Milqram təcrübələri

0

1550-ci il: standart hesablamalara görə təqribən Şekspirin anadan olmasından 14, Con Lukun anadan olmasından 80, Baxın anadan olmasından 135 il əvvəl Etiyen de La Botiye adlı fransız bir gənc 20 yaşında irəli sürdüyü, daha sonra Mörri Rozbardın aydınlaşdırdığı, siyasi fəlsəfənin mərkəzi problemləri- mülki cəmiyyətin sirləri. Nə üçün insanlar hər zaman və hər yerdə  cəmiyyətin kiçik bir hissəsini tutan hökümətin əmrlərinə tabe olur?
La Botiyenin görüb qeyd etdiyini Mörri Rozbard təkmilləşdirib yazdı:
– Hər bir zülmkarlıq mütləq ümumi məşhurluqlara əsaslandırılıb qəbul olunmamalıdır. Daha dəqiq desək, insanların böyük bir qismi hansı səbəbdən olmasına baxmayaraq, digərlərinin fikirləri ilə razı olurlar. Əgər burada heç bir vaqiə, heç bir zülm yoxdursa, həqiqətən, heç bir ciddi qayda yoxdursa, səbr etmək mümkündür. Buradan belə nəticəyə gəlmək  olar ki, əgər hökümət böyük bir xalq dəstəyi ilə seçilməyibsə, ümumi xalq dəstəyini yaxın bir zamanda qazanması təbii haldır. Lakin zülmkar biri üçün bu tam əks haldır. Çünki o tək  şəxs olaraq bütün əmrləri verir və digərlərinin onun təqdim etdiyi fikirlərlə razılaşmasalar belə, itaətini gözləyir, bütün ölkənin tabe olmasını tələb edir.

Bu fikir La Botiyenin siyasi teoriyasının mərkəzi problemi olur: nə üçün dünyadakı bütün insanlar öz razılıqları ilə əsarət altında qalır?

Rozbard bu yazını uzun və son dərəcə maraqlı olan Etiyen de La Botiyenin  gənclik illərində yazdığı siyasi fəlsəfə haqqında essenin yenilənmiş formasında giriş kimi təqdim etmişdir. Bu yenilənmiş yazı 1975-ci ildə “The Politics of Obedience: The discourse of Voluntary Servitute” başlığı ilə dərc edilmişdir. Eyni ildə (1975) La Botiyenin kitabının yenilənmiş halına kiçik bir elmi nəşriyyatçı tərəfindən bir rəqib gəldi. Təqdim olunan bu kitab 16-cı əsr fransızca yazılar və 18-ci əsr ingilis tərcüməsi olan mətnlərdən ibarətdir. Bu rəqib yeniləmə “The Will to Bondage” adı altında dərc edilmiş və uzun olmasa da, çox maraqlı tərtib edilmişdi. Onun tərtibatçısı azadlıq tərəfdarı,  tarixçi və redaktor Ceyms Martindir.

Martin düşünürdü ki, o, sualların cavabını bilir. La Botiyenin keçmiş və Rozbardın indiki “nə üçün insanlar bütün vaxt və məkanlarda, hökümət əmrlərinə tabe olurlar, niyə öz razılıqları ilə əsarət altında qalırlar?” fikirlərini çaşdırıcı qəbul edir. Martinin buna cavabı isə belədir: onlar bu yol ilə dünyaya gəlib. Biz özümüz özümüzdən soruşub, cavab ala bilərik. Bütün bunların altında siyasi, etik və fəlsəfi əqidə durur. İnsan təbiəti elədir ki, o, zülmkarlığı görüb ona qarşı əzmkar mübarizə apara bilir.
Məhz bu- C. Martinin qeyd etdiyi siyasi itaətin mənşəyi asılılığa salma, hər hansı bir bölgəni itaətdə görmə istəyidir. Lakin burda başqa səbəblər də var. La Botiyenin siyasi fəlsəfə məzmunlu esselərini digər sinxron görünüşlü 1975-ci il tərcüməsi olan yazılarla müqayisə etdikdə belə nəticəyə gəlinir ki, 70-ci illərə qədər bu ideyalar “havada idi” və bu illərdən sonra mülahizələr yarandı, fikir mübadilələri başlandı.
Bu ideyanın yaradıcısı  1974-cü ildə “Obedience to authority” (Hakimiyyətə itaət) adlı kitabı dərc edilmiş Stenli Milqram  Nyu-York şəhər Universitetində sosial-psixoloq idi. Adı qeyd olunan kitab Milqramın 1961-ci ildən yenidən icrasına başladığı təcrübələrinin xülasəsi idi. Milqram bu psixoloji eksperimentdə iştirak etmək arzusunda olanlara kiçik ödənişi olan belə bir elan verdi – “həyatınızın 1 saatı üçün 4 dollar”. Könüllülər Milqramın laboratoriyasına çatdıqda onlara bildirildi ki, onlar yaddaş və bilginin cəza ilə necə təsirə məruz qaldığını öyrənəcəklər.
Həmçinin, qeyd edildi ki, onların bəzisi bu təcrübədə bir növ müəllim rolunu oynayacaqlar. Belə ki, könüllülər iki-iki qruplaşdırılacaq, onlardan biri “müəllim”, digəri “şagird” rolunda olacaq. Qaydalar çox sadə idi. Şagird ağ ilə örtülmüş  stula  eksperimenter tərəfindən bağlanır və o, elektrodlara qoşulur. Bitişik otaqlarda, bir-birini görəcək və göz kontaktı yaradacaq şəkildə arada güzgü yerləşdirilir. Müəllim qarşısındakı siyahıdan sözləri qarşı otaqdakı şagirdə mikrofonla səsləndirir. Şagird isə müəlliminin səsləndirdiyi sözləri eyni ilə təkrar etməlidir. Əks halda şagirdə müəllimi elektrik şok vermək məcburiyyətində qalır. Hər bir səhv cavabda verilən şok digər əvvəlkindən güclü olur. Bu isə göz kontaktı halında olan şagirdinin əzab çəkməsini görən müəllimin diskomfort hiss etməsinə səbəb olur. Nəticədə hər ikisi psixoloji zərbə alır. İlk təcrübədə müəllimlərin qarşısındakı qurğunun təhlükəli siqnalları artdıqca etiraz etməyə və bunu davam etdirmək istəmədiklərini söyləməyə başladılar. Lakin təcrübəçilər onlara hər şeyin qaydasında olduğunu söylədi.
Bəs qaydasında olan nə idi? Şagirdlər həqiqi könüllülər deyildi, onlar aktyorlar idi və onlara heç bir elektrik şok verilməmişdi. Bunu müəllimlər bilmirdi, aktyor şagirdlər özlərini onlara inandıra bilmişdilər.

40 könüllü müəllimdən yalnız biri qarşısındakı şagirdə 300 volt şok verməkdən imtina etdi.
Bu vaxt, Milqrama görə, şagirdin cavabı yalnız can verərkən qışqırığı ola bilər. Bundan sonra o heç bir səs çıxara bilməz.

Beləliklə Milqramın ilk təcrübəsində heç bir bihuş, ölü “şagird” qeydə alınmadı.

Nəticədə Milqramın təcrübəsinin yaddaş və bilgiyə bir təsirinin olmadığı aşkara çıxdı.
Prosesin davam etmə ardıcıllığını izləyək. Milqramın heç bir müəllimi təcrübəni davam etdirmədi. Onlar durub laboratoriyanı tərk etdilər.

Məhz bu Etiyen de La Botiyenin siyasi tabelik essesində qeyd etdiyi fikir idi. Belə ki, La Botiye yazırdı:

-” İnsanlar hökmdara hər zaman tabe münasibət göstərir, ancaq onlar (hər zaman) müstəqil, “azad” yaşaya bilərlər.”

Milqram inanırdı ki, onun təcrübəsinin nəticəsinin 2 izahı var:
1) psixoloji;
2) sosioloji.

  • Psixoloji cəhətdən o, belə izah edirdi:

“Digər insanı qorumaq üçün bir alət” kimi təsəvvür edilən psixologiya insanı təmamilə dəyişdirir.

  • Sosiloji cəhətdən izah isə belədir:
    Azadlıq hissi və bu hissin digərləri üzərində olan basqısı, azadlığın indi yaşadığı mühit, böyüdüyü mühitlə arasındakı mədəni fərqlilik onların düşüncəsinə təsir edir.
    Bəs hakimiyyət deyilən bu problemin həlli nədir?

Milqram öz fikrində libertarianları mümkünlük kimi nəzərə almışdı, amma o, bunu rədd etdi. O yazırdı:

-“Anarxistlərin siyasət insitutlarının arqumenti hakimiyyət probleminin güclü bir həlli kimi görünə bilər. Amma anarxizm problemləri də eyni cür həll edilməlidir.”

Yenə də Etiyen de Botiyenin açar fikirlərini hakimiyyətin siyasətində daha da qabarıq əks etdirərək qulluq idarəsində, könüllü əsarətə can ataraq əhatə etməsində və sıravi bir individuala təsir etmək üçün mükəmməl testin hazırlanmasında Stenli Milqram liberallıq ənənələrinə vacib töhfə vermişdir.

Redaktorlar:  Kamran Şahverdiyev, Pərvin Məmiyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin