Mifik və utopik canlılar

0

“Artıq əlində mifologiyanın açarı var. Ruhun bütün qapılarını açmaqda azadsan”.

Carl Gustav Jung

Kimilərinə görə mövcud olmuş, kimilərinə görə əfsanə, mif, nağıl olan mifik canlılar, nə olursa olsun, səhifələrdə, filmlərdə, ən önəmlisi xəyallarımızda hələ də yaşayır və yaşayacaqdır. Insan və kainatı tanımaq istəyib də mifologiya ilə maraqlanmamaq mümkün deyildir. Mifologiya və mifik canlılar insanın özünü bilməsi, tanıması üçün dəyərli xəzinədir. Ən çox adı çəkilən mifik canlılar isə aşağıdakılardır:

Satir (Satyr)
Satirlər yunan mifologiyasında adı çəkilən yarı keçi, yarı insan formasında kənd və meşə qoruyucularıdır. Bədənlərinin beldən üstü insan, aşağısı isə keçi formasındadır. Satirlər çox vaxt əllərində fleyta ilə təsvir olunurlar.

Nimfa (Nymphe)
Su pəriləridir. Yunan mifologiyasında yeri və dənizi dolduran dişi, ilahi varlıqlardır. Ölümsüz olmasalarda çox uzun illər yaşar və həmişə cavan, gözəl qalarlar.

Pəri (Fairy)
Bir çox fərqli mədəniyyətin əfsanə və mifologiyasında olan bir ruh və ya fövqəltəbii məxluqdur. Adətən, insan cildli, çox kiçik olan və uçmaq, tilsimə salmaq, gələcəyi görmək və ya təsir etmək kimi fövqəltəbii güclərə sahib olduğu düşünülən və belə təsvir olunan canlılardır.

Əjdaha (Dragon)
Qanadlı, quyruğu tikanlı, dərisi pullu, ağzından alov püskürdən nəhəng kərtənkələ və ya ilan formasında əfsanəvi məxluqdur. Qərb təsvirləri qanadlı olsa da, şərq təsvirlərində qanad yoxdur. Əjdahalara bənzər xüsusiyyətlərə sahib olan bu əfsanəvi canlılar, demək olar ki, hər mədəniyyətdə mövcuddur.

Elf (Elf)
Fövqəltəbii varlıqdır. Elflər saf qəlbli, şəfqətli, xəstəlikləri sağaldan, bitkilərin və daşların sirlərini öyrədən varlıqlardır. Elflər insanlara nəzərən daha gözəldirlər. Elflər digər irqlərlə münasibət qurmağı çox xoşlamazlar. Amma başqa irqlərdən olan dostlarını heç vaxt unutmazlar. Elf döyüşçüləri daha çox ox və xəncərdən istifadə edərlər və çevik olduqlarına görə bu barədə çox bacarıqlıdırlar. Bunlarla yanaşı. bəzən heyvanlar və insanlara cadu edə bilərlər.  Rəqs və mahnılarla yaşayan, əyləncəli həyatları vardır. Elflər çox sürətlidirlər. Melodik bir səs tonuna sahibdirlər. Elflər 1200 ildən çox yaşayarlar. Kədərdən solmadıqca, yaralanmadıqca və qanları axıdılmadıqca ölməzlər. Buna görə, elflərin ölümsüz olduqları da söylənilir. Heç bir xəstəliyə yoluxmazlar.

Div (Giant)
Bir çox fərqli mədəniyyətin əfsanə və mifologiyasında, nağıllarında olan fövqəltəbii varlıqdır. Adətən insan cildində, lakin anormal böyüklükdə və çox qüvvətli təsvir edilirlər. Nağıllarda yaşadıqları yerlər, adətən, mağaralar, meşələr və dağlardır.

Su pərisi (Mermaid)
Su pəriləri beldən yuxarısı dişi insan cildində, amma bir balıq quyruğuna sahib olan əfsanəvi məxluqlardır. Dünyada bir çox mədəniyyətdə su pəriləri fərqli, lakin bir- birinə çox yaxın formada təsvir olunmuşdur. Su pəriləri boğulma təhlükəsi keçirən oğlanları xilas edən gözəl qəlbli dəniz canlıları kimi təsvir edilirlər. Eyni zamanda, həmin oğlanları su altındakı krallıqlarında yaşamağa dəvət edərlər.

Siren (The Siren)
Yunan mifologiyasında sirenlər adada yaşadıqlarına inanılan dəniz məxluqlarıdır. Bu yerlər, tamamilə uçurum və qayalıqlarla əhatə olunmuşdur. Bu ərazilərdə yaşayan dənizçilər sirenlərin oxuduğu mahnıdan bihuş olub gəmilərini qayalıqlara tərəf sürmüş və sirenlərə yem olmuşdurlar. Sirenlər su pərisindən fərqli olaraq iki quyruğa sahibdir. Bu yarı insan, yarı balıq cildli məxluqlar haqqında əfsanələr e.ə.5000-ci illərə təsadüf edir.

Cin (Demon)
Müasir və ya qədim bir çox din və inancda Ibrahimi dinlər də daxil olmaqla, təsadüf edilən mifik məxluqdur. Müxtəlif inanclarda fərqli xarakteristika və xüsusiyyətlərə malikdir. Ərəbcə “cin” , qədim yunanca “daimon” adlanır. Qədim yunanca istifadə olunan daimon və ya Demon kəlməsi “Allah” mənasına gəlir. Qədim Yunanıstanda allahlar təkallahlı dövrə keçid zamanı mələk ya da cin olaraq dəyişikliyə məruz qalmışlar. Islam mifologiyasında isə cin gözlə görülməyən, müxtəlif cildlərə girə bilən, bəzən insanları təsiri altına ala bilən qorxulu, ilahi varlıqlar kimi təsvir olunurlar.

Qoblin (Goblin)
Qoblinlər təhlükəli, çirkin bədənli cin növüdür. Boyu bir cırtdan və bir insan arasında müxtəlif uzunluqda ola bilər. Iştirak etdikləri hekayəyə və mədəniyyətlərə görə, qoblinlərə müxtəlif istedadlar və formalar aid edilir. Ingiliscə “goblin” hər hansı bir baş bəlası, kiçik məxluğu ifadə etmək üçün istifadə olunan termindir. Bəzi ənənələrə görə, qoblin adı Qobdan(Gob or Ghob) gəlir. Qob cinlərin kralıdır.

Simurq və ya Ənqa (Phoenix)
Simurq və ya əfsanəvi adı ilə Zümrüdü Ənqa bir quşdur, təkdir, erkəkdir. Kökü Iran mifologiyasından gəlsə də Şərq mifologiyası və əfsanələrində yer almışdır. Eyni zamanda, çox vaxt sadəcə “Ənqa” olaraq xatırlanır. Bu quşun küllərindən yenidən doğulduğu söylənilir, yenidən doğulmanın simvoludur. Ənqa quşu ölümünün yaxınlaşdığını hiss etməyə başladığında özünə quru budaqlardan bir yuva inşa etməyə başlayır və bunu nə olduğu bilinməyən bir yapışqanla suvaq çəkir. Bundan sonra günəş şüalarının quru budaqları yandıraraq yuvanın içində onu öldürməsini gözləyir. Yanaraq ölür və əfsanəyə görə bala Ənqa quşu küllərindən doğulur. Mistik quş olan Simurq Fars incəsənətində quş formasında, qanadlı nəhəng bir məxluq olaraq təsvir edilmişdir. Bir antik Iran təsvirində Simurqun ölümsüz olduğu, Bilik ağacında (Həyat ağacı, Qaokerena’da) bir yuvası olduğundan bəhs edilmişdir. Bütün bu zaman ərzində Simurq o qədər çox öyrənmişdir ki, bütün zamanların biliyinə sahib olmuşdur. Simurqun yerə bərəkət bəxş edəcəyinə, dünya ilə göyün arasındakı birliyi təmin edəcəyinə inanılır. Simurq ilahiliyin simvolu halına gəlmişdir. Əslində,Tanrının yer kürəsindəki cisimlənmiş üzüdür. Yaxşılıq sevən bir təbiəti olduğu, qanadlarının bir toxunuşunun hər cür xəstəlik və ya yaranı müalicə edə bildiyinə inanılır.

Sentor (Centaur)

Yunan mifologiyasında qismən insan, qismən at cildli canlılardır. Yarı insan və yarı fiziki xəyali bir varlıqdır. Onlar, adətən, kobud və pis canlılar kimi tanınırlar. Sentorun surəti görənlərə çox fərqli və ürküdücü gəlir. Yunan mifologiyasında sentorlar döyüşkən, döyüş bacarıqları inkişaf etmiş qüdrətli məxluqlar kimi təsvir olunur.

Qrifon (The griffin, griffon, gryphon)
Adətən, şir bədənli, qartal qanadlı mifik məxluqdur. Qədim yunancada  “grýps və ya  gryphos” kəlmələrindən əmələ gəldiyi düşünülür. Qrifonlar haqqında bəzi əfsanələrdə quşun növü söylənməsə də, bəzilərində qartal kəlməsi keçir. Yenə deyilənlərə görə, olduqca cəsur və qürurlu canlılardır. Onlar pəncələrində insan, at, hətta fil daşıya biləcək qədər böyükdürlər.

Sfinks
Qoç, quş və ya insan başlı, bədəni isə uzanan bir aslan formasını alan heykəldir. Ilk öncə Qədim Misirdə rast gəlinən Sfinks antik yunan mifologiyasında da böyün mədəni önəm daşıyır. Sfinksin yunanca original forması “kepes ankh” ya da “yaşayan heykəl” anlamında “şeşep ankh”dır. Misir sfinksi antik əfsanəvi varlıqdır. Gövdəsi uzanan bir aslan və başı, adətən, firon başının formasını alır. Giza sfinksi şərqə baxır və pəncələrinin arasında bir məbəd vardır. Şir bədənli, insan başlı bu sfinks doğan günəşi və firon üçün yenidən dirilişi təmsil edir. Üzünün şərqə doğru olması günəş tanrısı ”Ra”nı hər səhər görməsi üçündür. Sfinks qədim inancların qapısından keçmək istəyənlərə tarixin ən vacib tapmacasını soruşurdu: “Hansı varlıq səhər dörd ayaq üstündə, günorta iki ayaq üstündə və axşam üç ayaq üstündə yeriyir?” O varlıq insandır. Çünki insan uşaqlığında əllərini də ayaq kimi istifadə edərək dörd ayaq üzərində iməkləyir, yetkinlik çağında iki ayaq üzərində yeriyir, lakin qocalanda yeriyə bilmək üçün bir də çəlik istifadə edir, yəni üç ayaqlı olur.

Minotor (Minotaur)
Yunan mifologiyasında yarı insan, yarı buğa varlıqdır. Original söz “Minotor”dur və “Minosun buğası” mənasına gəlir. Klassik bir yunan əfsanəsi olan Minotorun hekayəsini daha aydın başa düşülsün deyə üç hissəyə ayırmaq olar. Giritdə hökmdarlıq edən güclü kral Minos qüdrətini isbat etmək üçün dəniz tanrısı Poseydondan (Poseidon) ona qurban etmək üçün bir buğa verməsini istəyir. Poseydon buğanı Minosa verir. Lakin heyvan Minosun xoşuna gəlir və buğanı qurban etmir. Bunun yerinə başqa bir buğanı qurban edir. Poseydon bunu anlayanda çox əsəbləşir və Minosun arvadını buğaya aşiq edir. Minosun arvadı Pasiphae buğa ilə eşq yaşayır və buğa başlı, quyruqlu, amma insan bədənli Minotor doğulur. Minotor hamıya zərər verən bir canlıdır və buna görə Labirint (Labyrinthos) adlı, içindən heç kimin çıxa bilməyəcəyi bir yerə həbs edilir.

Hidra (Hydra)
Yunan mifologiyasında bəhs edilən çoxbaşlı canlıdır. Hidranin nəfəsi bir insanı öldürəcək qədər zəhərlidir. Atası Tifon (Typhon) olan Hidranın Lerna gölündəki yuvası ölümdən sonrakı dünya ilə insanların dünyası arasındakı qapının tam ağzındadır və Hidra bu qapıda gözətçilik edir. Hidranı öldürmək isə çox çətin idi, çünki kəsilən hər bir başın yerinə ikisi çıxırdı.

Qorqon və ya Qorqona (Gorgon)
Yunan mifologiyasında kəskin dişli, başlarında saç əvəzinə canlı ilanlar olan dişi canavarlardır. Əfsanəyə görə, gözlərinə baxanı daşa çevirirlər.  “Gorgo” yunanca qorxunc, bərbad deməkdir. Iti köpək dişləri və saçları əvəzinə zəhərli ilanları vardır. Qorqonlar 3 bacıdırlar: Meduza (Medusa), Evriala (Euryale), Sfeno (Stheno).

Himera (Chimera)
Digər adı ilə “Chimaira” bir bədheybətdir. Ağzından alov püskürdən, böyük, sürətli və güclüdür. Şir, keçi və bir ilan başlıdır. Ön hissəsi şir, orta hissəsi keçi, arxa hissəsi isə ilandır.

Peqas və ya Peqasus (Pegasus)
Yunan mifologiyasında qanadlı atdır. Persey (Perseus) tərəfindən başı kəsilərək öldürülən Meduzanın başından ya da torpağa sıçrayan qanından doğulması kimi iki fərqli əfsanə vardır. Rəngi tamamilə ağdır və uçmasını təmin edən iki böyük qanadı vardır. O uçanda havada qaçan at kimi görünür. Peqasus doğulan kimi yer üzündən ayrılmış və tanrıların diyarına uçmuşdur. Zevsin şimşəklərini gətirmə vəzifəsini öhdəsinə götürmüşdür.

Kerberos (Cerberus)
Yunan mifologiyasında Hadesin idarə etdiyi, ölülərin olduğu yeraltı aləmin girişini qoruyan üçbaşlı itdir. Kerberos yunanca “çuxur ilbizi” deməkdir. Iri zəncirlərlə bağlı olan bu itin vəzifəsi yeraltına girən ölülərin təkrar yer səthinə çıxmasının qarşısını almaqdır.

Tifon (Typhon)
Yunan mifologiyasında ən qorxunc bədheybət hesab edilən Tifon, demək olar ki, bütün bədheybətlərin ulu babası sayılır. Tifon beldən aşağısı ilan formasındadır və Tanrıların belə qorxduğu nəhəng məxluqdur. Yanardağ tanrısı olaraq da adı çəkilir. Anası Geya (Gaia), atası Tartardır.(Tartarus) Titanlar göydən qovulandan sonra sonra tanrılara qarşı çıxır. Yüz başlı olduğu , başından alovlar püskürtdüyü, gözlərinin alovla parladığı söylənilir. Ehidna (Echidna) ilə birləşərək bədheybətlər yaradır. Bəzi əfsanələrə görə, Zevslə (Zeus) döyüşərək ona qalib gəlir, bədənini parçalayır və bir mağarada gizlədir. Hermes (Hermes) və Pan (Pan) köməkləşib onu təkrar dirildirlər. Zevs də Etna dağını üzərinə atır. Yanardağın püskürtdüyü lava və alovların onun qəzəbi olduğu söylənilir.

Troll (Troll)
Skandinaviya mifologiyasında personajdır. Qərb, xüsusilə Danimarka mifologiyasında dağlarda və bataqlıqlarda yaşayan, insan əti ilə qidalanan məxluqdur.Cırtdanlar (Dwarfs)
Skandinaviya mifologiyasında qısa boylu, dağ-mədən sənayesində peşəkarlaşmış irqlərdəndir. Gənclik dövrlərindən etibarən saqqal buraxmağa başlayırlar. Saqqal onların simvoludur.Kikloplar (Kyklop/cyclops) 
Alınlarının ortasında tək gözü olan divlərdir. Heyvani qüvvətlərindən ötrü dəmirçilik, daş ustalığı kimi ağır işlərlə məşğul olduqları düşünülür. Qorxunc dərəcədə çirkin və təhlükəli olduqlarından kikloplar Uran (Uranus) tərəfindən Tartara (Tartaros) həbs edilmişdir. Titanlar müharibəsindən sonra Zevs tərəfindən azadlıqlarına qovuşan canlılar arasında kikloplar müharibədə aktiv rol oynamışdılar.Təkbuynuz (Unicorn)
Mifik, tək buynuzlu atdır. Başının ortasından düz bir buynuz çıxır. Saf və məsum olduğuna, qanı içilərsə həmin şəxsi ölümsüzləşdirdiyinə və buna görə də, öldürmənin lənət gətirəcəyinə inanılan əfsanəvi məxluqdur. “Unicorn” latın sözüdür. Bir, tək mənasına gələn “uni” və buynuz mənasına gələn “cornus” kəlmələrindən əmələ gəlmişdir.

Mənbə: http://apelasyon.com/Yazi/290-mitolojik-yaratiklar

https://www.greekmythology.com/Myths/…/cyclopes.html

https://okuryazarim.com/category/mitoloji/yunan-mitolojisi/

Hazırladı:        Lalə Yusifova

Redaktə etdi:  Lalə Yusifova

 

 

 

 

 

 

 

 

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin