Kosmetik vasitələrin qaranlıq yönləri: Gözəllik bu qurbanlara dəyər mi?

0

Kosmetik məhsullardan istifadə insanların gündəlik həyatlarında bir vərdişə çevrilib. Sosial medialardan da gördüyümüz kimi, kosmetika insanlığı get-gedə daha çox ələ keçirir. Onlardan bu qədər istifadə edərək düzgün hərəkət edirikmi? Əlbəttə, bu suala siz özünüz cavab tapmalısınız. Bəs kosmetik vasitələrdən istifadə edərkən özümüzə və ətraf aləmə nə kimi ziyanlar veririk? Bax bu sualın cavabını mən sizə deyə bilərəm. Son illərdə istehlakçılar kosmetik məhsullar üçün daha da çox pul xərcləməyə başlayıblar. ABŞ kosmetik məhsullar sahəsində aparıcı ölkələrdən biridir və sadəcə onun bu sahədəki illik gəliri təxminən 62,46 milyard dollardır (mənbə: https://www.statista.com/statistics/297070/growth-rate-of-the-global-cosmetics-market/ ). Çox göründü? Bu yalnızca ABŞ üzrədir, bütün dünya bundan qat-qat çox pul xərcləyir. Bu qədər pul daha yaxşı məqsədlər üçün xərclənə bilməzdimi? Afrikadakı aclıq, təhsil, elm, incəsənət. Amma biz işin pul tərəfi üzərində çox dayanmayacağıq. Əvvəlcə kosmetikanın yaranması haqda qısa danışaq.

Artıq ilk sivilizasiyalar yaranan vaxtdan insanlarda müxtəlif inanclara görə və ya sosial təbəqələrin yaranmasından doğan tələbatlara görə özlərini bəzəmək istəyi yaranmış  və bundan da kosmetik vasitələr yaranmışdır. İlk kosmetik vasitələr Misirdə, Mesapotamiyada, qədim Yunanıstanda hazırlanmışdır. Kosmetika sözü yunan dilindəki “kosmos” sözündən yaranmışdır və mənası səliqə-sahman deməkdir. Qədim Yunanıstanda kosmet adlı kölələr var idi, onlar yunanlıları xoş iyli yağlar ilə yuyur və masaj edirdi. İlk dodaq boyası eramızdan 5000 il əvvəl Mesapotamiyada istifadə edilməyə başlamışdı. Qədim Misirdə isə həm qadınlar, həm də kişilər sürmədən istifadə edirdilər. Onların inancına görə, o, insanları gözlərdən insanın daxilinə pis ruhların girməsinə qarşı qoruyurdu. Yunanların kosmetik vasitələrdən istifadə etdiyini Homerin “Odisseya” əsərindən də oxuya bilərik. O dövrdə yunanlar dodaqlarını, yanaqlarını, saçlarını boyayırdılar. Onlar gözlərinə his çəkirdilər, dodaq boyası üçün isə koşenil bitkisindən və ya zəhərli olduğu düşünülən surik piqmentli kinnovardan istifadə edirdilər. Bu kosmetik vasitələrin insan sağlamlıqlarına ziyanı haqqında sonralar həkim berqamalı Qalen öz əsərlərində yazmışdır, çünki kinnovar tərkibində civə olan mineraldır, surik isə onun qədər sağlamlığa ziyan verən qurğuşun mineralıdır. Buna baxmayaraq, romalı qızlar yenə də öz dodaq boyalarını çəkməyə davam etdilər. Elə bu səpki ilə də renessans dövründə qadınlar üzlərini qurğuşunlu kosmetik vasitələrlə boyayırdılar. Həmçinin həmin dövrdə İtaliyada tərkibində arsen olan pudralardan istifadə olunurdu. Bu pudraları adi mağazadan alırdılar və lazım olanda onun məhlulundan zəhər kimi də istifadə edə bilirdilər. Bu pudralardakı arsenə görə qadınların saçları və qaşları tökülürdü. (Ətraflı məlumat və mənbə: https://mylitta.ru/1809-history-cosmetics.html)

Yuxarıdakı şəkildə renessans qadınının portretini görə bilərsiniz. Deməli, keçmişdə bəziləri elmin inkişaf etməməsinə görə, bəziləri bildiyi halda gözəlliyə üstünlük verərək kosmetik vasitələrlə özlərinə ziyan vururdular. Bəs indi vəziyyət necədir? Müasir dövrdə hər şey göründüyü kimi yaxşıdırmı? Gəlin müasir kosmetik vasitələrin tərkibindəki ziyanlı maddələrdən danışaq.

Antibakteriallar

Triklosan kimi antibakteriallar sabun, dezodorant, diş pastası, duş geli kimi bir çox məhsullarda vardır. Bəzi antibakterial aqentlər dəri tərfindən sorulur. Bu kimyəvi maddələr zəhərli və kansoregen maddələrdir. Antibakteriallar zərəlilərin yanında faydalıdır və qoruyucu bakteriyaların ölümünə səbəb olur. Triklosan suda olan xlorla reaksiyaya girərək kansoregen olan xloform və dioksinə çevrilə bilir. Anitiyitiklərə davamlı mikrobların inkişafına yol aça bilər. Hormonal pozucu təsirləri də vardır (xüsusilə, tiroit və seks hormonları). Eqzema kimi alergik xəstəliklərə də səbəb ola bilir.

Butil Asetat

Butil asetat dırnaq gücləndiricilərdə və laklarda vardır. Onun buxarı baş gicəllənməsinə və halsızlığa səbəb ola bilir. Tərkibində butil asetat olan məhsullardan daimi istifadə hallarında dəri qurumasına və dəridə çatların yaranmasına səbəb olur.

Butil Hidroksi Toluen

Butil hidroksi toluel bir çox kosmetik və özünə qulluq vasitələrinin tərkibində vardır. Ondan məhsulların rəngini dəyişməsini yavaşlatması üçün istifadə edirlər. Dəridə və gözdə qıcıqlanmaya səbəb olur.

Kömür Qatranı

Kömür qatranı kömürün işlənməsi ilə əmələ gələn yan maddədir. Qaşıntı, dəridə soyulma, sədəf kimi xəstəliklər üçün istifadə edilir, həmçinin rəngləndirici kimi də istifadə olunur. Kansorogen bir maddədir.

Dietanolamin ( DEA )

Dietanolamin yuyucu vasitələrdə, maşın yumaqda istifadə edilən şampunlarda, ümumiyyətlə, yağ aparmaq üçün istifadə olunan vasitələrin tərkibində vardır. DEA dəri tərəfindən bilavasitə sorulur. Bu zaman nitrozaminə çevrilə bilər, bu maddə də kansorogendir. Həm də DEA beynin inkişafı üçün lazım olan hormonların işləməsində əngəl törədir.

1,4- Dioksan

Bir çox şampun, duş geli, hətta körpələr üçün olan məhsullarda belə vardır. Lakin 1,4 – Dioksin məhsullara bilərəkdən əlavə edilən bir maddə deyildir, təmizlik və kosmetik vasitələrinə etilen oksidin əlavə edilməsindən alınan yan maddədir. Bəs etosilasiya adlanan bu prosedur nə üçün lazımdır? Həddən artıq güclü təmizlik maddələrinin həssas təmizlik halına çevirmək üçün lazımdır. Başqa sözlə, ağzımıza qoyduğumuz diş pastasının, saçlarımızı yuduğumuz şampunun dərimizi aparmaması üçün istifadə olunur. Bu yolla köpüklənən, qıcıqlandırıcı təmizlik maddəsindən çox, köpüklənən, yumşaq yuyucu vasitələr düzəltmək olur. Bu kimyəvi maddə məhsullara bilərəkdən əlavə edilmədiyinə görə etiketlərdə də yazmaq məcburiyyətində olmurlar. Çox zəif dozalarda belə (milyarda bir neçə hissəsi) laboratoriyalar heyvanların üzərində uzunmüddətli istifadələr edərək xərçəng xəstəliyinə yol açır. 1,4 -dioksan məməlilərdə ağciyərlər, dəri və bağırsaqlar tərəfindən sürətlə sorulur. Mərkəzi sinir sistemi, böyrəklər, qaraciyər və nəfəs sistemi üzərində mənfi təsirləri vardır. Etoksilasiyaya işarə edən “açar söz” aşağıdakı kimidir. Əlinizə aldığınız məhsulda bunlardan hər hansı biri varsa, onun tərkibində böyük ehtimal 1,4 – dioksan vardır:

  • sonu “myreth/miret”, “oleth/olet”, “laureth/lauret” və ya ümumi olaraq “eth/et” ilə bitən sözlər;
  • PEG;
  • “polyethylene/polietilen”, “polyethylene glycol/polietilen glikol” və ya “polyoxyethylene/poli oksi etilen”;
  • “oxynol/oksinol”.

Formaldehid

 

Formaldehid dırnaq boyası, sabun, dezodorant, duş kremi, şampun, kiprik yapışdırıcısı kimi bir çox məhsullarda dezinfeksiya edici və qoruyucu kimi istifadə olunur. Özünə qulluq və kosmetik məhsullarda istifadə miqdarı məhdudlaşdırılmışdır. Bir məhsulda qoruyucu məqsədlə ən çox 0,02% miqdarında formaldehid ola bilər. Formaldehid DBP və toluen ilə birlikdə dırnaq boyalarında olmaması gərəkli olan 3 zərərli maddədən biridir. Bir çox sağlamlıq probleminə səbəb olduğu da bilinir. Bu problemlərdən ən başlıcası, nəfəs sistemində və gözdə qıcıqlanma, genetik və immunitet sistemində zərər yaratması və xərçəngdir.

Qurğuşun

Qurğuşun diş pastasında olan kazalit kimi çox vaxt tullantı olaraq əmələ gəlir. Bəzi dodaq boyalarında və kişilər üçün istehsal edilən saç boyalarında qurğuşun asetat kimi olur, neyrotoksik bir maddədir. Beyində zərərə və inkişaf gecikmələrinə səbəb ola bilər.

Civə

FDA (Qida və Dərman İdarəsi) tərəfindən civə birləşmələrinin göz makiyajı məhsullarında istifadəsinə icazə verilən miqdar 65 ppm-dir (1 milyonda 65 q.). Bəzi kirpik tuşlarında da qoruyucu olaraq tərkibində civə olan timerosal istifadə edilir. Dəri tərəfindən asanlıqla sorulur, dəri qıcıqlanması, neyroloji zədə və zəhərlənmələrə səbəb olur. Həmçinin təbiət üçün də zərərlidir.

Toluen

Toluen dırnaq cilalarına və saç boyalarına yapışqanlıq və parlaqlıq qatan həlledici kimi istifadə olunur. Toksik bir maddədir, qaraciyər və böyrək zədələrinə səbəb olur. (Mənbə: http://kimyaca.com/kozmetik-de-kullanilan-zararli-kimyasallar/ )

Gördüyünüz kimi, gündəlik istifadə etdiyimiz məhsullarda yaxşısı ilə, pisi ilə kimyəvi maddələrdən istifadə olunur və onlar yavaş-yavaş bizim sağlamlığımıza ziyan vurur. Əgər “can mənim canımdır, özüm bilərəm!” deyirsinizsə, onda məqaləmizin ikinci hissəsinə keçək.

Bildiyiniz kimi, hər məhsul – bura kosmetik vasitələr, dərman preparatları,  yuyucu vasitələr, özünə qulluq məhsulları və s. aiddir – satışa verilməmişdən əvvəl mütləq müxtəlif testlərdən keçməlidir ki, onun yan təsirlərinin, allergik xüsusiyyətlərinin və başqa problemlərin olub-olmadığını aydınlaşsın. Bunu bir neçə üsulla edə bilərlər, bura kompüter simulasiyası kimi daha humanist üsul da aiddir. Lakin hal-hazırda bütün testlər heyvanlar üzərində aparılır. Heyvanlar üzərində test aparan şirkətlər bunu rəsmi şəkildə bildirirlər. Gəlin bu şəkillərdən bir neçəsinə baxaq:

                 

                

                

                

               

                       

Son şəkildə test üçün siqaret çəkməyə məcbur edilən meymunun təsvirini görürsünüz. İndi bu yara içində, əzab verilmiş, kimyəvi maddələrdən tükləri tökülmüş bu heyvanlara baxın və gözəlliyin, həqiqətən, bu qurbanlara dəydiyini deyin. Nəzərinizə yenə çatdırmaq istəyirəm ki, bu cür testləri yalnız kosmetika istehsalçıları deyil, demək olar ki, bütün sənaye sahələrinin şirkətləri keçirir. Bunlara dərman preparatları, yuyucu vasitələr və s. aiddir. Aşağıdakı siyahıda 2003-cü ildə “VİTA” Heyvan haqları mərkəzinin Rusiyadakı şöbəsinin hazırladığı və dərc etdiyi “qara siyahıya” düşmüş kosmetik və özünə qulluq məhsulları istehsal edən firmaları görə bilərsiz:

  • Arm & Hammer (Church & Dwight)
  • Avon – 1989-cu ildə heyvanlar üzərində qəddar testlər apardığı ilə bağlı faktlar üzə çıxandan sonra “ağ siyahıdan” çıxarıldı. Bundan əvvəl Avon şirkəti heyvanlar üzərində testlər aparmadığını bəyan etmişdi.
  • Bic Corporation
  • Boyle-Midway
  • Braun (Gillette Company)
  • Cellap Laboratoire SA. – kompaniya Cellcosmet və Cellmen kosmetikalarını istehsal edir. Kompaniya quzu embriyonları əldə etmək üçün qoyun yetişdirir.
  • Chesebrough-Ponds (Faberge, Ponds, Vaseline)
  • Church & Dwight (Aim, Arm & Hammer, Arrid, Brillo, Close-up, Lady’s Choice, Mentadent, Nair, Pearl Drops)
  • Clairol (Aussie, Daily Defense, Herbal Essences, Infusium 23, Procter & Gamble)
  • Clorox (ArmorAll, Formula 409, Fresh Step, Glad, Liquid Plumber, Pine-Sol, Soft Scrub, S.O.S., Tilex)
  • Colgate-Palmolive Co. (Ajax, Fab, Hills Pet Nutrition, Mennen, Palmolive, SoftSoap, Speed Stick)
  • Coty (Adidas, Calvin Klein, Davidoff, Glow, The Healing Garden, JOOP!, Jovan, Kenneth Cole, Lancaster, Marc Jacob, Rimmel, Stetson)
  • Cover Girl (Procter & Gamble)
  • Del Laboratories (CornSilk, LaCross, Naturistics, New York Color, Sally Hansen)
  • Dial Corporation (Purex, Renuzit)
  • Erno Laszlo
  • Estee Lauder – “ağ siyahıdan” çıxarılıb. Fİrma 2011-ci ildə istehlakçılara bildirmədən gizli şəkildə heyvanlar üzərində testlər aparırdı.
  • Gillette Co. (Braun, Duracell)
  • Helene Curtis Industries (Finesse, Salon Selectives, Thermasilk, Unilever)
  • Johnson & Johnson (Aveeno, Clean & Clear, Neutrogena, ROC)
  • Kimberly-Clark Corp. (Cottonelle, Huggies, Kleenex, Kotex, Pull-Ups, Scott Paper)
  • Lever Bros. (Unilever)
  • L’Orеal U.S.A. (Biotherm, Cacharel, Garnier, Giorgio Armani, Helena Rubinstein, Lancome, Matrix Essentials, Maybelline, Ralph Lauren Fragrances, Redken, Soft Sheen, Vichy)
  • Mary Kay – “ağ siyahıdan” çıxarılıb
  • Max Factor (Procter & Gamble)
  • Mead
  • Melaleuca
  • Mennen Co. (Colgate-Palmolive)
  • Neoteric Cosmetics
  • New Dana Perfumes
  • Noxell (Procter & Gamble)
  • Olay Co./Oil of Olay (Procter & Gamble)
  • Oral-B (Gillette Company)
  • Pantene (Procter & Gamble)
  • Pfizer (BenGay, Desitin, Listerine, Lubriderm, Plax, Visine)
  • Physique (Procter & Gamble)
  • Playtex Products (Baby Magic, Banana Boat, Ogilvie)
  • La Prairie (Компания выращивает овец с целью использования тканей эмбриона ягнёнка)
  • Procter & Gamble Co. (Clairol, Cover Girl, Crest, Giorgio, Iams, Max Factor, Physique, Tide)
  • Reckitt Benckiser (Easy Off, Lysol, Mop & Glo, Old English, Resolve, Spray ‘N Wash, Veet, Woolite)
  • Richardson-Vicks (Procter & Gamble)
  • Sally Hansen (Del Laboratories)
  • Schering-Plough (Bain de Soleil, Coppertone, Dr. Scholl’s)
  • S.C. Johnson (Drano, Edge, Fantastik, Glade, OFF!, Oust, Pledge, Scrubbing Bubbles, Shout, Skintimate, Windex, Ziploc)
  • SoftSoap Enterprises (Colgate-Palmolive)
  • Suave (Unilever)
  • 3M (Post-It, Scotch)
  • Unilever (Axe, Dove, Helene Curtis, Lever Bros., Suave).

Mənbə: http://www.vita.org.ru/exper/firmu-testirov.htm

Aşağıdakı linkdə isə həmin təşkiların hazırladığı “ağ siyahını” görə bilərsiz. Siyahıdakı əksər şirkətlər veqan şirkətlərdir, siyahıda olan ən məşhur şirkətlərdən biri Oriflame firmasıdır.

“Ağ siyahı”: http://www.vita.org.ru/exper/netestirov.htm

Həmçinin bilməlisiniz ki, bu ziyanlar yalnız heyvanlar və insanlar ilə bitmir, kosmetik və özünə qulluq məhsullarının tərkibindəki bir çox kimyəvi maddələr təbiətə də zərər verir. Bunlardan bir neçəsini qeyd edək: SLS (Sodium Lauret Sulfate), SLES (Sodium Lauryl Ether Sulfate), ALS (Ammonium Laureth Sulfate), MLS (Magnesium Laureth Sulfate). (Ətraflı məlumat və mənbə: https://cevreci.wordpress.com/2011/08/22/kozmetik-urunler-dogayi-zehirliyor/ )

Bir az kosmetik vasitələrin psixolgiyamıza, əsasən, uşaq psixologiyasına vurduğu ziyanlardan da danışa bilərik. Məsələn, aşağıda gördüyünüz şəkildə qız uşaqlarına kosmetikalı və plastik cərrahiyyə keçirmiş qadın idealını aşılayan Bratz gəlincikləri var:

Yaxud da qız uşaqlarına arıq, uzun boylu, hər zaman kosmetikalı, baxımlı qadın idealını aşılayan Barbie gəlinciklərinin illər boyu keçirdikləri dəyişiklikləri göstərən bu şəkil:

                      

Və ya oğlan uşaqlarına ideal bədən quruluşlu, gözəl saçlı, yaraşıqlı oğlan idealını aşılayan Ken oyuncağı:

Həmçinin uşaqlar üçün yenə Barbie gəlinciyini istehsal edən firmadan kosmetik vasitələr:

Məqaləmiz burada bitir. Yəqin ki, bu şəkillərə baxıb nə demək istədiyimi anladınız. Kosmetik vasitələr insanlarda  komplekslər yaradır, getdikcə daha çox özündən asılı edir. Azad olun, bilin ki, siz belə də olduqca gözəlsiniz. Kosmetik vasitələri almaqla həm özünüzə, həm uşağınıza, həm də təbiətə ziyan vurursunuz. Bilin ki, heç bir şey bu qədər qurbanlara dəyməz.

Redaktə etdi: Fatimə Əliyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin