Kainatda qüvvə, enerji və enerji axını

0

Əgər qəbul etsək ki, dünyəvi hadisələrin dəyişməsinin səbəbi qüvvədir, o zaman cismin əlamətinin bu qüvvənin təsiri altında dəyişmə sürətinin göstəricisi də kütlədir. Burada qüvvə termini ilə qarşılıqlı təsir nəzərdə tutulur. Qarşılıqlı təsir dəqiq təyin edilmiş kəmiyyət deyildir və onu ölçmək, real prosesləri göstərən tənlikdə istifadə etmək mümkün deyil. Tənlikdə isə yalnız real miqdar göstəricisi olan qarşılıqlı təsiri nəzərə almaq olar.

Nyutonun (İ.Newton) kəşf etdiyi qanunlar planetlərdən tutmuş gündəlik hərəkətlərə qədər şamil edilə bilər. Nyuton birinci başa düşdü ki, hərəkətin təyininin əsası qüvvədir. O cazibə qanunlarını və ətalət qüvvəsini riyazi formaya saldı. Nyutonun vaxtında elektromaqnit sahə, elektrodinamika, kvant mexanikası, nisbilik nəzəriyyəsi anlayışı olmadığından Nyuton cazibənin mahiyyətini izah edə bilmirdi. O, elə hesab edirdi ki, cazibənin qarşılıqlı təsiri dərhal yayılır. Nyuton özünün məşhur Ümumdünya Cazibə qanununu formal şəklə salıb, elm qarşısında dərin bir sual qoydu: Cazibə nədir? Onun 40 mahiyyəti nədən ibarətdir? Cazibə yaradan kütlələr arasında qarşılıqlı əlaqələr necə ötürülür?

Təbiətşünaslığın fundamental fəlsəfi suallarına toxunaraq və bununla elmin hüdudlarını həddindən artıq genişləndirərək cazibənin izah edilməsində zaman və məkanın əlaqəsini tapmaqda əsas rolu kvant mexanikası və nisbilik nəzəriyyəsi oynadı. Cazibənin kvant nəzəriyyəsində güman edilir ki, cisimlər bir-birini vahid sabit qüvvə ilə deyil, diskret, sıçrayış və qraviton vasitəsi ilə cəzb edir. Gündəlik həyatda bu o qədər adidir ki, biz bunu hiss etmirik. Eynşteynin (A.Einstein) nisbilik nəzəriyyəsinə görə, cazibənin yayılma sürəti işıq sürəti ilə eynidir.

Digər tərəfdən, elektromaqnit sahəsinin hissəciyə olan təsirindən danışa bildiyimiz halda, hissəciyin elektromaqnit sahəsinə olan təsirindən danışmaq mümkün deyil. Elementar hissəciklər aləmində qüvvələr vasitəsilə təkcə “kollektiv” hissəciklərin deyil, həm də ayrı-ayrı “individiumların” da qarşılıqlı əlaqəsini ifadə etmək olmaz. Atomda və atom nüvəsində elementar hissəciklərin qarşılıqlı əlaqəsini qüvvələr vasitəsi ilə ifadə etmək mümkün olmur.

Tədricən enerji (enerji sözünün özü əvvəlcə işlədilmirdi) anlayışı daha böyük əhəmiyyət kəsb etməyə başladı. Qüvvə kimi enerji də cisimlərin qarşılıqlı əlaqəsini xarakterizə edə bilər, hətta, onların hərəkətinin vəziyyətini də göstərə bilər. Enerjinin saxlanması və çevrilməsi qanunu təkcə mexaniki hərəkətlə ifadə olunmur, ona görə də, qarşılıqlı əlaqəni enerji vasitəsi ilə ifadə etmək daha ümumidir. Enerji anlayışının daha ümumi səciyyə daşıması tədricən qüvvə vasitəsilə ifadə olunan qanunları energetik ifadələrlə əvəz etdi. Demək olar ki, qüvvə anlayışının dəqiq kəmiyyət ifadəsi ancaq mexanikaya aiddir. Halbuki, enerji anlayışı istənilən prosesi xarakterizə edə bilər: mexaniki enerji, istilik enerjisi, elektromaqnit enerjisi, nüvə enerjisi və s.

Enerji anlayışı o qədər universaldır ki, enerjinin saxlanması qanunu daha mürəkkəb forma ilə ifadə olunsa da, elementar hissəciklərə də şamil olunur. Eynşteynin Nisbilik nəzəriyyəsinə qədər belə fikirləşirdilər.

E.Şmutser (E.Schmutzer) yazır: Nəticələrin xülasəsi bizi belə bir sonluğa gətirir: “Az ehtimallıdır ki, Eynşteyn tənəzzülə uğrayan nisbilik nəzəriyyəsində enerji anlayışını bir şəkildə dəyişsin. Materiyanın bir sıra xassələrini təsvir etmək üçün enerji anlayışı bəzən tamamilə abstrakt olaraq qalır. O, ancaq bəzi topologiya şərtlərinə uyğun və xüsusi həndəsi konfiqurasiyada təyin olunur.”

Müasir baxışlara görə kainat “ada” strukturuna malik ola bilməz, enerjinin Eynşteyn anlayışı bütün kainata aid edilə bilməz, ona görə də “kainatın tam enerjisi istənilən 42 çevrilmələrdə” qalır ifadəsindən mənasız bir söz kimi imtina etmək lazımdır.

Belə halda, biz sinqulyarlıq anlayışını daha asan ifadə etmək üçün energetik axın anlayışından istifadə etməli oluruq.

Energetik axınının fiziki mənası əsas və törəmə kəmiyyətlərin vasitəsilə belə səslənir:

[Kainatda S sahəsindən t zaman müddətində enerjinin fundamental axını J] = [Fundamental qüvvələrin enerjisinin qiyməti E] / [(səthin sahəsi S)·(zaman t)] = E/S·t

Zənnimizcə, energetik axın Başlanğıcın xarakteristikası olduğundan onu universal sabitlər vasitəsilə ifadə etmək olar. Biz energetik axını universal sabitlərin vasitəsilə mümkün olan bir kombinasiyada ifadə edə bilərik.

Mənbə:

Ədalət Bəşirbəyli
KAİNATIN BİOQRAFİYASI Bakı – 2013

Redaktə etdi: Fatimə Əliyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin