Kainatın Genişlənməsi və Qaranlıq Enerji

0

Havaya atdığınız bir top, çox təbiidir ki, Dünyanın kütlə çəkiminə görə yerə düşər. Bir an üçün, havaya fırlatdığınız topun yerə düşməyib, tam tərsi olaraq Dünya tərəfindən itələnildiyinə və gedərək daha sürətli bir şəkildə bir daha geri dönməmək üzrə kosmosa doğru yol aldığını xəyal edin. Qeyri adi bir şey olardımı? Əslinə baxsanız, bu çaşdırıcı vəziyyət astronomların Kainatımızla əlaqədar müşahidə etdiyi bir şeydir! Kainatımız genişləyir. Üstəlik sabit deyil, artan bir sürətlə!

 

İndi də Kainatımızı üzərində nöqtələr olan bir oyuncaq şar kimi düşünək. Şarı şişirərkən nöqtələr arasındakı məsafənin gedərək artdığını görəcəksiniz. Eynilə bu şar kimi Kainatımız da genişləyir və eynilə nöqtələrin arasındakı məsafələrin açılması kimi qalaktika çoxluqları da bir-birindən uzaqlaşır. Qalaktika çoxluqları deyirik, çünki bu çoxluqlar içərisindəki qalaktikalar yerli olaraq bir-birlərinə yaxınlaşa bilir, lakin çoxluq özü Kainatın genişləməsiylə birlikdə bir-birlərindən davamlı uzaqlaşırlar. 1929-cu ildə astronom Edvin Habl bu vəziyyəti, yəni qalaktika çoxluqlarının həm bir-birindən həm də Dünyadan uzaqlaşdığını, Doppler təsiri deyilən bir faktla sübut etdi.

 

İndi gəlin bu faktı izah edək.

Bir təcili yardım maşınının səsi (səs mənbəyi) bizə (müşahidəçiyə) yaxınlaşdığı zaman fərqli, bizdən uzaqlaşdığı zaman da fərqli çıxar. Bunun səbəbi, müşahidəçinin qaynağa doğru yaxınlaşdıqca səs dalğasının tezliyinin artması və uzaqlaşdıqca azalmasıdır.İşıq dalğalarında isə tezlik görə bildiyimiz rəngləri təyin edir: şiddət artdıqca işıq maviyə, azaldıqca qırmızıya sürüşər.

 

Habl, uzaq qalaktikalardan bizə çatan işığın tezliyini ölçərək bizdən uzaqlaşan qalaktika çoxluqlarının işıq rənginin qırmızıya sürüşdüyünü, yəni bütün qalaktika çoxluqlarının bizdən (və bu səbəbdən bir-birindən) uzaqlaşdığını müşahidə etdi. Bəli, Kainat genişlənirdi!

 

Kainatın genişlənməsi 1929-cu ildə isbat edildikdən sonra, iki ayrı astrofizika qrupu 1998-ci ildə onun hansı sürətlə genişləndiyini ölçdülər. Gecə səmaya baxdığınız zaman ulduzların indiki hallarını görmə bilməzsiniz. Uzun zaman əvvəl o ulduzlardan çıxan işığı, yəni o ulduzun daha gənc halını, görərsiniz. Bax milyonlarla il əvvəlki uzaq supernovalardan (partlayan ulduzlardan) gələn işığı müşahidə edən bu iki qrup, işığın parlaqlığından yola çıxaraq ulduzların Dünyaya olan uzaqlıqlarını, Doppler təsiri ilə bizdən nə qədər sürətlə uzaqlaşdıqlarını hesabladılar. Sonra da bu ikisini müqayisə edərək Kainatımızın “artan bir sürətlə” genişlədiyi nəticəsinə gəldilər.

 

Yaxşı Kainat eynilə qaz pedalına basıldıqca sürətlənən bir avtomobil kimi sürət qazanırsa, bu sürəti ona verən güc nə idi? Elm adamları kütlə çəkilişinin əksi kimi davranıb qalaktikaları bir-birindən uzaqlaşdıran bu “itələyici” gücə bir ad tapmaqda gecikmədilər: Qaranlıq Enerji. Kainatın 73%ni meydana gətirən bu enerjiyə “qaranlıq” deyilməsinin səbəbi, onun təbiətinə dair bir çox fərqli fikirlər ortaya atılmasına baxmayaraq onunla əlaqədar çox az məlumata sahib olmağımızdır.

Qaranlıq Enerji gücünü artıraraq davam edərsə Kainatımızın gələcəyi necə olacaq? Gəlin sizə “Böyük Cırılma” adlı bu filmin sonunu izah edək: kütlə çəkimi, bu “qaranlıq güc” ilə olan döyüşündə məğlub olar və bir zamanlar kütlə çəkilişinin təsiri altındakı qalaktika çoxluqları bir-birindən getdikcə uzaqlaşaraq darmadağın olurlar. Ulduzlar, planetlər və atomlar parçalanıb yox olurlar. Bax buda sizə Kainatımızın ola biləcək qəmli sonlarından yalnızca biri!

 

 

Qaynaqlarla oxuma;

  1. The Conversation
  2. Dummies
  3. Hubble Site

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin