Kompüterin atası – Alan Türinq və Türinq mükafatları

0

Başınızı kompüterdən qaldırın, ətrafınıza baxın. Hər gün, hər saniyə kompüterlərlə iç-içəsiniz. Bu yazını oxuduğunuz dizüstü və ya masa üstü kompüter, əlinizdəki telefon, qarajınızdakı avtomobil, hətta bəlkə də yaşadığınız ev … Hamısının içində prosessorlar, əməliyyat sistemləri, milyardlarla sətir kodlar, proqramçının siz fərqinə belə varmadan düzəltdiyi böcəklər var.

Hamınız Alan Turinqin adını eşitmisiniz.  Etdiklərini az çox bildiyinizi düşünürəm. Ona görə də bu gün Turinqdən və Turinq Mükafatlarından ümumi olaraq bəhs etməyi düşünürəm.

Tam adı Alan Mathison Turinq olan Alan Turinq 1912-ci ildə doğulmuş ingilis riyaziyyatçı, kompüter alimi və kriptoqrafdır. Adı çəkilən bu üç sahədə riyaziyyat, kompüter elmləri və kriptoqrafiya  bir-birini dəstəkləyən üç böyük elm sahəsidir. Bizim bu gün istifadə etdiyimiz, hər cür sahədə insanların işi asanlaşdıran kompüterin atasıdır Turinq.

Bu sahənin qurucusudur. Eyni zamanda da bir döyüş qəhrəmanıdır. Bildiyiniz döyüş qəhrəmanları kimi  nişanı və ya rəhbərlik etdiyi çox böyük orduları yoxdur. II Dünya Müharibəsində Alman şifrələrini qıraraq döyüşün müddətini qısaltmış və bəlkə də Almaniyanın yenilən tərəf olmasının ən böyük səbəbi olmuşdur.

Hindistan əsilli bir ailədə İngiltərədə dünyaya göz açan Turinq riyaziyyata və elmə böyük bir maraq göstərirdi. 16 yaşında Eynşteyn ilə tanış oldu. Məktəbdəki çox yaxın yoldaşı Kristofer Morkomun məktəbin bitməsinə bir neçə həftə qalmış vərəm səbəbiylə həyatını itirməsi, Turinqin dini inancının məhv olmasına səbəb oldu.

28 May 1936-cı ildə nəşr etdiyi Hesablana bilən ədədlər: Qərar vermə probleminin tətbiqi (On computable numbers, with an application to the Entscheidungsproblem) adlı məqaləsində 20-ci əsrin ən böyük müzakirələrindən biri olan “kompleks hesablamalar müəyyən bir qurğu tərəfindən edilə bilərmi” sualına öz adıyla xatırlanan Turinq Makinaları ilə cavab verdi.

Məqalə qısa olaraq, problem bir alqoritm ilə təmsil edilə bilirsə, bir qurğu tərəfindən da həll edilə bilər deməkdir. Ayrıca Sonlanma Problemini (Halting problem) öz makinaları üçün də isbat etmişdir Turinq.  Sonlanma problemini (Halting problem) də ən sadə şəkildə alqoritm ilə həll edilə bilməyən problemlər kimi təyin edə bilərik.

1936-cı il sentyabr ayından 1938-ci il iyul ayı arasında Princetonda Lambda Ali Riyaziyyatının qurucusu olaraq bilinən Alonzo Church ilə birgə işləyən Turinq, abstrakt riyaziyyat və kriptologiya üzərində araşdırmalar apararaq 1938-ci ildə Princetonda Fəlsəfə Doktoru adını aldı.

Sentyabr 1939-cu ildə müharibənin başlamasının ertəsi günü hərbi xidmətə qatıldı. Alman şifrələrinin qırılması üçün kriptologiya üzərində dövlət üçün xidmət etməyə başladı. Həyatının bu hissəsi “The Immitation Game” adlı filmdə Benedict Cumberbatch tərəfindən müvəffəqiyyətlə canlandırıldı.

Döyüşün bitməsindən sonra universitetə ​​dönən Turinq oktyabr 1950-ci ildə Hesablama mexanizmi və İntellekt (Computing Machinery and Intelligence) adlı məqaləsində süni intellektdən bəhs etdi, bir maşın üçün ağıllı deyilməsini təmin edəcək bir standart olan Turing Testini ortaya atdı.

8 İyun 1954-cü ildə xidmətçisi tərəfindən Mançesterdəki evində ölü tapıldı. Ölümüylə əlaqədar fərziyyələr tapılmasına baxmayaraq yatağının yanında olan yarı dişlənmiş alma ölümünün belə maraqlı bir intiharın nəticəsi olduğuna dəlil olaraq göstərilə bilər. (Applenin loqosunu xatırlayın, “dişlənilmiş alma”)

1966-cı ildən bəri “Kompüter Elmlərinin Nobeli” olaraq bilinən Turinq Mükafatları, Kompüter Mexanizmləri Birliyi (ACM) tərəfindən verilir. 2007 – 2013 illəri arasında maddi dəstəyini Intel və Google-un təmin etdiyi mükafatlar 2013-ci ildən bəri yalnız Google tərəfindən dəstəklənir.

1966-cı ildə ilk mükafat  kompüter proqramlaşdırma üzərindəki işləri üçün Carnegie Universitetindən Alan J. Perlisə verilmişdir. Bu mükafata layiq görülən il qadın isə  IBM-dən Frances E. Allen olmuşdur.

2016-ci ildəki Turing Mükafatı internet serverlər şəbəkəsini (World Wide Web), ilk veb serverini icad etməsinə görə Tim Berners-Lee`yə verildi.

Mənbə:

http://www.kozmikanafor.com/20-yuzyilin-savas-bitiren-dahisi-alan-turing-ve-turing-odulleri/

Müəllif: Şıxı Əyyubov

Redaktə: Aytac Şirinova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin