Kişilər xəyanətə daha çox meyillidir – Coolidge” effekti

0

Coolidge” effekti
Bir təcrübədə cütləşmə dövründə olan bir erkək siçan, yenə hamısı cütləşmə dövründə olan dişi siçanların olduğu geniş bir qəfəsə buraxılır. Erkək siçan bütün dişilərlə dəfələrlə cütləşdikdən sonra yorulmağa, daha çoxunu istəməməyə və bu səbəblə dişilərə qarşılıq verməməyə başlayır. Təcrübənin maraqlı hissəsi isə buradan sonra başlayır. Siçanların olduğu mühitə yenə cütləşmə dövründə olan yeni bir dişi daha buraxılır. Yeni dişini fərqinə varan erkək siçanın bütün yorğunluğu və istəksizliyi necə olursa bir anda gedir, sanki heç bir şey olmamış kimi yeni gələnlə cütləşməyə başlayır və təkrar yorulana və istəksizləşənə qədər də buna davam edir. Erkək siçan, hər yeni dişi gələndə təkrar-təkrar eyni davranışı nümayiş etdirir və ciddi mənada tükənənə qədər buna davam edir. Eyni təcrübələr dişi siçanlar üzərində də sınanılır və təxmini olaraq eyni nəticələr əldə edilir. Lakin dişi siçanlarda, Coolidge təsiri bir qədər daha az görülür. Bənzər təsirlər başqa heyvanlarda da var. Qoç və öküzlər eyni dişiylə təkrar-təkrar cütləşməkdən qaçaraq sürüdəki digər dişilərə yönəlirlər. Bu təsirə məruz qalmayan heyvan növləri də var. Məsələn, cırcırama fərqli dişilərlə cütləşməyə qarşı bir o qədər də maraqlı olmadığı görülmüşdür. Gələk işin pərdə arxası hissəsinə. Heyvanlar niyə başqa fərdlərlə cütləşməyə çalışırlar? Bunun səbəbi olaraq erkəklərdə təkamül müddətində mümkün qədər çox dişini dölləmə instinktinin inkişaf etdirilmiş olması göstərilir. Bu vəziyyət təsirin dişilərdə az görülməsini də açıqlayır. Necə ki, dişi fərdlər, cütləşmənin təsirlərini müəyyən bir müddət birinci əldən sınaya bilməyəcəkləri üçün (hamiləlik müddəti), cütləşərkən daha seçici və daha diqqətli davranırlar. Gələk fenomenin insanlar üzərindəki təsirlərinə. İnsanlarda bu təsiri məhdudlaşdıran bəzi faktorlar var: Etik və əxlaq anlayışlarımız kimi. Lakin bu, yenə də dünyada kimsənin kimsəni aldatmadığı mənasına təbii ki, gəlmir.
Evli bir cütlük, illərlə bir-birləriylə sekslə məşğul olduqlarında, eynilə təbiətdəki digər heyvanlara bənzər şəkildə fərqli partnyorlara qarşı daha da iştahlı, həvəsli olurlar. Fenomenin kişilər üzəində daha təsirli olduğunu qeyd etmişdik ki, aparılan araşdırmalar da bunu təsdiqləyir. Bir çox kişi, həyat yoldaşlarına qarşı bir müddət sonra daha az cinsi istək hiss etdiyini deyərkən digər qadınlara qarşı cinsi istəklərinin çox normal səviyyədə olduğunu deyirlər. Hətta təcrübələrdən çıxan çox maraqlı nəticələr də var, buyurun birlikdə baxaq:

Olduqca böyük çaplı bir təcrübədə iştirakçılara yetərli qədər sekslə məşğul olub olmadıqları soruşulduğunda, qadınların 41%-i “xeyr” deyərkən kişilərinsə 56%-i eyni cavabı vermişdir.

İdeal səviyyəyə gəlməsi üçün nə lazım olduğu soruşulduğundasa, qadınların 63%-i partnyorlarıyla daha çox sekslə məşğul olmaq istədiklərini deyərkən kişilərin yalnız 38%-i bu cavabı vermişdir.

Eyni suala qadınların 18-%i fərqli insanlarla sekslə məşğul olmaq istədiyi cavabını verərkən, kişilərinsə 37%-i bu cavabı vermişdir.
Qısacası kişilər xəyanatə daha meyillidirlər.

Tərcümə: Rüstəm Mirzə
Mənbə: https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2593927/

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin