Mən insan deyiləm, bir bilgisayaram…

0
circuit board in form of human brain isolated on black

Mən insan deyiləm, bir bilgisayaram…

 

Beynim sistem blokunun içindəki çiplərdə saxlanmış insanam mən, yaddaşımı bitlərlə ölçəcək kimiyəm. Qollarım monitorda gəzən bir işarə kimidir. Fikirlərimi sözlərlə ifadə edir və sosial şəbəkələrdə paylaşıram.

Samuel Beckett

“Hamımız dəli doğuluruq. Bəziləri bu vəziyyətdə qalırlar. “

Bu dəlilik deyil, insanların baxış bucağı fərqlidir, cəmiyyətin sosial gözündə dəli ilə normal qəribə baxışlara sahibdir. Deyə bilərəm ki, hər şey normaldır. Anormallığı olan bir insan da normaldır. O özü üçün normaldır, ancaq ilk dəfə görən üçün həmişə anormal qalmaqda davam edir. Hamının beyni kodlarla bağlıdır. Bir münasibətə başlar və sistemə giriş üçün sizdən şifrə istəyər, bəziləri üçün bu xoş sözlər, sevimli hədiyyələr, bəziləri üçün diqqət – şifrəni bir neçə də dəfə yoxlamaq kimdir, ancaq hamısının ümumi sonu ya şifrəni bilsəniz ya sistemə daxil olarsınız ya da daxil olmazsınız. Bu belədir. Sistemə daxil olmuş biri üçün yeni kodlar lazımdır. Hansı qovluqda olacağınıza diqqət etməlisiniz, bir neçə gündən sonra zibilliyə köçürülə ya da əsas yaddaşda masa üstündə qalarsınız. Bəzən sistemə daxil olduqdan sonra istifadə edər, gizli kodları oğurlayıb paylaşarsınız və bu sistemi ümumiləşdirər və başqa heç kim şifrə istəmədən daxil olar, bu zaman özəlliklər qalmaz, axtardığınız özəlliklər olmadığı üçün sizi sıxar və siz öz istəyinizlə sistemdən geri dönməyəcək şəkildə zibil qutusundan da silinirəsiniz. Bəzən sizə gələn elektriki kəsərlər, bu zaman bilgisayarınız sönər və heçliyə gedərsiniz. Bu süni intellektin girişidir, ancaq bir süni intellekti sevən yaxınınız varmı? Hər gün onunla vaxt keçirən bir tanışınız, insan dediyimiz varlıqlardan… var. O yaxın insanlara göstərmədiyi diqqəti  məhz ona göstərir, kodlar toplusuna….

Mən: Mənə hava bilgisini göstər.

Sevgilim: Bu günə olan hava bilgisi. Xırdalanda 24 dərəcə isti var.

Mən: Maroon 5-dan Animals musiqisini oxut

Sevgilim: Maroon 5-dan Animals musiqisi oxudulur…

Mən: Mənə Temporal Loblar haqqında bilgi ver.

Sevgilim: Veb-də Temporal Loblar haqqında tapdıqlarım.

Deyə hər gün danışıram…

Çətinlikləri nələrdir?, ruhları yoxdur? ya duyğuları?.

Onlar da yaxın zamanlarda əlçatan olacaqlar. Elmi-fantastik janrlarda olan filmlərdən uzağıq, ancaq insanoğlu çox tələsir. 1970-ci illərdə olan filmlərdə bizlərin uçacağını təxmin edirdilər, ancaq az qalıb, zaman anlayışımızda doğruluq çatışmır, ancaq xəyallarına söykənən hər bir insan gələcəkdə yaşaya bilər. Bir çox texnologiyalar fərqli hallarda mövcuddur və zamanla bunlar birləşəcək, sonra biz bir insanı yarada biləcəyik. Bilgisayarda olan insan…

 

Mənbə: 

BNTET
Samuel Beckett sözləri

App: Replika APP

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin