Leonardo da Vinçinin 10 ən məşhur rəsm əsəri

0

Leonardo di ser Pyero da Vinçi — Avropa intibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı. İtaliya intibahının rəmzi sayılan “Universal insan”  (Homo Universale) tipinin ən parlaq nümayəndəsi olmuşdur.

                                            

Da Vinçinin insan kimi qəribəlikləri də çox idi. O, bazarı gəzir, qazancı çox olmasa da, quş satılan yerlərdə quşları qəfəsdən çıxarar, pulunu ödəyib azad edərdi. Gündə hər saatda on beş dəqiqə olmaqla yatarmış. Yazı tərzi də fərqli imiş. Solaxay olan Leonardo sağdan sola, çox vaxt tərsinə yazırmış və yazdıqlarını yalnız güzgüdə oxumaq mümkün imiş. Bəziləri bunu mürtədlikdə ittiham olunmaqdan qorunmaq, bəziləri ixtiralarının sirrini saxlamaq üçün etdiyini yazır. Sonralar bu manuskriptləri oxumağa müxtəlif alimlər on illər sərf ediblər.

Da Vinçiyə  məşhurluq gətirən bir çox rəsm əsərləri olmuşdur, onlardan 10-nu bu siyahıda oxuya bilərsiniz :

 

“SONUNCU ŞAM YEMƏYİ”

                               

XV əsrdə Milanda Leonardo da Vinçi tərəfindən  yaradılmış divar rəsmidir. Rəsm əsərinin mövzusu Yəhya İncilində təsvir edilmiş İsanın sonuncu şam yeməyimövzusundan götürülmüşdür. Bu şam yeməyi zamanı İsa on iki həvarisindən birinin ona xəyanət edəcəyini və onu satacağını bildirmişdi. Rəsmdə İsa peyğəmbərlə həvarilərin son söhbəti təsvir olunur. Peyğəmbər orada bildirir ki, həvarilərin biri satqındır. Və təbii ki, bu sözlər ayrı-ayrı sifətlərdə fərqli emosiyalar oyadır. Da Vinçi burada öz unikal bacarığını göstərib. Rəsmdə satqın İuda da yer alır. Deyirlər ki, İudanın sifətinin təsviri üçün Leonardo cinayətkarların toplaşdığı pritonları gəzib axtarırdı.

Əsərdə İsanın xəyanət barədə xəbərini alan həvarilərin üzündəki təəccüb xüsusilə vurğulanmış, nəzərə çarpacaq şəkildə təqdim edilmişdir. Da Vinçi həvarilərin simasını qədim əlyazmaları tədqiq etdikdən sonra, oradakı qeydlərə və təsvirlərə əsasən dəqiqliklə göstərməyə çalışmışdır.  Bu əsərə qədər isə yalnız İuda, Pyotr, İoann və İsanın təsvirləri dəqiq şəkildə işlənmişdi.

İuda yaşıl və mavi rəngli paltarda, xeyli arxaya çəkilmiş və planlarının açığa çıxmasından böyük narahatlıq keçirməsini gizləməyə çalışırmış kimi təsvir olunmuşdur.  Pyotr əsəbi görünür və əlindəki sivri uclu bıçağı üzü qərbə tərəf olmağla İsadan uzaqda tutmuş vəziyyətdə dayanmışdır. Gənc həvari İoann isə bayqın halda təqdim edilmişdir (bəzi tədqiqatçılar bu obrazın xüsusiyyətlərini incələyərək, onun həvari İoann yox, İsaya xüsusi yaxınlığı ilə seçilən Mariya Maqdalena olduğunu və Da Vinçinin bu obrazı şam yeməyində təsvir etməkə xristianlığın hansısa gizli məqamlarına işarə etdiyini iddia edirlər. Çünki sonuncu şam yeməyini təsvir edən müqəddəs mətnlərin heç birində Mariya Maqdalenanın bu mərasimdə iştirak etməsi haqqında qeydlər yoxdur).

Altı həvaridən sonra, əsərin mərkəzində ən önəmli fiqur olan İsa təsvir edilmişdir. O, qırmızı və mavi parçalı paltar geyinmiş, uzun saçları isə ənənəvi şəkildə çiyninə tökülmüşdür. İsanın üzündə qəmli ifadə olmaqla yanaşı, o danışırmış kimi görsənir və başını bir qədər sola əymiş vəziyyətdədir.

İsadan solda isə daha üç həvari – Müqəddəs Foma, Yakov Zevedee və Müqəddəs Filip növbəti üçlük kimi göstərilmişdir. Fomanın arxaya itələnməsi açıqca görünür, onu arxaya itələyən Yakov isə coşmuş şəkildə, hər iki əli havada, sinəsini qabağa verərək sanki İsanı qorumağa çalışır. Eyni zamanda Filip də qəmli görünür.

Sonuncu üçlük kimi isə həvari Matfey, Müqəddəs Faddey və Simon Kananit göstərilmişdir. Faddey və Matfeyin üzü Simona doğru çevrilmiş vəziyyətdədir

Əsərdə üç rəqəmi ilə bağlı xüsusi diqqətə layiq xüsusiyyətlərin olması nəzərə çarpır ki, bunu da tədqiqatçılar xristianlıqdakı Müqəddəs Üçlüklə (Müqəddəs Ata, Oğul və Ruh) əlaqələndirirlər. Belə ki, təsvirdə həvarilər üçlük qruplar şəklində əyləşmişlər, İsanın arxasında üç pəncərə var və ən nəhayət İsanın duruş şəkli əsərin tam mərkəzində bir üçbucaq əmələ gətirir. Lakin bu üçbucağı gizli paqan təriqətlərlə də əlaqələndirən tədqiqatçılar vardır.

Əsərlə bağlı ən mürəkkəb və mübahisə doğuran məsələlərdən biri də Leonardonun müqəddəs qədəhi təsvir etməməsidir. Müqəddəs mətnlərdə sonuncu şam yeməyində İsanın müqəddəs qədəhi sağ əlində tutaraq, həmin qədəhdən şərab içməsi bildirilir. Lakin Leonardonun yaratdığı “Sonuncu şam yeməyi” əsərində on iki həvarinin ortasında oturmuş İsanın hər iki əli masanın üstündədir və o, heç bir qədəh tutmayıb.

Digər bir məsələ isə, müqəddəs təsvirlərə görə, masanın üstündə yalnız bir qədəh – müqəddəs qədəh olmalı olduğu halda, Da Vinçi masada çoxlu qədəhlər təsvir edib. Lakin hal-hazırda, əsər orijinal görünüşünü itirdiyindən həmin qədəhlər o qədər də dəqiqliklə seçilmir. Da Vinçinin bu detalla başqa bir gizli mətləbə işarə etməsi güman edilir. Bəzi araşdırmaçılar müqəddəs qədəh dedikdə heç də real anlamıyla hansısa bir qabın yox, İsanın qanının və soyunun davamçısı olan qadının nəzərdə tutulduğunu qeyd edirlər. Simvolikada qadın simvolu kimi qəbul edilən “V” işarəsinin qədəhə bənzəməsi səbəbiylə qədəh sözündən istifadə edilməsini bildirirlər.

 

“MONA LİZA”

                             

Da Vinçinin ən məşhur əsərlərindən biri də “Mona Liza”-dır. O, bu əsəri 1503-1519-cu illərdə ərsəyə gətirmişdir. Rəsm əsəri hal-hazırda Parisin Luvr muzeyində 21-ci əsrin ən dəyərli sənət əsərləri sırasında öz yerini almaqdadır.  Dövrünün Florentin tərzində geyinmiş və vəhşi, dağlıq bir mənzərə içində oturan bir qadın fiquru, Leonardonun sfumato texnikasının yumşaq, kölgəli modelinin gözəl nümunəsidir.  Cəlbedici və sərt Mona Lizanın əsrarəngiz ifadəsi portretə universal şöhrət qazandırır.

Rəsm xəyali bir mənzərə qarşısında oturan insanı  təsvir edən ilk portretlər arasında idi və Leonardo, xəyali perspektivliyi istifadə edən ilk rəssamlardan biri idi. Əsrarəngiz qadın, hər iki tərəfdə də tünd rəngli sütunlar olan açıq bir ərazidə təsvir edilir. Arxasındakı geniş mənzərə buzlu dağlar ilə nəhayətlənir. Dolanbac yollar və uzaqda əks olunan körpü insan varlığının ən kiçik göstəricisidir.. Sfumato ilə hazırlanmış qadın saçının həssas dalğaları və geyimi vadilər və çaylarda əks olunur. Bulanıq kənar xətlər, zərif fiqurlar, işıq və qaranlığın dramatik ziddiyəti və ümumi sakitlik hissi Da Vinçi üslubuna xarakterikdir. Mona Lizanın ənənəvi bir rəsm olaraq düşünülməsi mübahisəlidir, çünki o həqiqi bir qadını yox, idealı təmsil edir.  Əsasən də  qadının xəfif gülümsəməsindən  əldə olunan xüsusi uyğunluq, insanlığı və təbiəti bir-birinə bağlayan bir əlaqənin olması fikrini əks etdirir.

 

Bütün insan fəaliyyətini bir araya gətirən renessans dövründə incəsənət elm demək idi, incəsənət həyatı həqiqətlər idi. Bu dövrdə Leonardo da Vinçi, möhtəşəm bir fiqur idi, çünki o epik Endiavur italyan incəsənətinin universal dəyərlərini özündə əks etdirirdi: o özündə rəssamın dəyişkən həssaslığını birləşdirən dərin hikmət sahibi alim, şair və ustad idi. Lakin hələ yeni təqdim olunmuş rəsmin formal aspekti – nəcib baxışları və modelin artan ləyaqəti  –  qarşıdakı iyirmi ilin ərzində Florensiyadakı klassik portretlər üzərində qətiyyətli təsirinin olması idi. Leonardo “Mona Liza” ilə birlikdə daha canlı, daha konkret ve sələflərindən daha poetik  yeni bir formul yaratdı.

Onun “Mona Liza” əsəri təbiətin möcüzəvi bir şəkildə yaradılmasını eyni zamanda öz növünü təmsil edir: portret sosial sərhədləri aşır və universal bir məna daşıyır. Leonardo bu rəsm üzərində nəinki rəssam və şair kimi, həmçinin alim və mütəfəkkir kimi çalışıb. Lakin “Mona Liza”-nın tədqiqatının elmi və fəlsəfi aspektləri heç bir nəticə verməyib. Onun portretlərində sirr yox idi; Leonardo bu rəsmi sadəcə hər hansı bir simvollar vasitəsi ilə ifadə etməyə çalışmışdı. “Mona Liza” yaşayan bir müəmma idi: ruhu orada idi ancaq əlçatmaz…

 

“VİTRUVİAN İNSAN”

                                             

“Vitruvian insan” 1487-ci ildə   məşhur memar  Vitruvius Pollionun çap olunmuş əsəri əsasında hazırlanıb. Kağız üzərində mürəkkəb və qələm ilə çəkilən rəsm qolları və ayaqları ayrı olan, eyni anda dairə və  kvadrat içində çəkilən iki üst üstə yerləşdirilən kişi fiqurunu təsvir edir. Rəsm və mətn  bəzən “Kanon mütənasibliyi”,  yaxud   “İnsanların mütənasibliyi” adlandırılır. Bu rəsm  İtaliyada Venesiyadakı  “Gallerie dell’Accademi” da saxlanılır və kağız üzərində işlənilən bir çox əsər kimi ara-sıra sərgilənir.

Hissələrin mütənasib əlaqəsi universal dizayn əks etdirir. Elementlərin “tibbi”  tarazlığı sabit bir duruşu təmin edir. Bu keyfiyyətlər insanın Tanrının ən yaxşı sənət əsəri olduğuna işarə edir. 1480-ci illərin sonlarında bu mikrokosmik mövzu ən böyük düşüncənin birləşən prinsiplərindən biri kimi ortaya çıxdı. Lakin bu memarlıq əsəri mövzunun sonu deyil,  baxmayaraq ki, universal  bir uyğunlaşmanın bir hissəsinin başlanğıcıdır.

Bu rəsm Leonardonun mütənasibliyə olan kəskin marağının mükəmməl misalıdır. Əlavə olaraq, Leonardonun insanı təbiət ilə əlaqələndirməyə çalışmasının əsasını təmsil edir. Encyclopaedia Britannica’ya görə: “Leonardo, çəkdiyi anotomik şəkillər  və “Vitruvian insan” vasitəsi ilə  istehsal etdiyi insan vücudunun mükəmməl rəsm qraikasını mikrokosmosun kosmoqrafiyası kimi nəzərdə tuturdu. O, insan bədəninin kainat ilə bir bənzərliyinin olduğuna inanırdı”

Leonardo da Vinçinin “Vitruvian insan” rəsmi dünyanın ən məşhur ikonalarından biridir. Leonardonun Vitruvius rəsminin quruluşunu anlamaq üçün illər ərzində saysız-hesabsız araşdırmalar olmuşdur.

 

“MADONNA QAYAQLIQDA”

                                                                 

       London versiyası                                                               Luvr versiyası

“Madonna qayalıqda” – bəzən isə bu əsəri “Bakirə qayalıqda” adlandırırlar. Rəsmin biri Parisdə Luvrda, ikincisi isə Londonda  “National Gallery”də saxlanılır. Hər iki rəsmdə Madonna və balaca Məsih, Yəhya peyğəmbər və bir mələklə, rəsmlərə adının verildiyi qayalıq bir ərazidə göstərilir.. Rənglər, işıqlandırma, bitki örtüyü və sfumatonun istifadə forması da daxil olmaqla,  əsərlərin fərqliliyini göstərən bir çox nəsnələr vardır. Haqqında danışdığımız kompozisiyanın dəqiq tarixi bəlli olsa da  hər iki rəsmin dəqiq tarixi bilinmir  və hansının daha öncə çəkildiyinə dair ziddiyətli fikirlər mövcuddur.

Təbiətin qəlbini əldə etmək və sirrləri bilmək arzusu bəlkə də Leonardo Da Vinçinin etdiyi hər işdəki əsas təkan gücü idi. Rəsmdə olduğu kimi bunun kimi maraqlar  hardasa təbiəti özünə rəqib halına gətirə bilərdi, onun haqqındakı bütün məlumatlarını super-təbii  əşyaların yaradılmasına sərf edirdi. ”Bakirə qayalıqda” rəsmində  qanunlar təbiətin, amma yekun yaradılış Leonardonundur. Və  burada əvvəlki bədii fərziyələrdən keçərək təbiətə müxtəlif yollarla meydan oxuyur. Leonardo bu rəsmdə insan əli ilə hazırlanmayan təbii bir mağaranı təsvir edir. Bu təbiət qüvvələrin məhsuludur: suyun daimi hərəkətindən parçalanmış və hamarlanmış qayalardır.

Bura hələ də insan tərəfindən ayaq basılmamış yer kimi görünür, çünki mağara qarşısında diz çökmüş fiqurların bitkilər kimi artan keyfiyyəti var; onlar yerləri üçün yad deyillər və onların içində heç bir uyğunsuzluq hissi yoxdur.

Bir çox incəsənət tarixçiləri düşünür ki “Bakirə qayalıqda” əsəri 1483-1486-cı illər arasında çəkilib. Bir çox səlahiyyətli şəxslər rəsmin tamamının Leonardo tərəfindən hazırlandığı ilə razılaşır.  Luvr versiyası London versiyasından 8 sm daha uzundur. Bu rəsmin ilkin eskizləri 1625-ci ildə Fransa kral kolleksiyasında idi. Ümumi olaraq, bu rəsm Leonardo tərəfindən Milanda satıldığı və  sonra Londonda olan versiyasının hazırlandığı düşünülür. İki rəsmin mövcud olmasını açıqlayan bəzi başqa izahlar da vardır. Bu rəsm tablosu, Leonardonun sfumato texnikasının mükəmməl bir nümunəsi olaraq görünür.

Londonda National Gallerydə olan oxşarı Leonardo  tərəfindən 1508-ci ildə hazırlanıb. İlk əvvəl Leonardonun köməkçiləri tərəfindən rəngləndiyi söylənən əsər sonuncu yenidənqurma zamanı  boyanın incələnməsi nəticəsində  rəsm əsərinin böyük hissəsinin Da Vinçi tərəfindən rəngləndiyi qənaətinə gəliblər. Milandakı nüsxə San Francesco Maggiore kilsəsindəki Immaculate Conception Konfirmasyonunun kilsəsi üçün rənglənmişdi. Əsər kilsə tərəfındən təxminən 1781-ci ildə satıldı  və  1785-ci ildə qədər  Gavin Hamilton tərəfındən alındı. Müxtəlif sərgilərdə olandan sonra, 1880-ci ildə National Gallery tərəfindən satın alındı.

 

“MÜQƏDDƏS YƏHYA”

                 

“Müqəddəs Yəhya”  1513-1516-cı illərdə – renessansın Mannerizm dövründə  çəkilib. Leonardonun son rəsm əsəri olduğu düşünülür. Əsər qoz ağacı üzərində yağlı boya ilə çəkilib, orijinal ölçüsü 69×57 santimetrdir. Hal-hazırda Parisdə Luvr muzeyində sərgilənir.

Rəsm əsərində Yəhyanın işarət barmağı səmanı göstərir və bu da dini bir mənaya istinad edir. Rəsm əsəri daha sonra renessans və manerist məktəbləri üçün istinad mənbəyi oldu. Yəhyaya bu tipli bir işarənin əlavə edilməsi dindarlar tərəfindən müsbət qarşılandı. Leonardonun rəsmində Müqəddəs Yəhya  hermafroditmiş kimi görünür. Sinəsində bükülmüş qolu, cənnətə doğru ucalmış barmağı və  Mona Lizanın üzündə görünən əsrarəngiz gülümsəmənin eynisi rəsmlər arasında sıx  bağ yaradır. Sifəti sanki saman kimi görünür və qıvrım saçlar ilə çevrələnib. Cənnətə doğru ucalan barmaq, Leonardonun əsərlərində tez-tez görünür (“Burlington House” karikaturası  da buna misal ola bilər) və Məsihin gəlişini simvolizə edir.

Leonardo bu sistemin təbiətində olan təhlükədən xəbərdar idi. Leonardo müqəddəs Yəhyanın bədəninin kölgələrində formasını tam olarq başa düşməyimiz üçün işığı saxladı. Aydakı kimi fiqurun qaranlıq bölgələri belə parlaq bir işıq ilə izlənilir.

Leonardonun ən son və ən əsas əsəri bu idi. Bu obrazın xəyali gözəlliyi cinsi şəxsiyyətin naməlumluğundan qaynaqlanır. İşıqlı üz onu tamamilə bürüyən qaranlığın çıxıntısı kimi görünür. Yüksələn barmağını qaldıran qolun sirli hərəkəti sadəcə dini deyil, eyni zamanda ezoterik mənanı da daşıyır.

 

“LİTTA MADONNA”

                          

 

Leonardonun bu əsərinin müəyyən hissəsi özü tərəfindən çəkilsə də,  şagirdi Boltraffio tərəfındən 1480-1490-cı illərdə tamamlanmışdır. Madonnanın başını əymə şəkli Leonardoya xasdır və rəsmin bu hissəsinin özünün çəkdiyi deyilir. Əlavə olaraq, rəsm üzərində araşdırmalar aparmış elm adamları  körpə Məsihin Leonardonun çəkdiyi digər obrazlara bənzəmədiyini qeyd edirlər. Buna görə Leonardo bu əsər üçün bakirənin baş hissəsini çəkmiş, geri qalan hissə isə ustadın nəzarəti altında başqa bir rəssam, bəlkə də  Boltraffio tərəfindən tamamlanmışdır

Bu əsərdə Madonnanın Məsihi əmizdirdiyi göstərilir.

“Litta Madonna” əsəri  Vicontisin əlindən Milanın Litta ailəsinə keçdi və adını onlardan aldı. Bundan sonra isə çar tərəfındən satın alındı. Daha sonra 1865-ci ildə İmparator II Aleksandr tərəfındən  Ermitaj muzeyinə əlavə edildi. Burada ikinci dəfə yenidən boyadıldı. İlk yenidənboyama naməlum bir milanlı rəssam tərəfındən 1495-ci ildə edilmişdi. Bu rəsmin kopyaları yayılmışdır və şiddətli şəkildə məşhurlaşdığı bildirilir. Rəsm indi  St.Peterburqda  Ermitaj muzeyində sərgilənir.

 

 “MÜJDƏ”

       

20 yaşlı ustadın ilk əsəri olan ”Müjdə”  bizim hələ Leonardo dövrü adlandıracağımız mərhələyə aid deyil.  Kompozisiya solda Cəbrail mələk, sağda isə bakirə Məryəm olan əsrlər əvvəlin modelini əks etdirir.  Mələk dizi üstə çöküb, dəbli qanadları zəngin geyimi və əlində tutduğu zanbaq ilə möhtəşəm gəncliyi özündə əks etdirir. Məryəm isə İncili oxuduğu zaman təəccüb ifadəsi ilə ona baxır və əli ilə işarə edir. Oturduğu yerdə dizləri bərabər çəkilmiş geniş geyimi ilə qapalı olan oturuşu ona güclü tarixi obraz qazandırır.

Verrocchiionun studiasında birlikdə hazırladıqları bu rəsm əsəri yenə də Leonardonun anadangəlmə rəsm istedadının sübutu və nailiyyətidir. Bu əsərdəki hər şey yüksək poetik və üslublu bir keyfiyyətə malikdir: fiqurların və xüsusiyyətlərin əllə çəkilməsi, məkan konstruksiyası və uzaqda çəkilmiş ağaclar, axar su rəssamın təbiətə olan sevgisini isbat edir. Leonardo da Vinçi, yorulmaz yenilikçi olduğu üçün rəsmdə bir çox  dəyişiklik vardır,  bu rəsm onun ən böyük əsərlərindən biri olaraq tarixdə qalıb.

 

“Məryəmə müjdə” şəklinin mövzusu: ” Luka 26-38 bəhsi keçən Tanrının xəbərçisi Cəbrayılla bakirə Məryəmin görüşməsini izah edir: Elizabetin hamiləliyinin altıncı ayında Tanrı, Mələk Cəbrayılı Cəlilədə, Davudun nəslindən olan Yusif adlı adamla nişanlı olan qıza göndərdi. Onun adı Məryəm idi. Onun yanına gələn mələk dedi: “Salam, Allahın lütfünə çatan qız! Rəbb səninlədir “. Məryəm bu sözləri eşidib  təəccüblənir, bu salamın nə demək olduğunu düşünməyə başlayır.  Mələk ona deyir: «Qorxma, Məryəm, sən Allahın lütfünə çatmısan. Hamilə qalıb bir oğlan dünyaya gətirəcəksən və adını İsa qoyacaqsan. O qüdrətli olacaq, Tanrı ona ulu babası Davudun taxtını verəcək.  O, Yaqubun nəsli üzərində əbədi olaraq hökm edəcək və hakimiyyəti sona çatmayacaq. Məryəm mələyə deyir: “Bu necə mümkündür? Mən evli deyiləm “. Mələk ona cavab verir: “Müqəddəs Ruh sənin üzərinə gələcək, sənə hakim olan ruh güc verəcəkdir. Buna görə də müqəddəs, Allahın Oğlu adlanacaq İsa. Bax, qohumun  Elizabet qoca yaşda bir övlada hamilə qaldı. Sonsuz  olduğu bilinən bu qadın indi 6cı ayındadır.”

 

 “BAKX”

                  

Rəsmin ilkin variantında İsa təsvir edilirdi. 17-ci əsrin sonlarında, 1683-1693-cü illər arasında,  Bakx (Bacchus) kimi  görünmək üçün  yenidən boyanmış və dəyişdirilmişdi. Luvr muzeyi Bakxın Leonardoya aid olan sənət əsərini özündə saxlayır. Digərləri isə 19-cu əsrdə Cesare da Sesto, Bernazzano Francesco Melzi  tərəfındən boyanmış olduğu təxmin edilir.  Rəsmin pozulması, rəsmin kimə aid olduğunu aydınlaşdırmağı  çətinləşdirirdi, lakin arxa plan  Leonardoya xas olan üslub kimi görünmürdü. Bunun üzərinə bu əsər üçün eskizlər tapılmadı. Mənzərəyə bir neçə  hissə  daha əlavə olundu: Pantera dərisi, üzüm yarpağı tac və orjinal rəsmə aid olmayan üzüm.

 

“MAGİNİN HEYRANLIĞI”

                 

Bu, Leonardo da Vinçinin ilk çəkdiyi rəsmlərindən biridir. Leonardo tərəfindən Avqustin keşişlərinin sifarişi ilə bu rəsm  hazırlanmış, lakin Milana köçməsi səbəbi ilə Leonardo rəsmin  boyanmasını yarıda qoymuşdur. Rəsm 1670-ci ildən bəri  Florensiyada  Uffizi Qalereyasında saxlanılır . Məryəm və  uşaq ön planda təsvir edilir  və  Maginin heyranlıqla  diz çökdüyü üçbucaq forması yaradır. Onların arasında gənc Leonardonun (ən sağdakı) özünün olduğu ehtimal edilən avtoportreti var. Solda arxa planda işçilər və görünüşə görə, yıxmağa çalışdıqları bir bütpərəst bina təsvir edilir. Sağda at belində döyüşən adamlar və qayalıq mənzərə görünür.

Rəsmin əsas mahiyyəti İsaya heyranlıq duyğusu olan insanların bu haldan məmnunluğudur.

 

“ERMİNELİ XANIM”

Leonardo da Vinçinin təxminən 1489-1490-cı illər arası çəkilmiş rəsm əsəridir. Bu möhtəşəm rəsm 40.3 sm enində ve 54.8 sm uzunluğunda olan qoz qabığından hazırlanmış lövhədə yağlı boya ilə çəkilib.  Portret xanım “Cecilia Gallerani” olaraq tanınır və  təxmin edilir ki,  o Lodovico Sforzanın sevgilisi idi, Lodovico Sforza isə Milan Düku idi və Leonardo həmin dövrlərdə Dükun xidmətində idi.  Arxa plan tamamilə tündləşdirilib,  qadının geyindiyi şəffaf bir geyim saç rənginə uyğun formada yenidən boyanmışdır. Saçlarının aşağıya və çənəsinin altına uzandığına dair bir görüntü yeniliyi vardır. Yenə başqa  bir dəyişiklik, sağ əlinin barmaqları  arasında tünd  kölgələr əlavə olunması, altdakı iki barmağın yaxın görünüşüdür, naməlum bir rəssam onları yenidən boyadıqdan sonra fərqi nəzərə çarpır. Rəsmin rentgen analizi zamanı rəsmdə qapı fiqurunun çəkildiyi aşkar olunub. Leonardo  insanları çox maraqlandıran eksperimental vasitələr ilə yaxud tərk edilmiş proyektlərlə məşğul olurdu. O xanımın zərafətinin heyranedici görünüşünü yaradırdı. O özünün əvəzolunmaz yaradıcı zehninin bədii dahiliyini bu rəsmləri ilə göz önünə sərir.

 

 

Mənbələr : https://en.wikipedia.org/wiki/The_Last_Supper_(Leonardo_da_Vinci),  https://www.leonardodavinci.net

 

 

Əlavə məqaləmiz:

İtalyan Renessansı – Leonardo da Vinçi

 

 Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin