləri adlandırırlar.
Fərz edək ki, 200 yerlik təyyarənin bütün ölkə ərazisi boyunca uçuşu kompaniyaya 100.000$–a başa gəlir. Bu zaman bir yerə görə xərclər 100.000/200 = 500$-a barabər olacaq. Fərz edək ki, təyyarədə 10 boş yer qalıb, qeydiyyat şöbəsinin yanında isə biletə görə 300 $ verə biləcək sərnişin dayanıb Aviakompaniya ona bilet sata bilərmi? Mütləq satmalıdır. Əgər təyyarədə boş yerlər qalmışdırsa, daha bir sərnişinin uçuş xərcləri ilə bağlı məsrəflər çox cüzi olacaqdır. Bir sərnişinin uçuşuna görə orta məsrəflər 500$ olsa da, əlavə müştərinin uçuşuna görə son həddəki məsrəflər onun yediyi bir qutu yemək və içdiyi bir qab suyun dəyərindən çox olmayacaq . Nə qədər ki sərnişin bilətə görə son hədd məsrəflərini aşmayan məbləğ ödəyir, bilet satışı aviakompaniyaya gəlir gətirir .

Prinsip 4. İnsan stimullara reaksiya verir.

İnsanın qəbul etdiyi qərarlar adətən mümkün olan xeyir və məsrəflərin müqayisəsinə əsaslandığı üçün onlar arasındakı nisbətin dəyişməsi də şübhəsiz, şəxsin qərarlarına təsir göstərəcək. Beləliklə, insan stimullara reaksiya verir. Məsələn, almanın qiyməti qalxdıqda, o, alma yox, armud almaq qərarını qəbul edə bilər, ona görə ki, alma daha baha başa gəlir. Dövlət adamları stimulları heç vaxt yaddan çıxarmamalıdırlar, ona görə ki, bir çox siyasi qərarlar əhalinin gəlir və xərclərinin həcminə təsir göstərir, beləliklə də vətəndaşların davranışlarını dəyişdirmiş olurlar. Məsələn, benzinə vergilərin qaldırılması insanları daha qənaətcil avtomobilləri almağa vadar edir. Bundan başqa, bu tədbir ictimai nəqliyyatdan istifadəni və hər gün şəxsi avtomobildə şəhərin dıgər başına getmək əvəzinə, ış yerinə yaxın yaşayış yerinin axtarışını stimullaşdırır. Dövlət xadimləri qəbul etdikləri qərarların inamların davranışlarına təsir göstərən stimullara təsirini düzgün qiymətləndirmək iqtidarında olmadıqda, ilkin gözlənilənlərdən tamamilə fərqlı nəticələr əldə edə bilərlər.
Heç olmasa, ABŞ-da avtomobil təhlükəsizlik kəmərləriııin tətbiqi proqramını yada salaq 1950-ci illərdə onlar populyar deyildilər, lakin indi təhlükəsizlik kəmərləri hər bir avtomobildə mövcuddur. Nə üçün? 1960-cı illərin sonunda avtomobillərin təhlükəsiz idarə edilməsinə dair problemləri nəzərdən keçirən Ralf Neyderin <İstənilən sürət təhlükəlidir> adlı kitabı cəmiyyətin diqqətini özünə cəlb etmişdi. ABŞ konqresi bu problemlərə avtomobil istehsalçılarından sərnişinlərin təhlükəsizliyini artıran müxtəlif elementlərin istifadəsini tələb edən xüsusi qanunların qəbul olunması ilə cavab verdi, buraya bütün yeni avtomobillərin standart təchizatı dəstinə daxil edilən həmin kəmərlər də aid edildi. Təhlükəsizlik kəmərləri haqda qanun sərnişinlərin və sürücülərin təhlükəsizliyinə necə təsir göstərdi? Birbaşa əlaqə aşkardır. İnsanların əksəriyyəti bütün avtomobillərdə olan təhlükəsizlik kəmərlərindən istifadə edirlər. Deməli, qəza zamanı onlardan çoxu yalnız cüzi xəsarətlər alırlar. Bu baxımdan, təhlükəsizlik kəmərləri çoxlu insan həyatını xilas etmiş olur.

Lakin belə nəticə, mövcud vəziyyəti tam aydınlıqla əks etdirmir. Bu qanunun təsirini tam qiymətləndirmək üçün onu etiraf etmək zəruridir ki, insanlar qarşılaşdıqları stimullara cavab olaraq, öz davranışlarını dəyişdirirlər. Bu halda, uyğun davranış sürücülərin avtomobilləri nə dərəcədə ehtiyatla və hansı sürətlə idarə etməsindən ibarətdir. Avtomobili nə dərəcədə ehtiyatla idarə etmək barədə qərar qəbul etdikdə təmkinli insan təhlükəsiz idarəetmənin gətirdiyi son həddəki faydanı son həddəki məsrəflərlə müqayisə edir.

İndi isə təhlükəsizlik kəmərlərindən istifadə olunması barədə qanunun düşünən sürücü tərəfindən fayda və məsrəflərin qiymətləndirilməsinə necə təsir etdiyini nəzərdən keçirək. Xəsarətalma və ölüm hallarının ehtimalı azaldığı üçün təhlükəsizlik kəmərləri avtomobil qəzalarının məsrəflərini azaldır, eləcə də yavaş və ehtiyatla idarə etmənin faydası da azalır. İnsan təhlükəsizhk kəmərlərindən istifadəyə avtomobili idarə etmə şərtlərini təkmilləşdirən vasitə kimi baxaraq, təhlükəsizlik kəmərlərinə sürəti artırmaq və dəlisov sürməklə reaksiya verir. Beləliklə, təhlükəsizlik kəmərlərindən istifadə olunması barədə qanunun son nəticəsi avtomobil qəza hallarının çoxalmasmdan ibarət olur.

Avtomobil qəzaları nəticəsində ölüm hallarının sayma qanun necə təsir göstərir? Təhlükəsizlik kəmərlərindən istifadə edən sürücülərin qəza zamanı sağ qalmaq şansı daha çoxdur lakin məhz onlar daha çox yol–qəza hadisələrinin iştirakçılarına çevrilirlər Nəticədə son səmərə birmənalı deyil. Bundan əlavə, riskli idarəetmə piyadalara tam əks təsir göstərir (eləcə də təhlükəsizlik kəmərlərini bağlamayan sürücülərə) Onlar böyük təhlükəyə məruz qalırlar, ona görə ki təhlükəsizlik kəmərləri ilə müdafiə olunmadıqları üçün daha tez-tez yol-qəza hadisələrinə rast gəlirlər. Beləliklə, təhlükəsizlik kəmərlərindən istifadə alınması barədə qanun yol-qəza hadisələrinə düşən piyadaların sayının artmasına gətirib çıxarır.

Ola bilər ki, stimulların və təhlükəsizlik kəmərlərinin müzakirə olunması sizə qəribə görünə bilər. Lakin iqtisadçı Sem Pelçman 1975–ci ildə dərc etdirdiyi məqaləsində təhlükəsizliyin artırılması barədə qanunun doğrudan da, gözlənilməz nəticələrə gətirib çıxardığını göstərdi: onun qəbul olunması nəticəsində qəza zamanı ölüm hallarının sayının azalması ilə yanaşı, eyni zamanda yol-qəza hallarının sayı artmışdır. Son nəticə sürücülər arasında ölüm hallarının azacıq azalması və ölən piyadaların sayının artmasından ibarətdir. Sem Pelçmanın təhlili insanların stimullara reaksiyasının ümumi prinsipinə yalnız bir misal ola bilər. İqtisadçıların öyrəndikləri bir çox stimullar nəzərdən keçirdiyimiz təhlükəsizlik kəmərlərindən istifadə olunması barədə qanunla bağlı olduğundan, daha da aşkardır. Məsələn, avropalıların mühərrikinin gücü daha az olan avtomobillərə üstünlük verməsi heç kəs üçün təəccüblü deyil, ona görə ki, benzinə vergi Avropada ABŞ-dakından daha yüksəkdir. Lakin təhlükəsizlik kəmərlərinə aid misaldan göründüyü kimi, sosial proqramların qəbul olunmasının nəticələri heç də birmənalı deyil. Əgər proqram stimulların mövcud sistemini dəyişirsə, bu zaman insanların davranışında da mütləq dəyişikliklər baş verir.

Mənbə: Qreqori Menkyu – Ekonomiksin Prinsipləri (ABŞ, 2001) səh.21-28

 

Redaktə etdi: Ziya Mehdiyev

Müəllif: Tofiq Cəfərov

1 ŞƏRH

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin