Çox yemək psixoloji xəstəlik ola bilərmi?

0
 
 -BƏLİ. BUNA KOMPULSİV ÇOXYEMƏ DEYİLİR

Bu xəstələrin digər ağır çəkili xəstələrdən fərqi odur ki,kompulsiv çoxyemə həm də sinir sistemi(nevrogen bulemiya) ilə bağlıdır. Yəni psixiatrik xəstəlikdir. Normalda arıqlamaq üçün günlərlə özünü aclığa məhkum edən adam vaxtaşırı tam əksinə hərəkət edir. Bir oturuma qısa müddət ərzində 3-4 adamın norması qədər yeyir.  Xəstəliyə əsasən qadınlarda rast gəlinir. Xəstəliyin DSM və X baxış xəstəliklərinin Beynəlxalq təsnifatına əsasən diaqnozunu verirlər. Aşağıdakılardır:

1. Ən azı üç ay müddətində həftədə iki və daha artıq çox yeməklə müşahidə edilən vəziyyətin olması;
2. Xəstənin bütün fıkir və hərəkətlərinin çox yeməyə yönəlməsi, imkan daxilində dərhal bu hərəkəti etməyə can atması;
3. Çox yeməklə yanaşı xəstələr kökəlmənin qarşısmı almaq üçün aşağıdakı üsullardan biri və ya bir neçəsindən istifadə etməklə çəkilərini təcili aşağı salmağa çalışırlar:
a) süni qusma yaratmaqla;
b) bağırsaqların perestaltikasını sürətləndirməklə (işlətmə dərmanları qəbul etməklə);
c) çox yemək mərhələlərini qidadan imtina etmə mərhələsi ilə əvəz etməklə;
ç) vaxtaşırı dərman preparatlarından (qusdurucu, işlədici və digər qrup
dərmanlar) istifadə etməklə.
4. Xəstələr özlərini həddindən artıq kök hiss etdikləri və ya kökəlməkdən qorxduqları üçün daimi narahatlıq keçirir və sarışan halları xatırladan əlamətlər nümayiş etdirirlər
.obesity cartoon ile ilgili görsel sonucu

Sinir bulemiyasından əziyyət çəkən xəstələrdə müşahidə edilən somatik əlamətlər orqanizmin qidalanmasının pozulması ilə əlaqədar olur. Məsələn, kaliumun azalması nəticəsində ümumi zəiflik, ürəkdə aritmiyalar, böyrəklərin funksiyasının pozulması kimi əlamətlər qeyd olunur. Ağır hallarda cəngolmalar, bəzi infeksion mənşəli xəstəliklərin inkişafı da mümkündür

(Red.Bir çoxlarımızda bu xəstəlik olmasa da,əlamətləri var. Ona görə də qarşıma çıxan bütün diaqnozları yazıya yerləşdirdim. )

Bundan əlavə olaraq insanların bir çoxu sıxıntılı anlarında nələrsə,yeməyə üstünlük verirlər. Bu onları daha çox rahatladır. Sıxıntılı hallarda yemə vərdişi bir çoxlarında ümumi vərdişə çevrilir və artıq çəki problemləri yaranmağa başlayır. Yeməyə olan münasibət alkolikin içkiyə olan münasibətinə bənzər olur. Ac olarkən stress,üzgünlük,can sıxıntısı kimi hal dəyişmələri olur. Həmçinin müəyyən dövrdən sonra məcburiyyətə çevrilir,yəni həzzi də itir.

Dietoloqlar insanlarda yaranan aclığı 2 yerə bölürlər:
-Bioloji aclıq
*yemək yedikdən sonra digər yemək yediyimiz vaxta qədər yavaş-yavaş yaranır
*konkret yox,bütünlükdə qidalara istək yaranır
*fizioloji təzahürləri olur(qarın quruldamaq və.s)
*yedikdən sonra yoxa çıxır
*məmnunluq hissi yaradır

-Duyğusal aclıq
*Anidən yaranır,
*konkret qidalara meylli olur(məsələn alçaya)
*psixoloji istək bəzən çox şiddətli olur(beyninizdə xəyal edirsiz)
*tox olsaz da yeməyə davam edirsiz
*ani xoşbəxtlik versə də,sonradan peşmanlıq yaradır

Bütün bunları bilib,sağlam yaşamağa doğru ilk addımları atmaq lazımdır. Əgər ilk addımı atmağı bacarmasaz,mütləq uyğun həkimlərə müraciət edin.

Mənbələr:
1. Hürriyet sağlık
2. Dietoloq Taylan Kümeli
3. N.İsmayılov. Psixatriya

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin