İşıqili bir zaman deyil məsafə ölçüsüdür

0

İşıqili bir zaman deyil məsafə ölçüsüdür. İşığın bir ildə qət etdiyi yoldur.Yəni təxminən 9.5 trilyon kilometrlik məsafəni ifadə edir. Başqa bir sözlə alimlər bir ulduz üçün 10 işıq ili uzaqdadır deyirsə, əslində nəzərdə tutduqları ulduzun 95 trilyon kilometr kənarda olduğudur.

 

   M13 ulduz qrupu

 

Günəş bizdən 150.000.000 kilometr uzaqdadır. Buna görə də Günəşdən çıxan işığın Yerə çatması təxminən 500 saniyə, yəni 8 dəqiqə 20 saniyə qədər davam edir. Ancaq daha uzaq bir cismə baxacaq olsaq, M13 ulduz qrupu (Messier 13) bizdən 25.100 işıq ili uzaqda yerləşir. Bu da təxminən 240.000.000.000.000.000 (240 katrilyon) kilometrə bərabər gəlir ki, M13 əslində kainatın böyüklüyünü düşündüyümz zaman burnumuzun dibində sayılır. Bir başqa sözlə, M13’dən çıxan bir işıq Dünyaya 25.100 il sonra çatır. Hal-hazırda 2017-ci ilin içində olduğumuz və Homo sapiens növünün orta hesabla 200.000 ildir ortada olduğu düşünülürsə nə demək istədiyimiz daha yaxşı aydın olacaq.

 

Belə böyük və çoxlu sıfırıra sahib rəqəmləri həm yazmaq, həm də dilə gətirmək bir az çətin olduğuna görə, elm adamları “xalq içində” işıq ili ölçü vahidindən istifadə etməyi seçərlər. Çünki təyin etmək və izah etmək çox asandır, “işıq belə o yolu bu qədər ildə ancaq gedə bilir” şəklində sadə izahla ifadə edilir.

 

Öz aralarında isə, “parsek” deyilən bir ölçü vahidindən istifadə edərlər. Bir parsek, 3,26 işıq ilinə bərabər gəlir. Yəni M13 25000 / 3,26 = 7668 parsek, ya da başqa bir sözlə 7,6 kiloparsek uzaqlıqdadır. Gördüyünüz kimi bu ulduz verilənlər burnumuzun dibində demişdim, yalnızca 7,6 parsek. Halbuki ən yaxınımızdakı qalaktika Böyük Magellan Buludu 58 kiloparsek uzaqlıqdadır …

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin