London Təbiət Tarixi Muzeyindəki Fosillər

0

London Təbiət Tarix Muzeyi 1884-ci ildə açılmış və içərisində 80 milyona yaxın nümunə olan geologiya, biologiya və antropologiya muzeyidir. Burda antropologiyanı əlavə etməyimizin səbəbi daxilində bir çox insan təkamülünə aid fosilin olmasıdır. Bunlardan bəziləri isə belədir;

 

Skull 5 – Dmanisi fosilləri
Skull 5 yəni kəllə 5 D4500 (cranium) və D2600 (mandibula) kod adlı iki fosil sümüyündən ibarətdir. Pleystosen epoxasına aid hardasa tam bir şəkildə əldə edilmiş Homo genusuna aid fosil. Gürcüstan sərhədləri içərisində kəşf edilən fosil 550 cm3’lik bir kəllə həcminə sahib Homo erectus fərdinə aiddir. Ancaq digər Homo erectus fosillərinin həcmləri ilə müqayisədə olduqca kiçikdir. Morfoloji olaraq müxtəliflik göstərən bir növdür. Yaşadığı zaman Homo erectusun Avropaya köç etdiyi zamanlara bərabər gəlir, yəni təxminən olaraq 1.77 milyon il əvvələ tarixləndirilir.

 

 

Zhoukoudian skull XI: Bir Homo erectus qadını
Orijinalı itkin olan bu fosil 600 min il əvvələ tarixləndirilir. Qadın olduğu düşünülür. tapıldığı ərazidə humanoid fosilləri və daş alətlər onların ovçu toplayıcı olduqlarını, ət ilə bəslənməyin əhəmiyyətli bir qisimini meydana gətirdiyini göstərir.

 

 

 

 

Clacton nizəsi


Porsuq ağacından dzəldilən bu nizə, 420 min illik olub,indiyə qədər kəşf edilmiş ən qədim nizə olma xüsusiyyətinə malikdir. Bu nizə ehtimalla ölümcül bir silah olmaqla birlikdə ovlanmaq və heyvanların dərilərini deşmək üçün istifadə edilmişdir.

 

 

 

Ən qədim Homo heidelbergensis nümunəsi Narmada fosili

Kəllənin bir hissəsi ilə əldə edilən bu fosil Hindistanın alt qitəsində olan ən qədim insan nümunəsidir. Narmada çayı ətrafında olan bu fosilin 300 min illik tarixi var.

 

 

 

 

 

İki qaval sümüyü tibias
Soldakı qaval sümüyü Zambiada Kabwedə tapılmışdır. 300 min il əvvələ tarixləndirilən bu qaval sümüyü, bizə bu sümüyün aid olduğu insanın və ətrafındakı birliyin subtropik ətraf mühitə adaptasiya olduğunu göstərir. Fosilin Homo heidelbergensisə aid olduğu düşünülür.

Sağdakı qaval sümüyü isə Boxgrove, İngiltərədə kəşf edilmişdir. Bu qaval sümüyü bir ətyeyən tərəfindən tapdalanmış olmasına baxmayaraq elm insanları sümüyün hələ böyük və möhkəm qaldığını deyirlər. Sümüyün 1,8 milyon yaşında və erkək bir fərdə aid olduğu düşünülür. Heyvan ovlamaq kimi sıx stressli və səy tələb edən işlər üçün bu sümük sərt və güclü bir quruluşa doğru təkamül keçirmiş olmalıdır. Fosilin Homo heidelbergensisə aid olduğu düşünülür.

 

 

 

Qafzeh 11Qafzeh 11: Bir müasir gənc insan

13 yaşındakı bu fosil bir məzara qırmızı maral buynuzları ilə birlikdə yerləşdirilib və tarixləndirilməsi isə 90 min ilə 120 min illəri arasıdır.

 

 

 

 

 

 

Ən qədim müasir insan fosiliCheddar adamı

Chaddar adamı olaraq adlanan bu fosil 10 min il əvvələ tarixləndirilmişdir. Kişi olduğu düşünülən fosilin boyu 1,66 metr qədərdir. Alnında bir dəlik var və infeksiya qaparaq ölmüş olduğu bilinir.

 

 

 

Məşhur fosillər;

Sediba ve Ramidus

Solda MH1 adıyla tanınan bir Australopithecus sediba fosili, sağda ARA-VP-6/500 adlı Ardipithecus ramidus fosili.

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin