Müasir elm Con Lok kimi düşünmür. İnsan zəkası boş lövhə olaraq yaranmır

0

17-ci əsrin böyük ingilis liberal filosofu Con Lokun Avropada “aydınlanma” dövründəki rolu danılmaz idi. Lokun gördüyü əsas işlərdən biri də kral və kilsə hakimiyyətinə öz nəzəriyyəsi ilə zərbə vurmaq idi. Belə ki, insanların doğuşdan bəzi ideallarla, tanrı görüşü ilə yarandıqlarını əsas tutan həmin dövrdəki fikrə qarşı çıxan Lok iddia etdi ki, insan zəkası boş bir lövhədir və o lövhə insan təcrübələr yaşadıqca dolur. Buna görə də heç kəsin aristokratiyanı əlində saxlamaq, digərlərindən üstün olduğunu demək haqqı qalmırdı, çünki nəticədə hər kəs dünyaya eyni şəkildə- boş bir lövhə olaraq gəlirdi.

 

Burada bizi Lokun siyasi mövqeyi, görüşləri maraqlandırmır, lakin filosof insan zəkası haqda bir spekulyasiya etdiyi üçün müasir elmin buna bir cavabı olmalıdır. Müasir insan zəkası ilə bağlı olan elm isə deyir ki, Lok tamamilə yanlış idi, çünki insan dünyaya boş bir lövhə olaraq gəlmir, insanın özünün doğurdan da özünə xas fərdi xüsusi bir təbiəti və fərdi zəka səviyyəsi olur.

 

Birinci səbəb budur ki, boş bir lövhənin üzərinə nə yazsan yazılanla orda necə varsa elə də qalacaq. İnsanda isə bu deyil, insan öyrəndiklərini bir-biri ilə uyğunlaşdırır, müqayisə edir, hesablamalar aparır. Lok özü də bunu başa düşdüyü üçün insanda yenə də bir dərketmə qabiliyyəti olduğunu etiraf etsə də bu məsələni ən yaxşı riyaziyyatçı Leibnits izah etmişdi. O demişdi ki, insanın fərdi intellekti olmadan sadəcə yaşadığı təcrübələrlər bu qədər kompleks bacarıqları heç vaxt yerinə yetirə bilməzdi.

 

Digər bir məsələ isə insanın dilidir. Linqvistika sahəsinə inqilabi fikirlər gətirən Noam Çomski demişdi ki, insanın dil öyrənməsi heç də təkcə ətraf mühit vasitəsi olmur, insanın həm də dil öyrənə bilmək üçün özündə müəyyən bir bacarıq – daxili koqnitiv aparat olmalıdır, yəni hörümçək təbii seçmə tərəfindən necə tor hörməyə proqramlaşdırılıbsa, insan da dil öyrənməyə proqram edilib. Çomskinin şərəfinə adlandırılan şimpanze Nim Çimski üzərdində aparılan araşdırmalar da göstərir ki, meymunlar bizim qura bildiyimiz qədər komplesk cümlələri, qrammatik strukturları qura bilməzlər, çünki bizim bizi insan edən bir intellekt səviyyəmiz var.

 

Neuroelmin də inkişaf etməsi bizi beyini daha yaxşı araşdırmağa sövq etdi və biz gördük ki, hər kəsin universal beyni olsa da eyni yumurtalıq əkizlərini çıxsaq heç kəsin beyni digərinin klonu deyil və buna görə də hər kəsin özünə xas zəka səviyyəsi var. Albert Eynşteynin beyninin analizi də onun rəqəmlərlər və məkansal analizlər bağlı olan arxa yan loblarının daha böyük olduğunu üzə çıxarmışdı.

 

Təbii ki, bütün bunlar biz insanları fərqliliklərinə görə əzməli, onlara qarşı ayrı-seçkilik etməliyik anlamına gəlmir. Onsuz da fərdi intellekt səviyyələrindən asılı olmayaraq hər bir insan hüquqi olaraq bərabərdirlər, lakin bərabərliyi eyniliklə qarışdırıb bütün insanların eyni olduğunu deməyimiz düzgün deyil, çünki gördüyümüz kimi hər bir insan universal bir insan təbiətinə sahib olsa da insanlar xarici görünüşdə olduğu kimi zəka səviyyəsində də bir-birlərindən müəyyən qədər fərqlənirlər.

Daha çox məlumat üçün sizi bizim də mənbə olaraq istifadə etdiyimiz Stiven Pinkerin “ Boş Lövhə, İnsan təbiətinin modern inkarı “ kitabını oxumağa dəvət edirik.

Mətləb Məmmədli

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin