İtaliya Renessansının ilk toxumu: Giotto

0

Əlində kəskin uclu bir daş olan, qarşısında mümkün olduğu qədər düz bir səth və sənət naminə bir neçə kiçik balaca heyvan.

 

Bir neçə əsr ərzində dünya sənətində əhəmiyyətli olan inkişaf və dəyişiklərdən xəbərsiz bir florensiyalı rəssam Djotto (Giotto)…
Təxminən 1266-cı ildə doğulduğu təxmin edilən Djotto Florensiyanın kiçik bir qəsəbəsi olan Vespiqnanoda dünyaya gözlərini açmışdı. Kasıb bir kəndli ailəsinin uşağı olan Djottonun atasının adı Bondone idi. Bondone, oğlu Djottonu özü kimi tərbiyə etmək istəyirdi. Lakin Djotto 10 yaşında olarkən bunun ola bilməyəcəyini dərk etmişdi. Göstərdiyi zəkası, atası başda olmaqla insanları  heyrətləndirirdi. Sürətli idrak qabiliyyəti və canlılığı, yaxın əhatələrindəki insanlara da sevinc mənbəyi olmuşdu.

Giotto Di Bondone - Christ Among the Doctors 1310s

 

Vasarinin dediklərinə əsasən, ata oğlunu tez – tez qoyunlara nəzarət etməsi üçün otlaqlara yollayırmış. Djotto isə hər dəfə təbiətin heyranedici görüntüsü qarşısında  heyran olurdu. Ehtiyacı olan tək şey ağlındakını rəsm edə biləcəyi iti bir çubuq, ya da daş ilə düz bir səth idi. Bu əmək fərq edilməli, daşda və torpaqda qalmamalı idi. Bu mərhələdə  isə  florensiyalı usta rəssam   Çimabue (Cimabue) əsas rol oynayır.
Djotto üçün daşa, torpağa bir şeylər qaraladığı adi günlərdən biri idi. İş məqsədi ilə Vespignano yaxınlarına tərəf gələn Çimabue yoldan keçərkən Djottonu görür. Bir kənardan hiss etdirmədən onu izləyir və sonda yanına gedib onunla birlikdə Florensiyaya getmək istəyib istəmədiyini soruşur. Djotto bu məsələ barədə  atası ilə danışılması lazım olduğunu Çimabueyə deyir. Çimabue Bondone ilə görüşür, danışır və atasının da razılığı ilə Djotto artıq bir ustanın yanında çalışmağa başlayır.
Artıq Djotto öz bacarıqları ilə Çimabuenin təcrübələrindən öyrəndiklərini çeşidləndirməyə başlayır. Hər keçən dəqiqə Djotto özünün bir üst səviyyəsinə çıxmağa davam edir. Hər an fəaliyyətə keçməyə hazır Djotto ilə ustası arasında bir gün qəribə bir hadisə yaşanır. Çimabuenin hazırlamaqda olduğu bir fiqura, onun həll edəcəyi bir iş üçün getdiyi bir zamanda Djotto üzərinə bir milçək çəkir. Çimabue geri qayıtdıqdan sonra çəkdiyi fiqurun üzərində bir milçək görür və nə qədər qovsa belə getmir. Qovmağa çalışdığı milçək, əslində olduqca reallıqla çəkilmiş bir rəsmdir.
Djotto hisslərin həqiqi, insani və dünyəvi ifadəsinə göstərdiyi diqqəti, əsərin dərinliyi barəsində də göstərmiş və bunu əldə etməyə çalışmışdır. Orta əsrlərdə qızıl ulduzlarla əhatə olunan  səmanı əvəz edən mavi səma və təbiətə aid real detallar da Djottonun sənətindəki inkişafı və yeni yaranmaqda olan naturalizm üslubunu  göstərən şeylər arasında idi. Bu inkişaf Florensiya məktəbinə təsir edən ən əsas ünsürlərdəndir. Gənc olmasına baxmayaraq, Florensiyanın Erkən Renessans dövrünün baş rollarından biri olan Masaccio Djottodan təsirlənən və onun izinden gedən biri olmuşdur. Beynəlxalq qotik tərzdən radikal bir şəkildə ayrılaraq işıq – kölgə üsulu ilə fiqurlara yeni bir konkretlik qazandırmışdır. Bununla birlikdə, perspektiv qanunlarını da istifadə etmiş və real rəsmə əsaslanan bir məkan yaratmağı bacarmışdır.
Giottovari adı verilən qrup, istər dolayı yollarla, istərsə də birbaşa onun sənətindən təsirlənən rəssamlar üçün istifadə olunan sənətini  ifadə etmək tərzi olmuşdur. Günümüzdə bu ifadə  emalatxanalarında hazırladığı sənətçiləri ya da sürətlə yayılan şöhrətlərindən asanlıqla təsirlənənləri əhatə edir. Djottonun İtalya bütün ərazisində möhtəşəm bir təsiri vardır.
Bu qədər özündən bəhs etdiyimiz Djotto başqa nələr etmişdir?

Giotto Di Bondone - Franciscan Allegories- Allegory of Obedience c. 1330İlk olaraq, Florensiyada sənət həyatına rəsmi mənada başlayan Djotto özünü burada olduqca inkişaf etdirdi və müxtəlif işlərdə iştirak etdi. Fresko işlərinin ciddi əhəmiyyət kəsb etdiyi bir mərhələdə, onun ilk böyük çalışması isə Assisidəki Müqəddəs Fransisko Kilsəsində oldu. Xristianlıq tarixinin ilk Fransisk Papası olan IV Nikolasın dövründə kilsə üçün istedadlı bir rəssama ehtiyac var idi. İki mərtəbəli olan bu kilsədə Müqəddəs Fransiskonun həyatına dair müxtəlif freskalar edilməsi istənilmişdi.

Giotto Di Bondone - Franciscan Allegories- Allegory of Chastity (detail 1) c. 1330

 

Exorcism of the Demons at Arezzo - Giotto

Getdikcə şöhrəti artan Djotto ikinci iz buraxan işi üçün Padovaya gedir. Bu isə işləmələri indiki günümüzə qədər sağlam bir şəkildə qalmış ilan Arena, digər adı ilə Scrovegni Şapelindir. Bina varlı bankir olmuş Enrico Scrovegni tərəfindən tikdirilmişdir. Enrico Scrovegni bu zənginliyi vasitəsilə sələmçilik kimi bir cinayət işləyirdi. Bu səbəblə bu binanın  içərisində olan “Məhşər” freskasında özü də bu cinayətdən paklanmaq məqsədi ilə Məryəmə binanın modelini təqdim edərkən rəsm edilmişdir.

Madonna and Child - Giotto

Toxunulması lazım olan bir başqa məqam isə “Əlahəzrət”dir. İkonoqrafik səhnələrdən biri olan “Əlahəzrət” Avropa sənətində tez – tez istifadə olunan bir kompozisiyadır. Bu kompozisiyada Məryəm balaca İsa ilə birlikdə taxtda oturmuş vəziyyətdə, mələklərlə və bəzən də müqəddəslərlə əhatələnmiş bir şəkildə verilir. Bu təsvirə “Əlahəzrət” deyilir. Djottonun da müəllimi Çimabue və müasiri Duccio kimi etmiş olduğu “Əlahəzrət” nümunəsi vardır. Müasir günümüzdə Florensiyanın Uffizi Galeriyasında yer alan bu təsvir, tempera deyilən bir texnika ilə hazırlanmışdır.

St. Jerome Checking the Stigmata on the Body of St. Francis - Giotto

Müqəddəs Fransisko Kilsəsi, Scrovegni Şapeli, Florensiyadakı Santa Croce Kilsəsi freskoları və daha neçə kilsə üçün etmiş olduğunu panellər Djottodan geriyə qalmış dəyərli əsərlərdəndir. Sadəcə rəssamlığı ilə deyil, memarlığı ilə də tanınan Djottonun Santa Maria del Fiore’nin, yəni Florensiya Kafedralının zəng qülləsində də əl işi vardır.

 

 

Marriage at Cana - Giotto

 

Vasari “Le Vite” kitabında 1334-cu il 9 iyul tarixində Djottonun bu inşaata qoşulduğunu qeyd etmişdir. Altına daşdan əsas düzülmüş bu işdə, rəhbər olaraq Djotto təyin edilmişdir. Sadəcə “Zəng qülləsin” nin  modelini çəkməklə qalmayan Djotto bütün heykəl və qabartma sənətlərinin başlanğıcını təşkil edən bir neçə mərmər səhnələri də yaratmışdır.
İnşaatın bitməsinə ömrü çatmayan Djotto, 1337-ci ildə vəfat etmişdir. “Zəng qülləsi” ni isə tələbəsi olan Taddeo Gaddi bitirmişdir.
Polyptych - Giotto

 

Mənbə: http://arsizsanat.com/italyan-ronesansinin-ilk-tohumu-giotto/

Tərcüməçi: Soltanova Bənövşə

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin