Müasir meymun növləri niyə insana çevrilmir?

3

Insani meymunlar və ya qısaca “İnsaymunlar” (Ape) olaraq bilinən, daha doğrusu “Quyruqsuz meymunlar” olaraq adlanınlan Hominoidea; yəni insanlar, humanoid ataları və yaxın qohumları (şimpanzelər, bonobolar, qorilla, oranqutanların) meymun deyil. Biz hər nə qədər şimpanzeyə düşünmədən “meymun” desəkdə qədimdən məşhur olaraq qəbul edilən elmi terminologiya baxımından şimpanze də eynilə insan, oranqutan ya da qorilla kimi bir meymun deyil. Bunlar “insanabənzər meymun” olaraq tanınırlar. Bəli, “meymun” deyil, “insanabənzər meymun”.

İlk olaraq bunu bilməliyik ki, insan günümüzdəki heç bir meymun növündən formalaşmayıb.Yəni bildiyiniz heç bir meymun növü insanın atası deyil. Heç bir elm insanı bunu iddia etməmişdir, etməyəcək və belə bir düşüncə, gülünc olmağıyla yanaşı Təkamül Nəzəriyyəsi baxımından elm ilə ziddiyyət təşkil edir. Çünki meymun növləridə müasir canlı növləridir. Hal-hazırda var olan bütün canlıların heç biri digərindən meydana gəlməmişdir, gəlməyəcəkdə. Çünki bu canlıların hamısı eyni zaman dilimində varlıqlarını davam etdirən canlı növləridir. Müasir növlər bir-birlərindən təkamül edə bilməzlər. Yalnızca ortaq bir ataya sahibdirlər. (Burda ortaq ata nədir yazımızı və İnsan ilə digər canlıların genom müqayisəsi və bənzərlik faizi yazımızı oxumağınızda fayda vardır.) Buna görə də insan müasir meymun növlərinin heç bir növündən gəlməyib.

İnsanın yaşayan ən yaxın qohumları bonobolar və şimpanzelərdir. İndiki vaxtda yaşamayan növlər arasındakı ən yaxın qohumları isə Neandertallar kimi digər insan növləridir. Ancaq ümumiyyətlə yaşayan növlərdən danışıldığı üçün insanın adı şimpanzelərlə birlikdə xatırlanır. Daha sonra qorillər gəlir və bu beləcə təkamül ağacında geriyə doğru gedir. İnsan, banan bitkisiylə də, pələnglə də, tısbağa ilə də genetik olaraq qohumdur. Ancaq bu, xalanızın bibisinin atasının nənəsinin dayısı oğlunun baldızı kimi bir vəziyyətdir. Çünki hər hansı bir bitki ilə olan ortaq atamız, heyvanlarla bitkilərin ortaq atası olan və ən son milyardlarla il əvvəl yaşamış olan bir primitiv bakteriyadır. İndiki vaxtda bu bakteriyalar və onlardan təkamül keçirmiş nəvələri, min fərqli növün təkamülünə səbəb olmuşlar və artıq yaşamırlar. Ancaq onlara aid iki nəhəng qol; “heyvanlar” və “bitkilər”, min bir növü içərisində saxlayacaq şəkildə varlığını davam etdirir.

Həyat ağacında meymunlardan geriyə doğru getsək, dörd ayaqlı başqa canlıların, ən sonunda da kiçik siçana bənzəyən və 65 milyon il əvvəl yaşayan atalarımızın (Teinolophos, Thrinaxodon, və s.), bütün məməlilərin atası olduğunu görə bilərik. Qısacası, var olan bütün canlılar ilə ortaq atamız mövcuddur ki, bunlar arasındakı əlaqəyə biz “Təkamül Ağacı” və ya “Həyat Ağacı” deyirik.

Yaxşı bəs meymunlar niyə insana doğru təkamül etmirlər?

Dediyimiz kimi müasir meymunlar müasir insanın atası deyil və müasir meymunlar da ən az insanlar qədər müasir növlərdir. İndi bu cavabı bu sualla bir az daha inkişaf etdirək. Niyə təkamül etsinlər ki? İnsana doğru təkamül etməmək və ya insanların xüsusiyyətlərini qazanmaq təkamül baxımdan əlavə bir üstünlükmü təmin edir? İnsanlar, bir şimpanze kimi ağaca dırmaşa bilirmi? Neçə insan saatda onlarla kilometr sürətlə bir ağacdan digərinə sıçrayaraq onun üçün yaranmış təhlükədən qaça bilər? Neçə insan, meşənin dərinliyində bir meymun qədər yaxşı gizlənə bilər? Neçə insanın bədəni anatomiya, fiziologiya baxımından meymunların həyat mühitində yaşamağa əlverişlidir? Bunların cavabı açıqdır: az qala heç biri. Hər canlı yaşadığı mühitə və o mühitin zaman içərisində dəyişən şərtlərinə adaptasiya olacaq şəkildə təkamül etmişdir.

İnsanların əcdadları da, orrorin tugenensis kimi bir atadan ayrıldıqdan sonra, dəyişən ətraf mühitlə birlikdə müəyyən bir istiqamətdə təkamül keçirmişlər və bu təkamülün nəticəsində bizlər, Homo sapiens ortaya çıxa bilmişdir. Ancaq bu təkamül, digər növdə eyni şəkildə reallaşmaz və reallaşmaq məcburiyyətində də deyil. İnsana çevrilmək təkamülün son bir məqsədi deyil. Bu belə görüldüyü müddətcə bütün canlıların yönəldiyi nöqtənin insan olduğu yanılmasına düşüləcəkdir. Halbuki təkamül müddətində bir torpaq soxulcanı nədirsə, insan da odur. Zəkamızın inkişafı təkamül ya da təbiət baxımından heç bir əhəmiyyəti və ya faydası yoxdur. Hətta çox ciddi səviyyədə zərəri vardır demək olar.

Onsuz da təkamülün “özünə faydalı olan növlər çıxarmaq” kimi bir məqsədi də yoxdur. Çox aydın desək təkamülün bir məqsədi yoxdur. Buna görə də heç bir meymun insana çevrilməz və çevrilməyəcəkdir. İnsan bir növdür, digər müasir meymunlar başqa növlərdir və birinin bir digərinə təkamül edib çevrilməsini soruşmaq elmi bir sual belə deyil, çünki bu Təkamül Nəzəriyyəsinin başa düşülmədiyini göstərir. Təkamül Nəzəriyyəsində eyni dövürdə yaşayan müasir növlər bir-birlərinə çevrilməsi yanaşması yoxdur. Şimpanzelər, gələcəkdə bəlkə bizlər qədər ağıllı ola bilərlər. Ancaq o zaman belə “insan” olaraq adlanmayacaq. İnsandan fərqli, yeni bir növə təkamül keçirmiş olacaqlar ki, bu vəziyyətdə “artıq insan kimi ağıllı iki cür növ var.” deyiləcək. “Şimpanzelər artıq insan oldu.” deyilməyəcək.

Tarixdə, insana olduqca yaxın zəkaya sahib bir çox növü tapılmışdır (Neandertallar, Heidelberg insanı, Erectus, Ergaster, vs.). Ancaq bunların heç biri Homo sapiens deyildi. Homo sapiens də onlar deyil, onların nəvələri və ya əmisi uşaqlarıdı. Bu atasal növlər də “İnsan” olaraq xatırlanarlar, ancaq “İnsan” sözü belə, eynilə “Meymun” sözü kimi bir qrupa işarə edir: Homo cinsinin hamısı “insan”dır. Bizlər, var olmuş tək insan növü deyilik. Onlardan yalnız biriyik. Bir zamanlar digər insan növləri, xüsusilə, Neandertallar Denisovanlar və Heidelberg insanı ilə bir yerdə yaşadıq, məlumat ötürdük, mübarizə də etdik. Ancaq onlar tamamilə fərqli insan növləriyidi.

Qaynaqlarla oxuma;

  • http://evolution.berkeley.edu/
  • http://www.talkorigins.org/faqs/homs/species.html
  • http://www.pnas.org/content/early/2009/06/01/0811730106.abstract
  • PRB
  • Groves, C. P. (2005). Wilson, D. E.; Reeder, D. M. eds. Mammal Species of the World (3rd ed.). Baltimore: Johns Hopkins University Press. pp. 181–184.
  • Andrew Hill & Steven Ward (1988). “Origin of the Hominidae: The Record of African Large Hominoid Evolution Between 14 My and 4 My”. Yearbook of Physical Anthropology 31
  • Dawkins R (2004) The Ancestor’s Tale.
  • Srivastava (2009). Morphology Of The Primates And Human Evolution. PHI Learning Pvt. Ltd. p. 87
  • Watson, E. E. et al. (2001). “Homo genus: a review of the classification of humans and the great apes”. In eds. Tobias, P. V. et al.. Humanity from African Naissance to Coming Millennia. Florence: Firenze Univ. Press. pp. Pp. 311–323.
  • Schwartz, J.H. (2004b) Issues in hominid systematics. Zona Arqueología 4, 360-371
  • Heyes, C. M. (1998). “Theory of Mind in Nonhuman Primates”. Behavioral and Brain Sciences 21

3 ŞƏRH

  1. Tam dogruluq biz o var olan insan neslinen sag qalaniyik meymun kokenli deyilik.aydinlatma qavralicak geder cox aydin coxsagol buna gore Taryel ehsen.ama bu qaynaqlari cox isterdim mende arawdirmaq.iwin avand olsun

  2. Çox maraqlıdır biz (müasir insanlar) saf Homo Sapiyens`miyik yoxsa onların Neandertal , Homo Erektus ya da başqa insan növləri ilə çarpazlaşmasının nəticəsimiyik ?

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin