Mövcudluğumuzun mənası nədir?

1

Həyat davam edir.Dərk edə və hesablaya bilmədiyimiz bir xətt üzrə.Heç kimdən və heç nədən
asılı olmayaraq.Düşüncələr xaos içindədir.İnsan qorxur.Və səbəb axtarır nəticəyə varmaq üçün.Nəticə isə
stabil görünür-insan ölür,hamı kimi,hər şey kimi.İzah verməyə çalışırıq.Suallar verir və cavablandırırıq.Nə
üçün varıq?Mövcudluğumuzun mənası nədir?Ölüm varoluşumuza son qoya bilərmi? və s. Cavab axtarışı
zamanı müəyyən fikirlər,fikirlərdən isə dəyərlər törəyir.Dinlər,doktrinalar,fəlsəfi təlimlər hamısı eyni
məqsədə xidmət edir.”Mövcudam,çünki,düşünürəm”,”Mövcudam,çünki,Tanrı bu cür
buyurub”,”Mövcudam və səbəbini dərk etmək tək həyat amalımdır” kimi fikirlər bir-birinə zidd olacaq
dərərcədə fərqli görünsələr də, incə bir məqam,ortaq bir cəhət vardır bunlarda:”Mövcudam.”
Demək istədiyim budur ki,insan hər bir halda mövcuddur,Tarnı belə buyursa da,buyurmasa
da,insan mövcuddur,düşünsə də düşünməsə də,insan yenə mövcuddur mövcudiyyatın səbəbini dərk
etsə də,etməsə də.
Qayıdaq bir az əvvələ,qorxu,səbəb və nəticə məsələsinə.Qorxunun əsl mahiyyəti elə
mövcudiyyatın özündən qaynaqlanır.Mənasını bilmədiyimiz və ya rədd etdiyimiz
varoluşumuzdan.Yəni,əslində insanı qorxudan şey sırf mövcudiyyatın anlaşılmayan tərəfidir.Bu səbəbdən
də insan müəyyən dəyərlər yaradır,varoluşa,həyata,həyatda baş verən müxtəlif proseslərə,nəhayət
ki,ölümə belə məna yükləməyə başlayır.Qorxunun əsl səbəbi isə nə antik Yunan mifologiyasının yeraltı
dünyası,nə də səmavi dinlərin axirəti deyil,əksinə,bütün bunlar məhv olmayacağımıza dair təsəlli ocaqları
sayılmalıdır.İnanclıların axirətə olan inamı,inancsızların yaradıcılıq və bu kimi digər yollarla özündən
sonra iz qoymağa olan cəhdləri əbədi yaşam,ölümə qalib gəlməklə mövcudluğunu saxlamaq , məhv
olmamaq istəyindən irəli gəlir.Qorxu qeyri-müəyyən mövcudiyyatı müəyyənləşdirə bilməməkdir.İnsan
mövcudluğunun mənasını dərk etmək istəyir.Bu səbəbdən inanclılar məhv olmayacaqları haqqda
əfsanələrə üz tutur,inancsızlar isə mövcudiyyatı yalnız iz qoymaqla əlaqələndirərək dəyər yaradır və
yanılırlar və yaxud təsəllisiz qaldıqlarından qeyri-müəyyənlik və qorxu içində məhv olmağa məhkum
olurlar.
İnsan həyatı qorxudan ibarətdir.Səbəb-nəticə
əlaqəsini nəzərdən keçirən zaman görürük ki, qorxuya səbəb olaraq qeyri-müəyyənlik ortaya çıxır.Lakin
qeyri-müəyyənliyin qaynağına baxdıqda isə görürük ki,qeyri-müəyyənliyi də yaradan şey əslində
qorxunun özüdür.Bu iki element bir-biri ilə sıx əlaqəlidir,biri olmadan digər mövcud deyil.Nəticə olaraq
isə insan həyatının sonu kimi önə çıxan şey ölümdür.Səbəb və nəticə arasında uyğunluğu görə
bilirsinizmi?Xeyr.Çünki səbəb və nəticə arasında uyğunluq deyil,paradoks var.İnsan qorxur,çünki həyat
qeyri-müəyyəndir.Həyat qeyri-müəyyəndir,çünki,insan qorxur.İnsan mübarizə aparmaq üçün dəyərlər
yaradır.Nəticə isə dəyişmir insan ölür.
Bu qarışıq səbəb-nəticə illuziyasında doğan şey əslində elə həyatın mənasının özüdür.Bəli,düzgün
anlayırsınız:absurd.Absur elə məhz bu qarışıq ziddiyyətdən yaranır.İnsansa buna hər hansı bir məna
yükləyərək yalan danışır,məsələni qeyri-müəyyənlik içinə atır,həyatın mənasını dərk etmək yerinə onu
rədd edir.Həqiqət isə çox primitivdir.Mövcudiyyat qeyri-müəyyən deyil.Hamı və hər şey kimi,hər yer və
hər an kimi mövcudiyyat da absurddur.Absurdun həqiqət kimi qəbul edilməməsinin tək səbəbi həqiqətin
insanlara kədərli görünməyidir.Absurdu qəbullanmaq,qorxunu inkar etməkdir,qorxunun inkarı ölümə
laqeydlikdir,ölümə laqeydlik həyata laqeydlikdir,həyata laqeydlik intihar,intihar isı üsyandır və bizi
yaşadan tək şey illuziyalardır.
Hüseyin Nəsrullah Yaşar

1 ŞƏRH

  1. Acı olan həqiqət budur ki bütün canlılar həyata valideynlərinin onlara ötürdüyü geni davam etdirmək üçün gəlir.Dərinə ensək : xüsusiyyətlərimizin onsuz da bizə aid olmadığını görərik, sadəcə valideyn genlərinin qarışığının nəticəsiyik yalnız insan yox bütün canlılar . Digər canlılarda `Həyatımın Məqsədi` kimi bir anlayış təbii ki, yoxdur. Bizdə(Homo Sapiens) olmasının yeganə səbəbi də qırışlı beynimizin olmasıdır.
    Həyat məqsədimiz isə sadəcə olaraq `Gözəl Həyat` olsa kifəyətdir.

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin