İrqlərin mövcud olmamasının genetik və arxeoloji səbəbləri

0

Son yazım İrqlərin mövcud olmamasının bir digər səbəbi (İng.) adlı yazım olduqca maraqla qarşılandı. Bu səbəblə eyni mövzu üzərində davam etməliyəm deyə düşündüm. Əvvəlki kimi, ictimai irq olaraq adlandırılacaq, insanları görünüşlərinə və ya atalarına baxaraq və ya digər bəzi sosial-mədəni və bioloji irq xüsusiyyətlərinə görə sinifləndirən irq terminini istifadə edib aralarındakı fərqi ifadə edərək yazıma başlayacağam. Açıq ifadə etmək lazım olsa təəssüf ki ictimai irqlər, təsnifatın irqi sistemləri bir mədəniyyətdən digərinə fərqli olsa da vardır və ictimai irqlər, fərqli olaraq təsnif edilmiş qrupların bənzər olmayan davranışlarını təməl alaraq formalaşdırılır.

 

Bu fərqlərin tapılması üçün bir çox səbəb var. Təxminən yarım əsrdir, sahələrində mütəxəssis olan bioloji Antropoloqlar və təkamül bioloqları arasındakı bir konsensusa görə insan növləri içərisində bioloji irqlər yoxdur. Elmi konsensus, insan növlərinin gerçək tarixini sənədləşdirən arxeologiya və genetikanın qarşı çıxılamaz və yaxın dəlillərindən qaynaqlanmaqdadır.

 

Anatomik olaraq müasir insanlar, əvvəlki formalardan fərqliləşmiş olaraq təxminən 200.000 il əvvəl Şərq Afrikadan gəldi. Başlanğıcda az olan sayları getdikcə artdı, lakin, bəlkə də İndoneziyadakı Toba volkanının partlamasını təqib edən qlobal bir iqlim fəlakətinin nəticəsi olaraq təxminən 70.000 il əvvələ yaxın bir zamanda sayları azaldı. İnsan təkamülündəki bu son tarixi proses, nisbətən hər vəziyyətdə genetik dəyişkənliyin böyük bir qisiminin silinib yox olmasına qədər davam etmişdi.

 

Yeni araşdırma, Afrikanın xaricinə ilk insan köçlərinin tarixlərini davamlı yenilədiyi halda, Afrikada daha sonra günümüzə qədər daha az miqdarda, onlardan az çox genetik dəyişklik alaraq ilk insanların Avrasiyadan ayrılması bu fəlakətin sonrasına qədər olmamış kimi görünür. Buna görə də, daha az dəyişkənliyə sahib olan Avrasyalılar, genetik müxtəlifliyi azaltmaq üçün 200.000 ilin üçdə birindən daha az bir zamana sahib olduğu halda, Afrikalı populasiyalar insan genetikası müxtəlifliyinin 200.000 ilini əhatə edir.

 

Təxminən 15.000 il əvvəlki bir buzlaq dövründə, dünya sularının çoxu buz halında olub okean səviyyəsi əhəmiyyətli dərəcədə aşağı idi. Bunun bir nəticəsi olaraq, bu gün Alyaskanı Sibirdən ayıran Berinq boğazı dediyimiz bir quru körpü idi. Kiçik bir insan qrupu, bu quru körpünü istifadə edərək yeni dünyanın içinə getdilər. Daha sonra Avrasiyada mövcud olan məhdud genetik müxtəlifliyin kiçik bir nisbətini özləriylə gətirdilər.

 

Beləcə, fərqli qitələr üzərindəki fərqli irqlərin sözdə varlığı yerinə bizlər əslində fərqli genetik dəyişkənliyin üç bölgəsi olduğunu görürük. İnsan genetikası müxtəlifliyinin böyük əksəriyyəti, 200.000 ildir təkamül etdiyimiz Afrikadadır. 70.000 ildən daha az təkamül etdiyimiz Avrasiyada da bəzi genetik müxtəlifliklər vardır. Və təxminən 15.000 ildir təkamül etdiyimiz yeni dünyanın yerli populasiyalarında nisbətən daha az genetik müxtəliflik vardır.

 

İnsan növləri bioloji irqlərə sahib olsaydı, hamısı Afrikada olardı. Afrikadakı bioloji müxtəlifliyi görmək asandır, məsələn Mbuti piqmeləri çox qısadır və Masailər çox uzundur. Bu bariz fərqliliklərə baxmayaraq, amerikalılar onları qara bədənə sahib olmalarından ötəri eyni ‘irk’ə aidmiş kimi sinifləndirirlər. Bu, ‘İrqin bioloji olaraq mədəni təsnifat maskalanması yolu olmasına bir nümunədir.

Hər halda yuxarıdakı müzakirədən aydın olacağı kimi, yalnız bioloji irqləri təsnif etmək üçün insanlar arasında kifayət qədər dəyişənlik yoxdur. Və bu, irqlərin olmamasının əsl səbəbidir.

 

Məqalə: Jefferson M. Fish

Mənbə: Psychology Today

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin