Kvant dünyasında “Bulanıq zamanlar”

0

Zamanı ölçərkən, adətən saatların məkan və zaman üzərində hər hansı bir təsirlərinin olmadığını və zamanı kosmosda istənilən məkanda eyni dəqiqliklə ölçə biləcəyimizi fərz edirik. Ancaq Vyana Universiteti və Avstriya Elmlər Akademiyasından nəzəriyyəçi fiziklər, kvant mexanikası ilə Eynşteynin ümumi nisbilik nəzəriyyəsini birləşdirərək zamanı ölçməyimizdə təməl bir məhdudiyyət olduğunu göstərməyi bacardılar. Bir saat nə qədər həssas olsa, ətrafdakı saatlar tərəfindən ölçülən zaman axışı o qədər “bulanıqlaşır”. Nəticədə bu saatlar tərəfindən göstərilən zamanlar yaxşı təyin oluna bilmir.

Bir saat nə qədər həssas olsa, enerjisindəki qeyri-müəyyənlik bir o qədər yüksək olur. Beləcə həssaslığı istədiyi kimi dəyişə bilən bir saatın enerjisindən, sərhədsiz bir          qeyri-müəyyənlik meydana gəlir. Bu da işin içinə fizikadakı başlıca nəzəriyyələrdən bir digəri olan Eynşteynin ümumi nisbilik nəzəriyyəsini də qatmağımızı lazım gətirir. Ümumi nisbiliyə görə zamanın axışı kütlələrin və ya enerji qaynaqlarının varlığı tərəfindən dəyişdirilə bilər. “Gravitational time dilation” olaraq bilinən bu təsir aşağı enerjiyə sahib cisimlərlə müqayisidə yüksək enerjiyə sahib cisimlərin ətrafında zamanın daha yavaş getməsinə səbəb olur.

Parçaları Birləşdirmək

Kvant mexanikasının və ümumi nisbiliyin qanunlarını birləşdirən Vyana Universiteti, Kvant Optikası və Kvant Məlumat İnstitutundan Caslav Brunkerin liderlik etdiyi qrup, iki təməl nəzəriyyənin qarşılıqlı təsiri ilə ortaya çıxan yeni bir nəticəni təqdim etdi. Kvant mexanizminə görə olduqca həssas bir saata sahib olsaq, saatın enerjisindəki qeyri-müəyyənlik də  böyük olacaq. Ümumi nisbiliyə görə enerjidəki qeyri-müəyyənlik nə qədər böyük olarsa, ətrafındakı zamanın axışında da o qədər böyük qeyri-müəyyənlik olacaq. Parçaları birləşdirdiklərində tədqiqatçılar yan-yana qoyulan saatların qaçınılmaz olaraq bir-birlərinə təsir etdiyini və sonda da zamanın axışında bir “bulanıqlıq” meydana gəldiyini göstərmiş oldular. Vaxtı ölçməmizdəki bu məhdudiyyət universaldır, yəni saatların mexanizmindən və ya saatların hazırlandığı məmulatlardan asılı deyil. Tədqiqatın baş yazarı Esteban Kastro (Esteban Castro):

“Tapıntılar həm kvant mexanikasını, həm də ümumi nisbiliyi hesaba qataraq zamanın təbiəti haqqındakı fikirlərimizi gözdən keçirməmiz lazım olduğuna işarə edir” -deyə şərh edir.

Mənbə:

‘Blurred times “in a quantum world

https://phys.org/news/2017-03-blurred-quantum-world.html

Entanglement of quantum clocks through gravity

http://m.pnas.org/

https://bilimfili.com/kuantum-dunyasinda-bulanik-zamanlar/

Redaktə etdi: Lalə Yusifova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin