Keçmişi və Gələcəyi Müəyyən Etmək – Laplasın Şeytanı

0

Laplasın Şeytanına ilham verən Nyuton (İsaac Newton), Qalileo Qaliley (Galileo Galilei) kimi fiziklərin təklif etdiyi riyazi ifadələrlə kainatın deterministik quruluşu ortaya çıxmışdır. Çünki atılan bir daşın müəyyən bir zaman fasiləsindəki ani sürətini dəqiqliklə ölçmək mümkün idi. Həm də o daşın müəyyən zaman aralığındakı orta sürəti də asanlıqla hesablanırdı.

Buna əlavə olaraq, planetlərin müəyyən bir zamanda harada olacağı, məsələn, 16:29-da Günəşin hansı mövqedə olacağı, üfüqdən yüksəlmə sürətinin nə qədər olacağı və s. hadisələr riyazi olaraq açıqlana bilirdi.
Bu çalışmalara əsaslanaraq fransız fizik Laplas (Simon de Laplace) çox çılğın bir fikir ortaya atdı. Əslində, o qədər də çılğın fikir deyildi, çünki kainat deterministik idi, yəni təxmin edilə bilirdi. Yuxarıda qeyd etdiyimiz kimi, hər şeyi açıqlaya bilirdik. Riyaziyyatın və fizikanın bu mükəmməlliyini görən Laplas “kainatda bütün zərrəciklərin mövqelərini, sürətlərini və bütün xüsusiyyətlərini bilən üstün bir varlıq olsaydı, gələcəyi əvvəlcədən görməsi qaçınılmaz olardı” deyərək nəzəriyyəsini ortaya atdı. Əslində, bu barədə “Ehtimallara dair təcrübələr” adlı kitabında bəhs etmişdi.

 Laplace'ın şeytanı

Həqiqətən də, belə bir varlıq varsa, – ki, biz buna Laplasın şeytanı deyirik – hər şeyi təxmin edə bilməzdi? Çünki ortada şans deyə bir şey yoxdur. İndi “şans yoxdur dedik”, amma “necə ola bilməz?” deyirsiniz. Biz qəpiyi havaya atanda rəqəm ya da xəritə olan tərəfi düşməsi ehtimal deyilmi?
Yəni çox da ehtimal sayılmaz. Əgər Laplasın şeytanı kimi bir varlıq olsaydı, havadakı molekulların, hətta, atomların mövqeyini, sürətlərini, qəpiyi havaya atdığımız andakı sürətini, tətbiq etdiyimiz qüvvəni, maksimum yüksəkliyə çatmaq üçün lazım olan müddəti, qəpiyin ağırlığını, Dünyanın və digər planetlərin az da olsa, qəpiyin üzərindəki təsirini və bunlar kimi yüzlərlə dəyişəni hesaba qata bilsəydi, qəpiyi havaya atanda xəritə və ya rəqəm olan tərəfinin düşməsi, həqiqətən, ehtimalmı olardı? Təbii ki, xeyr. O zaman bu əməliyyat tamamı ilə dəqiq olardı və ehtimal deyə bir şey ortadan qalxmış olardı. O zaman gələcəyi təxmin edə bilərik, etməyimiz lazım olan sadəcə dəyişənlərin çoxunu bilməkdir. Hətta hardasa hamısını bilmək məcburiyyətində belə deyilik, sadəcə önəmli olanları bilsək, tənliklərimiz bizə gələcəkdə olacaq şeyi əvvəlcədən söyləyə bilər, elə deyilmi? Hətta, keçmişi də bilə bilərik. Necə? Aydınlıq gətirməyə çalışaq.

Bir daşı havaya atdığımızda nə olacağını fizika qanunları ilə asanlıqla hesablaya bilərik.

Əgər bir cismin hal-hazırkı hərəkətini dəqiq olaraq tənliklərimizlə təsvir edə biliriksə, bu bizə tənliklərdə yer alan zamanı geriyə alıb, keçmişdə olanları anlamağımızı təmin edər. Məsələn, bir daşı 45 dərəcəlik bucaqla yuxarıya atdığınızı düşünün. Son mövqeyi başlanğıc mövqeyi ilə eyni yüksəklikdə olsun, ancaq horizontal olaraq da arasında bəlli bir məsafə olsun. Bizim hal-hazırda sahib olduğumuz fizika və riyaziyyat biliyimiz bizə daşın hər andakı bütün özəlliklərini deyir. 4 saniyədə yerə çırpılmış bəlli bir sürətlə, 3 saniyədə yerdən x qədər yüksəkdə, 2saniyədə yerdən y qədər yüksəkdə, 1 saniyədə yerdən z qədər yüksəkdə və (zaman) t=0 ikən isə başlanğıc mövqeyində 45 dərəcəlik bucaqla bəlli bir sürətdə atılmağı gözləyir. Az öncə etdiyimiz şey (daş ilə) bir zərrəciyi görməsək belə, bunun son mövqeyindəki bəzi məlumatlara əsaslanaraq keçmişi təxmin etməkdir.Yəni Laplasın şeytanı kimi üstün bir varlıq həm gələcəyi, həm də keçmişi dəqiqliklə təxmin edə bilər və bu təxminlər hər zaman dəqiqdir. Yalnız 1900-cü illərdə Kvant mexanikasının kəşfi ilə kainatın bu deterministik quruluşu çökmüş və mikro dünyanın bir çox özəlliyinin indeterministik olduğu ortaya çıxmışdır.

Kvant mexanikasına görə, bir zərrəciyin bəlli bir zamandakı mövqeyini və impulsunu, daha dəqiq desək, sürətini 100% dəqiqliklə bilə bilməzsiniz.Yəni bir zərrəciyin harada olduğunu 100% dəqiqliklə bilərsiniz, sürəti haqqında isə kiçik də olsa, fikriniz belə olmaz. Ancaq bir zərrəciyin koordinatlarını 64% dəqiqliklə bilsəniz, sürətini ən yaxşı halda 36% dəqiqliklə bilə bilərsiniz. Bunun belə olduğunu bizə deyən Kvant mexanikasının qəlbində yatan qeyri-müəyyənlik qanunudur.

Gördüyünüz bu tənlikdə Δx və Δp-nin dəqiqliyi bir-birinə bağlıdır. Yəni 55 % mövqe bilinirsə, 45 % impuls bilinər. p=m*v olduğundan və kütlə sabit olduğundan mövqedəki qeyri-müəyyənlik sürətin qeyri-müəyyənliyinə təsir edər.

Yuxarıda gördüyünüz isə zaman və enerji qeyri-müəyyənliyidir. Bunu anlamaq bir az qarışıq ola bilər. Belə düşünün: zamanı çox dəqiq ölçən bir cihazınız var və bununla zamanı ölçürsünüz. Belə bir cihaz həddindən çox enerjiyə ehtiyac duyur və mühitdə bu qədər enerji olması E=mc2 bərabərliyindən dolayı fəza zamanı bükər və zamanda qeyri-müəyyənlik yaradar.

Qısacası, Laplasın şeytanı bütün dəyişənləri bilməklə gələcək və keçmişi əvvəlcədən görə biləcəyini iddia etsə də, təbiətin qanunları bizə zərrəciklərin bəzi xüsusiyyətlərini eyni anda bilməyəcəyimizi deyir, bu da gələcəyi və keçmişi mütləq bir şəkildə bilməyimizi qeyri-mümkün edir.

Mənbə: www.kozmikanafor.com/gelecegi-ve-gecmisi-tahmin-etmek-laplacein-seytani/

Redaktə etdi: Fatimə Əliyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin